"Qarabağ"ın müdafiəçisi: "Oyunun dayanmağı bizim xeyrimizə oldu"
Idman
Oxunub: 639
9 noy 2018 | 14:00
"Qarabağ"ın müdafiəçisi: "Oyunun dayanmağı bizim xeyrimizə oldu"















"Çətin oyun olacağını əvvəlcədən bilirdik. Hava şəraiti amili də var idi. Meydan demək olar ki, donmuşdu. Pasla oynamaq bir az çətin idi. Amma bu çətinliklərə dözdük. Öz oyunumuzu oynamağa başladıq. Maraqlı oyun keçirdi. Meydanda mübarizə hiss olunurdu. Azarkeşlər də daha maraqlı olması üçün şou etdilər. Fikrimcə, bu, bir tərəfdən yaxşı olmasa da, digər tərəfdən bizim xoşumuza gəldi. Baxmayaraq ki, paltardəyişmə otağına getdik. Oyun bir qədər sonra yenidən başladı. Hər şey qaydasında idi. Çünki 1:0 öndəydik. Bizdə motivasiya da yaxşı idi. İstəyirdik ki, axıra kimi "Vorskla" ilə mübarizə aparaq. Təəssüf ki, Bakıdakı oyunda məğlub olmuşduq. Yaxşı ki, bu görüşdə qələbə qazana bildik. Təbii ki, sevinirik. Artıq komandada yaxşı əhval-ruhiyyə yaranıb. Növbəti matçlarda da daha yaxşı oynamalıyıq".
"Ölkə.Az"ın Report-a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə Ukrayna "Vorskla"sını 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

29 yaşlı müdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb

- Oyunun dayanmağı motivasiya baxımından sizin xeyrinizə oldu?

- Gizlətməyəcəyəm. Əlbəttə ki, xeyrimizə oldu. Çünki rəqib 0:1 hesabı ilə geridəydi. İstəyirdilər ki, pressinq etsinlər və daha çox vuruşsunlar. Səhv eləmirəmsə, matç 65-ci dəqiqədən etibarən 8 dəqiqə dayandı. Komanda olaraq paltardəyişmə otağına getdik və bir az istirahət etdik. Yenidən meydana qayıtdıq. Demək olar ki, oyunun dayanmağı bizim xeyrimizə oldu.

- Oyunun dayandırılma ehtimalını əvvəlcədən düşünmüşdünüz?

- Sözün düzü, hadisəni birinci onların azarkeşləri başlatdı. Biz də bunu normal qarşılayırıq. Belə şeylərlə bizi təəccübləndirmək olmur. Oyunun davam edəcəyini fikirləşirdik. Sonra bizim azarkeşlər də bəzi vasitələrdən istifadə etdi. Ondan sonra isə oyun dayandı.

- Qrupdakı şanslarınızı necə qiymətləndirirsiniz?
- Komandanın aktivində üç xal var. Bu çox yaxşıdır. Çalışacağıq ki, digər iki çətin rəqibdən də xal alaq. "Vorskla"da bizim kimi mübarizə aparacaq. Biz "Arsenal" və "Sportinq" komandalarının səviyyəsini başa düşürük. Onlara qarşı oynamaq çox çətindir. "Sportinq"lə Bakıda qarşılaşacağıq. Həmin oyuna da çox yaxşı hazırlaşmalıyıq.

- Rəqib sizə qarşı qaydanı pozdu və penalti təyin olundu. Həmin an barədə nə deyə bilərsiniz?

- Birinci matçda bizim qapıçımız səhvə yol vermişdi. Bu oyunda isə rəqib səhv etdi. Adi futbol epizodu idi. Müdafiəçi qapıçıya pas verdi. Qapıçının topa müdaxilə etməsini gözlədim. Topa vurmaq istədim. O da mənə toxunmağa məcbur oldu. Əlbəttə ki, həmin an yerə yıxıldım. Həmin epizodda penalti qazanmağa gedirdim.

- Meydan sürüşkən idi. Amma rəqiblə müqayisədə siz buna görə problemlə üzləşmədiniz...

- Əslində, biz də çox problem yaşadıq. Qapıçı arada bizə pas verirdi. Amma topa uyğun gedə bilmirdi. Çünki top ya bərk gəlirdi, ya da istiqamətini dəyişirdi. Ot örtüyü donmuşdu, həm də meydanı sulamışdılar.

- Ola bilər ki, bunu bilərəkdən etsinlər?

- Buna inanmıram. Qayda var ki, meydanı sulamaq lazımdır. Ona görə ot örtüyü donmuşdu. Biz də əziyyət çəkirdik. Tək biz yox, rəqib də çətinliklərlə üzləşirdi. Top çox sürətli gedirdi, saxlamaq və pas vermək olmurdu.
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"