Elxan Məmmədovdan Yurgen Kloppun kəskin bəyanatına — CAVAB
Idman
Oxunub: 807
13 may 2019 | 11:12
Elxan Məmmədovdan Yurgen Kloppun kəskin bəyanatına — CAVAB



AFFA-nın baş katibi Elxan Məmmədov "Liverpul"un baş məşqçisi Yurgen Kloppun Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı kəskin bəyanatına münasibət bildirib.
E.Məmmədov deyib: "Yurgen Kloppun sözləri məni xoşagəlməz bir şəkildə təəccübləndirdi. O, həmişə çox pozitiv insan təəssüratı bağışlayıb. Üstəlik, hamımız bilirik ki, o, futbolda həqiqətən də uğurlu nəticələr əldə edən böyük mütəxəssisdir. Amma bütün bunlarla yanaşı, onun futbolun coğrafi cəhətdən məhdudlaşdırılması ilə bağlı fikirləri ilə razı deyiləm.

Biz futbolun dəyərlərinə hörmət etməli və onu inkişaf etdirməliyik. Əsas dəyərlərimizdən biri də futbolun sərhədlərinin genişlənməsi, onun qloballaşmasıdır.
Avropa çoxdan bu qitənin qərb hissəsi ölkələrinin sərhədlərindən kənara çıxıb və əminəm ki, Avropa çempionatı oyunlarının və Avropa kuboku finalının Şərqi Avropa ölkələrində keçirilməsi bu ölkələrdə futbolun inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, gənc nəsil arasında onun daha da populyarlaşmasına və gənclərin futbola cəlb edilməsinə xidmət edir".
AFFA-nın baş katibi xatırladıb ki, bəzi ölkələrdə skeptik əhval-ruhiyyənin olmasına baxmayaraq, Rusiyada mükəmməl təşkil olunmuş Dünya çempionatının şahidi olduq:
"Eyni sözləri Kiyevdə və yaxud 10 il əvvəl İstanbulda Çempionlar Liqasının final oyunlarının təşkili barədə də deyə bilərik. Bəli, ola bilsin bu il Madriddə qiymətlər Çempionlar Liqasının finalına görə yüksəlib, ancaq bu bazar iqtisadiyyatının yan təsiridir və böyük idman tədbirləri ərəfəsində hər yerdə olur.
Razıyam ki, Londondan Bakıya avtobusla gəlmək çox çətin olacaq. Lakin əsl azarkeşlər üçün məsafə nə vaxtdan maneə olub?
Xatırlatmaq istəyirəm ki, final oyununun təşkili ilə bağlı keçirilmiş tenderdə üç şəhər iştirak edib – Sevilya, İstanbul və Bakı. Heç kəs digər ölkələrin iştirak etməsi imkanlarını məhdudlaşdırmadı. Əminəm ki, Bakıda əsl futbol bayramı olacaq. Eyni zamanda əminəm ki, Madriddə də buna şahid olacağıq.
Biz çox yaxşı hazırlaşmışıq. Bakıdakı otellərdə yerlər var, restoran və mağazalarda pivə kifayət qədərdir, aviaşirkətlərdə isə əlavə çarter reyslərinin açılması planlaşdırılır. Bir sözlə, hər kəsin diqqətini öz işinə cəmləşdirməsinin əsl vaxtıdır.
Yurgen Klopp isə qlobal futbol dəyərlərini fəal şəkildə yüksəltməyi, ölkələri və paytaxtları Avropa kuboklarının finalını keçirmək üçün layiq və layiq olmayanlara bölməməyi məsləhət görərdim. O, məşhur bir insandır və dünyada milyonlarla azarkeş onun fikirlərini dinləyir".
Xatırladaq ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Kuboklarının final oyunlarının keçiriləcəyi Madrid və Bakı şəhərlərinə biletlərin qiymətinin və yaşayış xərclərinin yüksək olması ilə bağlı azarkeşlərin narazılığına münasibət bildirib.

Qeyd edək ki, bir qədər öncə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi digər dövlət strukturları, o cümlədən "Azərbaycan Hava Yolları" (AZAL) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə UEFA Avropa Liqası final matçının Bakıda keçirilməsinə tam hazır olduqlarını və ölkəmizə gələcək turistlər və qonaqlar üçün əlverişli şəraitin yaradıldığını bəyan ediblər.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən bildiriblər ki, final oyununun hazırlıqları tam sürəti ilə davam edir.

Qeyd edildiyi kimi, 29-30 may tarixlərində "AZAL" aviaşirkəti tərəfindən həyata keçiriləcək London-Bakı-London birbaşa uçuşları ilə yanaşı, xarici azarkeşlər üçün 40-dan çox çarter reysi təşkil olunacaq. Bundan əlavə finalçı klublar və UEFA Avropa Liqası ilə AZAL arasında əlavə çarter reyslərinin təşkili ilə bağlı danışıqlar aparılır.
Bakıda müxtəlif büdcələrə cavab verən beynəlxalq və yerli markalı otellərin olması tədbir zamanı xarici qonaqların rahatlığını təmin edəcək. Gəliş, yerləşmə və ölkədə qalma zamanı turistlərin və qonaqların təhlükəsizliyi ilə bağlı bütün məsələlər dövlət və özəl biznes nümayəndələri tərəfindən diqqətlə nəzərdən keçirilib. Çox vacibdir ki, Azərbaycan ən az terror təhlükəsi olan ölkələrin dünya reytinqində ilk yerlərdən birini tutur.

Matçın hazırlanması və təşkil edilməsi prosesinə cəlb edilmiş bütün dövlət qurumları bu əhəmiyyətli idman tədbirinin uğurla keçirilməsi üçün daha gücləndirilmiş bir rejimdə çalışacaqlar".

Həmçinin qeyd olunur ki, Azərbaycanın Formula 1, Avroviziya, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq yarışların uğurlu təşkilində və keçirilməsində böyük təcrübəsi var.
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”