Azad Rəhimov: Avropa Oyunlarına tam hazırıq
Idman
Oxunub: 1 210
30 apr 2015 | 18:22
Azad Rəhimov: Avropa Oyunlarına tam hazırıq"Avropa Oyunlarına 43 gün qalmış ilk akkreditasiyanı almağıma çox sevinirəm. Bu akkreditasiyanın və uniformaların əhəmiyyəti çox böyükdü. İşçi heyətimizin və könüllülərimizin bunlardan qürurla istifadə edəcəklərinə şübhəm yoxdu". Apasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.


Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı-direktoru olan Rəhimov və BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq I Avropa Oyunları üçün öz uniformalarını və akkreditasiya kartlarını götürüblər. Nazir Bakı-2015-in Uniformaların paylanması və Akkreditasiya Mərkəzində baş tutan mərasimdə fikirlərini də açıqlayıb.
O bildirib ki, Oyunlara qısa bir müddət qaldığı vaxtda Azərbaycan böyük bir yol keçib: "Bu yol öncə bizə - hazırlıq işləri üçün çalışan gənclərimizə, 1000 nəfərdən artıq Avropa Oyunlarının Təşkilat Komitəsində işləyən heyətimizə, həmçinin 17-18 minə qədər komandamızla çalışan könüllülərə böyük bir təcrübə gətirib. Bütün xalq, Azərbaycan gözəl anları yaşayır. Həqiqətən də ölkəmizdə belə möhtəşəm, belə böyük tədbir heç vaxt keçirilməmişdi. Biz çox sevinirik ki, bu gün - Oyunlara 43 gün qalmış deyə bilərik ki, yarışa tam hazırıq".
A. Rəhimov iyunun 12-28-də baş tutacaq Oyunlar üçün heç bir sahədə gecikmə olmadığını vurğulayıb. O qeyd edib ki, dünyanın ən yüksək standartlarına cavab verən idman qurğuları inşa olunaraq, istifadəyə verilir: "Bunlar sabah gənclərimizin, sakinlərimizin ixtiyarında olacaq. Bu gün şəhərimiz gündən-günə gözəlləşir. Paytaxtın müxtəlif yerlərində yeni brendinqlərin açılışının şahidi olacaqsız. Tam əminliklə deyə bilərəm ki, Bakı Oyunları keçirməyə və qonaqları qəbul etməyə hazırdı".
Nazirin sözlərinə görə, Bakı-2015 ailəsinin geyinəcəyi uniformalar paytaxtımıza gələcək idmançılar, qonaqlar üçün bu proyektdə nə qədər insanın çalışdığını birbaşa göstərəcək.
Avropa Oyunlarının yüksək səviyyəlidə keçiriləcəyinə əminliyini ifadə edən Rəhimov yarışın Azərbaycanın tarixində qalacağını, xüsusi iz buraxacağını deyib.
A. Rəhimov Avropa Oyunlarının təbliğində rol oynayan KİV nümayəndələrinə də təşəkkürünü çatdırıb: "Sizə öz dərin minnətdarlığımızı bildirmək istəyirəm ki, daima bizlə birgə olmusuz. Bizim bütün addımlarımızı işıqlandırmısız. Şəhərdə bu gün çox gözəl ab-hava var və inanırıq ki, bu Oyunlar Azərbaycanın inkişafını, dəyərlərini, mədəniyyətini, qonaqpərvərliyini ən yaxşı şəkildə nümayiş etdirəcək".

Nazirin ardınca tədbirdə söz alan Saymon Kleq dəstəyə görə Bakı-2015-in Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya minnətdarlığını çatdırıb. Baş direktor dünya səviyyəli tədbirin plana uyğun getdiyi üçün sevincini də gizlətməyib. O bildirib ki, uniforma və akkreditasiyaların artıq təqdim olunması bizi möhtəşəm idman bayramı üçün bütün əməliyyatların tam hazır olmasına daha bir addım yaxınlaşdırır.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı