İslandiyada Türkiyə millisinə qərəzli münasibətin sirri
Idman
Oxunub: 795
12 in 2019 | 19:21
İslandiyada Türkiyə millisinə qərəzli münasibətin sirri












Hansı səbəbdən 350 il adada türk öldürmək qanunla icazəli olub?

2020-ci il Avropa Çempionatının seçmə oyunlarında iştirak etmək üçün İslandiyaya gedən Türkiyə yığmasının üzləşdiyi hadisə gündəmin əsas hadisəsinə çevrilib. İyunun 10-da İslandiyaya gedən Türkiyə millisinin heyəti hava limanında lüzumsuz yerə iki saatdan artıq gözlədilib. Futbolçuların bildirdiyinə görə, hava limanında onların əşyaları uzun və diqqətli şəkildə yoxlanılıb. Daha sonra isə pasport yoxlamasında uzun zaman gözlədilib.

Ancaq qalmaqal bununla da yekunlaşmayıb. Hava limanında gecikmə ilə bağlı media işçilərinə açıqlama verən yığma komandanın kapitanı Əmrə Bələzoğlu təhqir olunub. İslandiyalı bir gənc tualet təmizləyən fırçanı mikrofon kimi kapitana uzadıb.

Bu hadisə Türkiyədə ciddi etiraz doğurub, hakimiyyət, müxalifət partiyaları hadisəni pisləyib. Türkiyə XİN isə Norveçdəki səfiri vasitəsilə İslandiyaya nota verib. Məlum olub ki, Türkiyə və İslandiya arasında diplomatik əlaqələr məhduddur. İki ölkə arasında diplomatik danışıqlar Danimarka və Norveç üzərindən aparılır.

Qalmaqala İslandiya hökuməti də münasibət bildirib. Hökumət təmsilçisi bildirib ki, hava limanında yoxlama və pasport qeydiyyatı normal şərtlərdə aparılıb, ləngimə olmayıb. Fırça hadisəsi isə zarafat olub, təhqir deyil. Günün sonunda isə məlum oldu ki, fırçanı tutan gənc İslandiya deyil, Belçika vətəndaşı olub. Belçikalı Corentin Siamanq bildirib ki, İslandiyaya səyahət məqsədilə gəlib və ölkəni gəzib. Hadisə zamanı isə hava limanında olub və bu zaman zarafat məqsədilə bu addımı atıb. Eyni zamanda o, əlindəkinin tualet deyil, qabyuyan fırça olduğunu iddia edib.

İki ölkə münasibətlərinin gərginləşdiyi bir vaxtda Türkiyə mətbuatı ada ölkəsi və Türkiyə ilə münasibətlərin tarixi ilə bağlı maraqlı məlumatları açıqlayıb. Ən maraqlı detal isə bu ölkə ilə Türkiyə arasındakı tarixdən gələn düşmənçilik olub. Belə ki, tarixi sənədlərə görə, 1970-ci ilə qədər İslandiyada türk öldürmək qanunla icazəli olub. 350 il davam edən bu icazənin isə amansız, həm də əcaib tarixçəsi olub.

İslandiyada Türkiyə millisinə qərəzli münasibətin sirri







Tarixi sənədlərə əsasən, 1627-ci ildə Murad Rəis komandanlığı altında Osmanlı donanması Şimali Avropanın bir neçə sahil dövlətlərinə hücum edib. Danimarka və Norveçin sahillərini talayan 15 gəmidən ibarət Osmanlı bayraqlı donanma daha sonra şimala doğru gedərək İslandiyaya yaxınlaşır. İslandiyada 26 gün qalan Osmanlı donanması sahil qəsəbələri Grindavik, Austfiroir və Vestmannaeyjarı qarət edir və 400 yerli sakini əsir götürür.

Bu hadisəni Vestmannaeyjar adasında ələ keçirilən və ailəsi ilə birlikdə Şimali Afrikada qul kimi satılan rahib Oluf Eigilsson qələmə alır. Rahib, həyat yoldaşı və iki oğlu əsir kimi satılır, yalnız özü Əlcəzairdən uzun və məşəqqətli əsirlikdən sonra pulla alınaraq geri qayıda bilir. Oğlanları geri qayıtmasa da, həyat yoldaşı 1637-ci ildə azad edilir. 400 islandiyalı əsir arasında ən məşhuru isə bir qadın olur. Bu qadın və islandiyalı əsirlərin hekayəsini isə rahib Avropaya döndükdən sonra qələmə alır və bu əsər Avropada böyük səs-küy yaradır.

Ancaq bu hadisə Osmanlı donanmasının İslandiyaya yeganə səfəri olmayıb. Sonrakı illərdə də, o cümlədən 1631-ci ildə də Osmanlı bayrağı altında dəniz donanması İslandiyaya hücum edir. Ali Biçin Rəis adlı admiralın rəhbərlik etdiyi donanma İslandiyadan 800 nəfəri əsir alaraq Afrikada satır.

Məhz bu səfərlərdən sonra İslandiyada türklər haqqında mənfi fikir formalaşır. Türklər haqqında “Tyrkjaranid”, yəni “insan oğrusu türklər” ifadəsi yaranır. Bundan sonra isə İslandiyada türk öldürmək qanunla leqallaşdırılır. Bu qanun 350 ilə yaxın qüvvədə olsa da, heç bir zaman İslandiyada türk öldürülməyib. 1970-ci ildə isə qanun ləğv olunub.

Ancaq bu hekayənin ən qəribə tərəfi odur ki, İslandiyaya hücum edənlər türklər olmayıb. Osmanlı bayrağı altında üzən hollandiyalı dəniz quldurları olub. Məsələn, İslandiyanı Osmanlı bayrağı altında ilk dəfə soyan Murad Rəis hollandiyalı dəniz qulduru olub. Dəniz müharibələri dövründə Britaniya və Hollandiya dəniz quldurluğu fəaliyyətini qadağan etdiyi üçün hollandiyalı dəniz qulduru Jans Janzsoon van Harleem Osmanlı vətəndaşlığını və islam dinini qəbul edərək Murad Rəis adı ilə fəaliyyətini davam etdirib. Maraqlıdır ki, İslandiyaya ikinci dəniz səfərini təşkil edən kapitan Ali Biçin türk deyil, venesiyalı olub. Əsl adı isə Piccinnino olub.

Bu amansız tarixi hadisə ada xalqının yaddaşında qara zolaq olaraq keçib. Xoşbəxtlikdən bu hadisə sonrakı tarixdə təkrarlanmayıb. Islandlar qisas üçün türk öldürməyib. Amma iyunun 10-da türk futbolçulara münasibətin kökündə yalnız futbol həyəcanının olmadığı ilə bağlı şübhələr yenidən gündəmə gəlib.

Kənan Rövşənoğlu,
musavat.com
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh