“Qarabağ”ın sabiq futbolçusu: “Qurban Qurbanov qatı müsəlmandır”
Idman
Oxunub: 804
13 in 2019 | 20:47
“Qarabağ”ın sabiq futbolçusu: “Qurban Qurbanov qatı müsəlmandır”













“Qarabağ”da karyeramın iki möhtəşəm mövsümünü keçirdim. Azərbaycan və orada tanış olduğum insanlar haqqında mənfi fikir demək istəmirəm. Ölkədə futbol çox da pis deyil. İki çempionluq qazandıq. Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynadım”.

“Report”un məlumatına görə, bunu Polşanın “Visla” (Plotsk) komandasına keçən “Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak “Przegladsportowy.pl” saytına müsahibəsində deyib.

32 yaşlı mərkəz müdafiəçisi bildirib ki, Azərbaycanda futbolun səviyyəsi gözlədiyindən daha yaxşıdır. Jezniçak ölkədə idmanın mükəmməl olduğunu vurğulayıb: “Yeni mədəniyyət və gözəl Bakı ilə tanış oldum. Mənim bu ölkə haqqında fikirlərim dəyişdi, çoxları buranı üçüncü dünya hesab edirdi, orada heç nə olmadığını və futbol oynamağa deyil, “cibimi doldurmağa” getdiyimi düşünürdülər. Reallıqda isə daha yaxşı idi. Hətta dini müxtəliflik də problem yaratmırdı: İnsanlar əcnəbilərə qarşı dözümlüdürlər. Baş məşqçi qatı müsəlman idi, amma bəzən müəyyən şeylərə göz yumurdu. Özümü əla hiss edirdim”.

Polşalı oyunçu Ağdam təmsilçisindən ayrılmasının səbəbini belə izah edib: “Sonuna qədər gözlədim. Çünki hər kəsə yeni müqavilənin təklif olunmasının mümkünlüyü ehtimalı həmişə mövcuddur. Bir il əvvəlki hal təkrarlandığı üçün mənfi qərar gözləyirdim. Mövsümün əvvəlində çox oyunda iştirak edə bilmədim. Bu, limitlə əlaqədar idi. Buna görə də məşqçi daha çox ön xəttdə çıxış edən əcnəbi futbolçulara şans verirdi. Arxada yerlilər, ön xəttdə isə əcnəbilər oynayırdı. Hazırda mənim yerimə başqa futbolçu almayacaqlar. Üç azərbaycanlı müdafiəçisi kifayətdir. Amma orada yaxşı təəssürat yarandı”.

Jezniçakın sözlərinə görə, karyerasını “Neftçi”də davam etdirmə ehtimalı da olub. Lakin buna paytaxt klubunun rəhbərliyi mane olub: “Mövsümün sonunda məni yaxşı tanıyan “Neftçi”nin baş məşqçisi Roberto Bordindən maraq var idi. Lakin rəhbərlik komandaya “Qarabağ”dan heç kimi götürmək istəmədiklərini söylədi”.

Qeyd edək ki, Yakub Jezniçak “Qarabağ”da 2017-ci ilin iyulundan çıxış edib.
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh