Gəncə Uşaq Gənclər Fiziki Hazırlıq Klubunun budoçuları Bakıda keçirilən 7-ci Azərbaycan çempionatına qatılıblar
Idman
Oxunub: 1 526
15 mar 2015 | 19:03
Gəncə Uşaq Gənclər Fiziki Hazırlıq Klubunun budoçuları Bakıda keçirilən 7-ci Azərbaycan çempionatına qatılıblarBakıda budo döyüş növləri üzrə uşaq, yeniyetmə, gənc və böyüklər arasında 7-ci Azərbaycan çempionatı keçirilib. Həm oğlan, həm qız budoçuların qüvvəsini sınadığı yarışda Gəncədən Uşaq Gənclər Fiziki Hazırlıq Klubunun üzvləri iştirak edib.

Hövsan Olimpiya İdman Kompleksində düzənlənən ölkə birinciliyinə 40 klubdan 400-ə yaxın idmançı qatılıb. Nizami yurdundan paytaxta məşqçi Anar Məmmədovun rəhbərliyi ilə 30 budoçu yollanıb. Onlardan 22-si mükafatçılar sırasına düşə bilib. Yeniyetmələr arasında 20 kq-da Rəsul Tağızadə, 25-də Fərda Həsənov, 30-da Elcan Cəfərov, 40 kq-da Rəşad Hüseynov, 45-də Rüzgar İbişov qızıl, 30 kq-da Murad Tağızadə, 55-də Rəşad Qasımov, 60-da Malik Abbasov gümüş, 25 kq çəkidə Nihad Məcidov, 30-da Hikmət Hüseynov, 50-də Elmar Əlizadə və 55 kq-da Sabir Verdiyev bürünc medala sahib olub.

Gənc budoçuların mübarizəsində 55 kq-da Vüqar Hacıyev, 60-da Zaur Məmmədov, 75-də Elşən Nuriyev baş mükafata yiyələnib. 55 kq-da Oktay Dilsuzlu və 65-də Elvin Xəlilov ikinci, 75 kq-da çəkidə çıxış edən Ayxan Bayramov yarışı üçüncü sırada tamamlayıb. Kişilərin mübarizəsində isə yeganə mükafatçı olan Kamil Məmmədov fəxri kürsünün ilk pilləsinə yüksəlib.

İdman klubunun zərif budoçuları da yarışda iştirak edib. 55 kq-da Nərmin Mustafayeva, 60-da Günay Səpxanova və 65-də Nərmin Cəfərli bütün rəqiblərini qabaqlamağı bacarıb.

Yetirmələrinin müxtəlif versiyalarda çıxış etdiyini söyləyən məşqçi Anar Məmmədov nəticənin qənaətbəxş olduğunu deyib.

İdman klubunun yetirmələrini qarşıda beynəlxalq yarış gözləyir. İdmançılar martın sonlarında Moldovada baş tutacaq avropa çempionatına qatışlacaq.

kepeztv.az
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu