Zərifə dünya rekordunu necə qırdı: Oğlanların valideynləri məndən şikayət edirdilər – FOTO/VİDEO
Idman
Oxunub: 662
28 noy 2018 | 13:13
Zərifə dünya rekordunu necə qırdı: Oğlanların valideynləri məndən şikayət edirdilər – FOTO/VİDEO














1995-ci il martın 30-da Bakıda sadə Hüseynovlar ailəsində balaca qız dünyaya gəlib. Valideynləri körpənin zərifliyinə görə ona Zərifə adı qoyublar.

Oxu.Azbu azyaşlı qızın qarşısına qoyduğu məqsədlərə heç nəyə baxmayaraq, necə nail olmasının əks olunduğu hekayəni diqqətinizə çatdırır.

İllər keçir və bu zərif uşağın ağlasığmaz fiziki gücü ortaya çıxır. Uşaq bağçasında və məktəbdə, demək olar ki, bütün həmyaşıdlarının valideynləri ondan şikayət edirlər.

Bəzən o, yuxarı sinifdən olan oğlanlarla dalaşırdı və onların valideynləri Zərifənin anasına şikayət etməkdən utanırdılar.

16 yaşında qəhrəmanımız hər kəsə qarşı çıxır və kişilərin məşq etdiyi zala yazılır. O zaman üçün bu qeyri-adi idi, ancaq o, hər şeyə rəğmən, əzələlərini gücləndirməyə davam edirdi.

“Bir dəfə zalımıza əzələli oğlanın gəldiyini gördüm. O, birinci cəhddə 100 kiloqramlıq ştanqla məşq edirdi. Gözlərimə inana bilmirdim. O, növbəti dəfə istirahətə gedəndə həmin ağırlığı qaldırmağa çalışdım. Bu çəkinin öhdəsindən gəldiyimi görən kişi mənə dedi ki, yaxşı gələcəyim var. Ona inandım”, – Zərifə müxbirimizlə söhbətində deyib.

Zərifə dünya rekordunu necə qırdı: Oğlanların valideynləri məndən şikayət edirdilər – FOTO/VİDEO







Bu gündən Vüsal Mərdanov adlı şəxs onun şəxsi məşqçisi olub.

“Mən bir çox kişiləri məşq etdirmişəm, ancaq Zərifənin iradəsi məni təəccübləndirdi. O, gərgin idi, onda anadangəlmə istedad var. Başa düşürdüm ki, hər şeyi düz etsəm, onun haqqında bütün dünya biləcək”, – Zərifənin məşqçisi deyib.

Bir müddət sonra qəhrəmanımız həqiqi bodibildinqçi kimi görünürdü: əzələlər və zəhmli güc…

“Küçədə hamı mənə yadplanetli kimi baxırdı. Elə vaxt var idi ki, kompleks yaranırdı, ancaq indi başa düşürəm ki, insanların çoxu mənim yaşayış obrazımı başa düşmür. Daha çox problem qarşı cinsin nümayəndələri ilə olur.

Məhz bu dövrdə Zərifə ilk dəfə sevgi ilə tanış olub. Hər şey normal idi, ancaq vaxt keçdikcə məşqlərə gedəndə sevgilisi inciyirdi. İş o həddə çatdı ki, o, Zərifənin qarşısına seçim qoydu: “Ya mən, ya idman…”, – müsahibimiz bildirib.

Ancaq başa düşdüyünüz ki, Zərifə idmanı seçir və daha çox məşq etməyə başlayır.

Zərifə dünya rekordunu necə qırdı: Oğlanların valideynləri məndən şikayət edirdilər – FOTO/VİDEO










“Mənim üçün bu ayrılıq ağır idi. Məhz idman mənim stresimi götürürdü. Düşünürəm ki, məhz buna görə də mən Yekaterinburqda keçirilən pauerliftinq üzrə beynəlxalq yarışda iştirak etmək qərarına gəldim”, – müsahibimiz qeyd edib.

Məşqçi V.Mərdanovdan başqa, heç kəs Zərifənin uğuruna inanmırdı. Onlar ağır məşqlərə başlayır. Nəticədə, Zərifə vətənə qızıl medal ilə dönür. Bu, Azərbaycan qadın pauerliftinqi tarixində yeganə qələbədir.

Zərifə dünya rekordunu necə qırdı: Oğlanların valideynləri məndən şikayət edirdilər – FOTO/VİDEO









“Həmin vaxt mən Bakıdakı ofislərdən birində resepşnda çalışırdım. Çempionata icazə alıb getmişdim. Düşünürdüm ki, vətəndə məni gurultulu alqışlarla qarşılayacaqlar. Ancaq belə olmadı. Başa düşə bilmirəm, hansı səbəblərdən adicə “halal olsun” sözünü mən eşitmədim. Bu, bizim üçün üzücü idi. Ancaq ən dəhşətlisi işdə oldu. Qayıdan zaman mənim yerimdə qız oturmuşdu. Məni heç bir səbəb göstərmədən işdən çıxarmışdılar”, – Zərifə deyib.

Qəhrəmanımız Bakıya qayıdan zaman öz gələcəyini artıq müəyyən etmişdi: o, dünya rekordunu qırmaq istəyirdi.

Zərifə dünya rekordunu necə qırdı: Oğlanların valideynləri məndən şikayət edirdilər – FOTO/VİDEO







Məşqlər rekordun qırılması üzərində gedirdi. O, Azərbaycan birinciliyində iştirak edir. Zərifə çempion olur və Azərbaycanda rekord qırır. Qəhrəmanımız ilk məqsədinə nail olur.

Azərbaycanda rekord 2017-ci ildə qırılıb. Zərifə Hüseynova 190 kiloqram ağırlığında çəkinin öhdəsindən gəlib.

Bu ilin noyabrında Zərifə Moskvada 418 kiloqram çəkinin öhdəsindən gəlməklə dünya rekordunu qırıb.

Zərifə dünya rekordunu necə qırdı: Oğlanların valideynləri məndən şikayət edirdilər – FOTO/VİDEO






Bodibildinqlə ciddi məşğul olan qadın üçün başlıcası canfəşanlıq göstərməməkdir. Formasını saxlayan qadınla avtomobili qaldırmağa hazır olan qız arasında böyük fərq var. Bəzən insanlar bu kimi sərhədlərə fikir vermir. Ancaq xoşbəxtlikdən bizim qəhrəmanımız qadınlığını qoruya bilib.

“Mən ilk növbədə qadınam. Qadın hissləri, əlbəttə ki, mənə yad deyil. Mən də sevmək və sevilmək istəyirəm. Mən özümdən güclü kişi axtarıram, ancaq hələ tapa bilməmişəm (gülür)”, – Hüseynova qeyd edib.

Dünyanın ən güclü bodibildinqçisi Arnold Şvartsenegger həmişə deyirdi:

“Həmişə çoxdan başlayın, daha çoxa nail olun və heç vaxt geri baxmayın! Biz həmişə sərhəddən kənara çıxmalıyıq”.

Bizim qəhrəmanımız olan bu azərbaycanlı qıza heç kim inanmırdı. Ancaq o, dünyada birinci və yeganə olmağı bacardı. Bu gün onun üçün dünya rekordu sərhəd deyil. O, 2019-cu ildə öz rekordunu yeniləmək istəyir.
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ