Petro Qedin: Bura uduzmağa gəlməmişik
Idman
Oxunub: 1 222
27 mar 2015 | 18:46
Petro Qedin: Bura uduzmağa gəlməmişik"Azərbaycana böyük ümidlərlə gəlmişik". Apasport.az saytının məlumatına görə, bu sözləri Malta millisinin baş məşqçisi Petro Qedin deyib.

Yığma komandamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Maltanı qəbul edəcək. Qonaq komandanın baş məşqçisi bu gün keçirdiyi mətbuat konfransında sabahkı qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Bizim hazırlıq dövrümüz yaxşı keçdi. Gürcüstanla oyunda ağır məğlubiyyət aldıq. Heyətlə bağlı müəyyən problemimiz var. Amma düşünürəm ki, sabah maraqlı oyun olacaq".

- Oyunçuların durumu necədi?

- Gəlin sabahı gözləyək. Hər şeyə sabah aydınlıq gələcək.

- Azərbaycan millisinin bu oyuna yeni baş məşqçi ilə çıxması sizin üçün müsbət, yoxsa mənfi haldı?

- Bu bizim üçün o qədər də əhəmiyyət kəsb etmir. Rəqibin baş məşqçisinin kimliyi bizə maraqlı deyil. Əsas öz oyunumuzdu. Çıxıb mübarizəmizi aparacaq və qələbə qazanmağa çalışacağıq.

- Malta yoldaşlıq görüşü keçirdi, Azərbaycan millisi isə məşqlə kifayətləndi. Bu o deməkdi ki, Malta millisi fiziki cəhətdən daha hazırlıqlıdı?

- Yorğun olsaq da, o demək deyil ki, oynaya bilməyəcəyik. Görüşə məsuliyyətlə yanaşmaq lazımdı. Bir komanda 3-4 gündən bir görüş keçirə bilmirsə, onda heç meydana çıxmasın.

- Azərbaycanın məqsədi Maltanı məğlub etməkdi. Sizin hədəfiniz nədi?

- Hər bir oyunun öz əhəmiyyəti var. Biz ümid edirik ki, ən azı heç-heçə edəcəyik. Bura uduzmağa gəlməmişik.

- Bizdə məğlubiyyət faciə sayılacaq. Bəs sizdə?

- Hər bir komanda qələbə qazanmaq istəyir. Ancaq bir komanda bunu bacarır. Biz mübarizə aparacağıq ki, qalib gələk. Bu, bizim üçün stimul olar.

- Azərbaycan millisi böyük ehtimalla hücum futbolu oynayacaq. Bəs siz hansı taktikaya üstünlük verəcəksiz?

- İndidən informasiya verməyim düz olmaz. Həmişəki oyunumuzu göstərməyə çalışacağıq.

- Azərbaycan mllisi halda nə düşünürsüz?

- Azərbaycan çox güclü komandadı. Onların azarkeşlərində həyəcan görürəm. Niyə həyəcanlanırsız? Sizin komandanızın əvvəlki kimi uğur qazanacağına inanıram.

- Gürcüstanla oyunöncəsi zədəliləriniz var idi. İndi vəziyyət necədi?

- Biz hər şeyi həll etməyə çalışırıq. Sabah işləri yoluna qoymağa çalışacağıq.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu