AVRO-2016-da iştirak edən Azərbaycan futbolçuları: - “Beşiktaş”da olan da var, klubsuz qalan da
Idman
Oxunub: 725
8 yan 2019 | 22:16
AVRO-2016-da iştirak edən Azərbaycan futbolçuları: - “Beşiktaş”da olan da var, klubsuz qalan da
















İspaniya “Real Madrid”i üç il öncə Bakıda keçirilmiş Avropa çempionatında parlayan futbolçunu transfer edib. Paytaxt təmsilçisi Brahim Dias üçün İngiltərənin “Mançester Siti” klubuna 15 milyon avro ödəyib. Mərakeş əsilli ispaniyalı yarımmüdafiəçi özünü yaxşı tərəfdən göstərə bilsə, bu məbləğ bonusların hesabına daha 7,3 milyon avro arta bilər.

Ötən ilin iyununda da oxşar hadisə baş verib. İtaliya “Roma”sı məşhur veteran futbolçu Patrik Klüvertin oğlu Castin üçün Hollandiya “Ayaks”ına 18,75 milyon avro verib. Həmin yarışda çıxış edən digər əcnəbi oyunçuların da ara-sıra xoş soraqlarını eşidirik. Lakin yerlilərlə bağlı bilgilər elə də çox deyil.

“Report” 2016-cı ilin mayında Bakıda təşkil olunmuş Avropa çempionatında Azərbaycan millisinin heyətində yer alan futbolçuların hazırda hansı klubların formasını geyindiklərini və yığmaya sonuncu dəfə nə vaxt dəvət aldıqlarını araşdırıb.

Üç il öncə baş məşqçi Təbriz Həsənov çempionat üçün 20 futbolçunun adını sifariş vərəqinə daxil edib. Heyətdə Kamran İbrahimov, Elçin Əsədov, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Ceyhun Muxtarlı, Süleyman Əhmədov, Nadir Qasımov (hamısı “Keşlə”), Yusif Həsənov, İbrahim Qədirzadə (hər ikisi “Xəzər Lənkəran”), Ricat Qarayev (“Sumqayıt”), Fərid Nəbiyev (“Qəbələ”), Məmməd Hüseynov (“Qarabağ”), Ege Atlam, Hüseyin Seyliğli, Metin Güler (hamısı “Beşiktaş”, Türkiyə), İsmail Karakaş, Doğukan Öksüz (hər ikisi “Trabzonspor”, Türkiyə), Barış Ekincier (“Rot-Vays Essen”, Almaniya) və Murad Mahmudov (“Leyptsiq”, Almaniya) yer alıb. Murad Popov (“Qəbələ”) və Bahadur Həziyev (“Neftçi”) isə ehtiyat oyunçu qismində çağrılıb.


Ötən müddət ərzində bu oyunçulardan 13-ü klubunu dəyişib, legionerlərin sayında artım olub. Nəbiyevin “Qəbələ”dən Çexiya “Slaviya”sına keçməsi ilə ölkə xaricində top qovanların sayı 8-ə çatıb. Digər 7 legioner isə əvvəlki kimi Almaniya və Türkiyə klublarının formasını geyinirlər.

Atlam, Seyliğli və Güler hələ də “Beşiktaş”da çıxış edirlər. İlk iki müdafiəçi baş məşqçi Şenol Günəş tərəfindən əsas komandanın Antalya toplanışına cəlb olunub. Onlar Avropa çempionatından sonra da Azərbaycan millisinə çağrılıb. Seyliğli son olaraq 2018-ci ilin noyabrında, Atlam isə 2017-ci ilin yanvarında millidə olub.

Hazırda “Beşiktaş”ın U-21 komandasında çıxış edən Gülər isə axırıncı dəfə 2017-ci ilin sentyabrında U-19 yığmasının təlim-məşq toplanışında iştirak edib.

Karakaşla Öksüz “Trabzonspor”u “1461 Trabzon”a dəyişiblər. Müdafiəçi olan birincisi sonuncu dəfə 2017-ci ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turnirində gözə dəyib. Hücumçu ampluasında çıxış edən digəri isə həmin ilin oktyabrında Avropa çempionatının ilkin seçmə mərhələsi üçün heyətə cəlb olunub.

Yığmaya Almaniyadan gələnlər də "dinc durmayıblar". Yarımmüdafiəçi Ekincier “Rot-Vays Essen”dən II Bundesliqa təmsilçisi “Boxum”a yollanıb. Orta xətt oyunçusu Mahmudov isə “Leyptsiq”dən “Ayntraxt”a qayıdandan sonra Regional Liqada yarışan “Frankfurt”a üz tutub.

Ekincier ötən ilin oktyabrında 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Norveçlə oyunda forma geyinib. Mahmudov isə iki ay öncə Avropa çempionatının elit-raunduna vəsiqə qazanan U-19 yığmasının heyətində yer alıb.

“Neftçi”dən çağırılan İbrahimov, Əsədov, Mehdiyev, Həziyev “dördlüy”ündən ikisi klubunu dəyişib. Yarımmüdafiəçi Əsədov Premyer Liqanın debütantı “Sabah”ın əsas komandasındadır. Hücumçu Həziyev I Divizion təmsilçisi MOİK-ə gedib.

Həziyev qapıçı İbrahimovla iki ay əvvəl Bosniya və Herseqovina ilə yoldaşlıq matçında U-21-in formasını geyiniblər. Əsədovla yarımmüdafiəçi Mehdiyev isə 2017-ci ilin oktyabrında Avropa çempionatının ilkin seçmə mərhələsi üçün heyətə cəlb olunublar.

Əhmədov, Muxtarlı və Qasımov artıq “Keşlə”nin futbolçusu deyillər. Birinci “Sumqayıt”ın əsas heyət üzvüdür. Digəri MOİK-in formasını geyindiyi halda, tanınmış məşqçi Nadir Qasımovun nəvəsi, eyni zamanda adaşı isə “hərbiçilər”in düşərgəsində baxışdadır. O, ötən yay “Keşlə”dən “Səbail”ə üz tutsa da, zədə üzündən oynaya bilməyib və qış fasiləsindən etibarən klubsuzdur.

Yarımmüdafiəçi Muxtarlı ötən ilin mayında U-20 yığmasının Bakıdakı, hücumçu Qasımov 2017-ci ilin sentyabrında U-19-un Almaniya toplanışında iştirak edib. Cihah yarımmüdafiəçisi Əhmədov isə ötən ilin noyabrında Bosniya və Herseqovina ilə yoldaşlıq matçında U-21-in forması ilə meydana çıxıb.

“Xəzər Lənkəran”nın müdafiəçiləri Həsənovla Qədirzadə müvafiq olaraq, I Divizionda yarışan “Qarabağ-2” və MOİK-də çıxış edirlər. Birincisi 2017-ci ilin avqustundan təlim-məşq toplanışına, digəri isə iki ay sonra Avropa çempionatının ilkin seçmə mərhələsi üçün U-19 yığmasına dəvət alıb.

Ötən ilin noyabrında Bosniya və Herseqovina ilə yoldaşlıq görüşündə iştirak etmiş müdafiəçi Qarayev artıq “Sumqayıt”ın yox, “Neftçi-2”nin futbolçusudur. Həmin matçda forma geyinən hücumçu Nəbiyev Çexiya “Slaviya”sına transfer olunub.

Popov hazırda “Qəbələ”nin ehtiyat qapıçılarından biridir. Hüseynov isə “Qarabağ-2”nin "çərçivə"sini qoruyur. Birincisi ötən ilin martında Avropa çempionatının seçmə mərhələ matçları üçün U-21, digəri isə 2017-ci ilin oktyabrında Avropa çempionatının ilkin seçmə mərhələ görüşlərindən ötrü U-19 yığmasına dəvət alıb.

Qeyd edək ki, Avropa çempionatında A qrupunda yer alan Azərbaycan millisi ilk görüşdə Portuqaliyaya 5 cavabsız qolla uduzdub, ardınca Belçika ilə heç-heçə edib – 1:1. Son matçda Şotlandiyanı tək qolla üstələyən yığma yekunda 4 xalla üçüncü yeri tutub və 1/4 finala vəsiqə qazana bilməyib. Yarışın qalibi isə finalda İspaniyanı üstələyən Portuqaliya olub
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ