Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunları başlayır – AFİŞA
Idman
Oxunub: 630
11 dek 2018 | 14:00
Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunları başlayır – AFİŞA
















Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI turun oyunlarına start veriləcək.

“Report” xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” evdə Portuqaliya “Portu”su ilə münasibətlərə aydınlıq gətirəcək. İstanbul təmsilçisi növbəti mərhələ şanslarını itirsə də, Avropa Liqasında mübarizəni davam etdirməyə çalışacaq. “Sarı-qırmızılar” qələbə qazanacağı təqdirdə, digər oyunun nəticəsindən aslı olmayaraq Avroliqada 1/16 finala yüksələcək. Qrupun digər matçında “Şalke” Almaniyada Rusiya “Lokomotiv”i ilə qarşılaşacaq.

Günün maraqla gözlənilən dueli İngiltərədə olacaq. “Liverpul” İtaliya “Napoli”si ilə üz-üzə gələcək. Neapol klubu heç-heçə etsə, növbəti mərhələyə yüksələcək. Qrupun digər matçında Fransa PSJ-si Serbiyada “Srvena Zvezda”nın qonağı olacaq. Parislilər qələbə sayəsində 1/8 finalı təmin edəcək.

Sonuncu tur İtaliyanın “İnter” və İngiltərənin “Tottenhem” komandaları üçün də həlledici olacaq. İtalyanlar növbəti mərhələyə yüksəlmək üçün evdə Hollandiyanın PSV komandasına qalib gəlməli və londonluların İspaniyada “Barselona” ilə görüşdə xal itirməsinə ümid etməlidir.

Çempionlar Liqası, VI tur

11 Dekabr

A Qrupu

00:00. “Monako” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)

00:00. “Brügge” (Belçika) – “Atletiko” (Madrid, İspaniya)

Xal durumu: “Atletiko” – 12, “Borussiya” – 10, “Brügge” – 5, “Monako” – 1.

B Qrupu

00:00. “İnter” (İtaliya) – PSV (Eyndhoven, Hollandiya)

00:00. “Barselona” (İspaniya) – “Tottenhem” (İngiltərə)

Xal durumu: “Barselona” – 13, “Tottenhem” – 7, “İnter” – 7, PSV – 1.

C qrupu

00:00. “Srvena Zvezda” (Serbiya) – PSJ (Fransa)

00:00. “Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya)

Xal durumu: “Napoli” – 9, PSJ – 8, “Liverpul” – 6, “Srvena Zvezda” – 4.

D qrupu

21:55. “Qalatasaray” (Türkiyə) – “Portu” (Portuqaliya)

21:55. “Şalke” (Almaniya) – “Lokomotiv” (Moskva, Rusiya)

Xal durumu: “Portu” – 13, “Şalke” – 8, “Qalatasaray” – 4, “Lokomotiv” – 3.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"