Olimpiya çempionumuz: “Mənim üçün güləşmək, xalçanı hiss etmək vacib idi” - MÜSAHİBƏ
Idman
Oxunub: 920
30 apr 2019 | 13:00
Olimpiya çempionumuz: “Mənim üçün güləşmək, xalçanı hiss etmək vacib idi” - MÜSAHİBƏ














Azərbaycan yığmasının sərbəst güləşçisi Şərif Şərifov (92 kq) Rusiya mətbuatına müsahibə verib.

ONA-nın məlumatın görə, Olimpiya, dünya və Avropa çempionu titulları qazanan yeganə pəhləvanımız Buxarestdə keçirilən qitə birinciliyindən və gələcək planlarından danışıb.

- 2012-ci ildə Olimpiya Oyunlarında qalib gəldiniz. Bundan 1 il öncə dünya çempionatında eyni uğuru qazanmışdız. Amma nədənsə Avropa çempionluğu titulu alınmırdı. Bu mükafatı qazanmaq sizin üçün nə dərəcədə prinsipial idi?
- Bu ilə qədər 4 dəfə Avropa çempionatında çıxış etmişəm. Onların ikisində gümüş, birində bürünc medal qazanmışam. Bu yarışda qalib gəlmədən idmandan getmək istəməzdim. Ona görə də özüm özümə dedim ki, ya indi, ya da heç vaxt.

- Bəs qələbə necə əldə olundu?
- Avropa çempionatına yaxşı hazırlaşmışdım. Həmin ərəfədə “Taxti Kubok”unda iştirak edib, üçüncü yeri tutdum. Oradakı çıxışımdan da razıyam. Mənim üçün güləşmək, xalçanı hiss etmək vacib idi. Amma həmin vaxt qarşıma nəyin bahasına olursa-olsun çempionluq vəzifəsi qoyulmamışdı. Buxarestdə isə ilk görüşdə püşk məni Rusiya millisindəki həmyerlim Maqomed Qurbanovla üz-üzə qoydu. Biz onunla həm evdə, həm də hazırlıq üçün gəldiyi Azərbaycanda sınaq döyüşləri keçirmişik. Maqomed fiziki cəhətdən güclü güləşçidir. Gözlənildiyi kimi, onunla döyüş mənə asan olmadı. Onu keçdikdən sonra isə yolum açıldı.

- Azərbaycanda sizin komandanın Rumıniya paytaxtındakı çıxışınızı necə dəyərləndirdilər?
- Biz 3 qızıl medal qazandıq. Hətta bu, rusiyalılardan da çox idi. Yalnız türklər 3 qızıl medal əldə etmişdi. Bu yaxşı nəticədir, hamı razı qaldı.

- Saypulla Absaidovun Azərbaycan millisindəki baş məşqçi postuna qayıtması ilə nəsə dəyişib?
- Prinsipcə, o heç yerə getməmişdi. Firdovsi Umudovun vaxtında o, gənclər yığmasına rəhbərlik edir, əsas yığmanın toplanışlarına qatılır, həmişə yanımızda olurdu. Saypulla Absaidovun rəhbərliyi altında Olimpiada və dünya çempionatında qalib gəlmişdim, indi də Avropa çempionu oldum. O, yaxşı mütəxəssisdir. Həm onunla, həm də yığmanın məşqçilər korpusundakı köməkçiləri ilə çalışmaq xoşdur. Onların bu vəzifədə ilk ili deyil.

- Yəqin ki, üçüncü dəfə Olimpiya Oyunlarına qatılmaq istəyiniz barədə soruşmaq mənasızdır. Sual Tokio-2020-yə hansı çəkidə düşməyinizlə bağlıdır...
- Səhər çəki ölçmə ilə bağlı yeni reqlamentə görə, mənə 86 kq-da güləşmək çətin olacaq. 97 kq çəki dərəcəsində mübarizə aparmalı olacağam. Amma bu, 2019-cu ildə keçiriləcək dünya çempionatından sonra dəqiqləşəcək.

- Bu yarışa necə hazırlaşacaqsız?
- Mənə mayın əvvəlində Nyu-Yorkda keçiriləcək güləş şousunda iştirak təklif etdilər. Amma ora qatılmaq mənə heç nə vermir. Bu səbəbdən də dərhal imtina etdim. Əli Əliyev turnirində yarışmağa üstünlük verdim. Bundan sonra mənə daha bir yarışa qatılmaq lazımdır. Ardınca məşqçilərlə qərar verəcəyik ki, mundial öncəsi harada çıxış etmək yaxşıdır.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu