Azərbaycan yığmasına rəhbərlik edə biləcək məşqçilər — TOP-5
Idman
Oxunub: 592
9 dek 2018 | 15:33
Azərbaycan yığmasına rəhbərlik edə biləcək məşqçilər — TOP-5














Bu gün Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov istefa verdiyini bildirib. Bu haqda AFFA-nın mənzil-qərargahında baş tutan İcraiyyə Komitəsinin iclası zamanı qərar verilib. 13 aylıq fəaliyyəti ərzində Qurban Qurbanov Milli komandanı UEFA Millətlər Liqasında altı rəsmi görüşə çıxardı. Komandamız yalnız Farer adaları ilə matçlarda iki qələbə qazanaraq yekunda qrupda ikinci yeri tutdu və pley-off mərhələsinə yüksələ bilmədi.
Oxu.az məlumat verir ki, əldə edilən məlumata görə, yığma komandanın yeni məşqçisi əcnəbi mütəxəssis olacaq.

AFFA rəhbərliyi və bütün ictimaiyyət qeyd-şərtsiz Qurban Qurbanovu Azərbaycanın ən yaxşı məşqçisi hesab edirdi və hazırda da hesab edir. Lakin yığma komandanın “uğurlar”ı bir daha sübut etdi ki, Azərbaycan futbolu, həmçinin məşqçilik məktəbi qərbdən çox geridə qalır. Məhz buna görə “xilaskar”ın tapılması məqsədilə ümidlər yenə də Avropaya yönəldi.

Bəs bu halda Azərbaycan yığmasına kim rəhbərlik edə bilər? Redaksiyamızın heyəti beş məşqçinin namizədliyini nəzərdən keçirib. Fikrimizcə, onlar milliyə rəhbərlik edərək komandanı Xorvatiya, Uels, Macarıstan və Slovakiya kimi rəqiblərlə mübarizə aparacağımız AVRO-2020-nin seçmə mərhələsinə düzgün hazırlaşdıra bilərlər.

Əvvəlcədən qeyd edək ki, siyahıya Antonio Konte, Zinedin Zidan, Arsen Venger və digər tanınmış mütəxəssislərin adları daxil edilməyib. Bu məşqçilərin təklif ediləcək əməkhaqqı müqabilində Azərbaycan yığmasını çalışdırmağa razı olacaqları güman edilmir.

Massimo Karrera İtaliyalı mütəxəssis Moskva “Spartak”ına rəhbərlik edərək komandanı 16 il sonra çempionluğa daşıdı və bununla təkcə Rusiyanı deyil, bütün Avropanı heyran etdi. İş ondadır ki, Rusiya klubuna rəhbərlik etməmişdən əvvəl Karrera baş məşqçi kimi heç bir yerdə çalışmamışdı.

“Yuventus”un keçmiş futbolçusu Turin klubunda və İtaliya yığmasında hətta ikinci deyil, üçüncü məşqçi kimi fəaliyyət göstərmişdi. “Spartak”ın sükanı arxasına keçən kimi o, ilk mövsümdəcə böyük fərqlə Rusiya çempionatının və sonra Superkubokun qalibi oldu. 22 oktyabr 2018-ci ildə o, mövsümün əvvəlindəki qeyri-qənaətbəxş nəticələr səbəbindən istefaya göndərildi. Azarkeşlər klub rəhbərliyinin bu qərarına etirazlarını bildirdilər.

Vinçenzo Montella Daha bir gənc italiyalı mütəxəssis bu yaxınlarda “Sevilya” sükanını tərk etdi və hazırda təklif gözləyir. Montella bir məşqçi kimi “Fiorentina”dakı uğurlu rəhbərliyi sayəsində tanındı və artıq o zaman hər kəs bu mütəxəssisin potensialı barədə danışmağa başladı. Sonra Montella növbə ilə “Sampdoriya” və “Milan”ı çalışdırdı. Lakin “Milan”da 44 yaşlı məşqçinin işləri istənilən kimi getmədi və rəhbərlik vaxtından əvvəl onu vəzifəsindən kənarlaşdırdı
Ötən ilin sonundan bu ilin 28 aprelinə qədər Vinçenzo Montella “Sevilya”nı çalışdırdı və bu komandanın sükanı arxasında 28 oyun keçirdi.

Kike Sançes Flores Vaxtilə “Valensiya”nın əfsanəvi futbolçusu olmuş Kike Sançes bu ilin aprel ayından işsizdir. Məşqçilik karyerasına “Real”ın akademiyasında başlayan Flores yeddi il ərzində “Valensiya”nın və sonra Madrid “Atletiko”sunun baş məşqçisi olub. O, “Atletiko” ilə Avropa Liqasının və UEFA Superkubokunun qalibi olub.

Flores sonuncu dəfə 2016-ci ildən 2018-ci ilə qədər “Espanyol”a rəhbərlik edib. Paulu Souza AFFA portuqaliyalı məşqçi ilə danışıqlar aparmağa qərar verərsə, Souza Floresdən daha çox məvacib tələb edəcək. Belə ki, onun çalışdığı sonuncu iş yeri bu ilin oktyabrına qədər rəhbərlik etdiyi Çinin “Tyanzin Tsyuantsyian” klubu olub ki, burada baş məşqçi “çox yağlı” müqaviləyə malik olub.

Loran Blan Qəribə səslənsə də, Loran Blan artıq iki ildir ki, baş məşqçi kimi heç bir yerdə çalışmır. Onun sonuncu iş yeri “ulduzlar”la dolu “PSJ” olub ki, bu klubla da Loran Blan dörd dəfə Fransa çempionatı Liqa 1-in qalibi olub. Lakin çempionlar Liqasında məğlubiyyətlər alması səbəbindən Blan klub səhmdarlarının və azarkeşlərin ümidlərini doğrultmayıb.

Nəticədə, üç ildən artıq bir müddətdə çalışdığı vəzifəsini tərk edib və o da hazırda təklif gözləyir. Qeyd edək ki, Blan iki il Fransa yığmasının baş məşqçisi olub və komandanı AVRO-2012-nin ¼ final mərhələsinə çıxarıb, lakin həmin mərhələdə İspaniya yığmasına 0-2 hesablı məğlubiyyətdən sonra tutduğu vəzifəni tərk edib.

Bonus: İstisna olunmur ki, AFFA risk edərək Azərbaycan yığmasının baş məşqçisi postunu Azərbaycan futbolunun xüsusiyyətləri ilə tanış bir mütəxəssisə tapşıracaq. Belə mütəxəssislərdən “Qəbələ”nin keçmiş çalışdırıcısı Roman Qriqorçuku, “İnter”in keçmiş məşqçisi Kaxaber Tsxadadzeni və ya qısa müddət ərzində özünü yaxşı tərəfdən tanıdan “Neftçi”nin hazırkı baş məqçisi Roberto Bordini misal göstərmək olar.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...