"Bakı-2015"in açılış və bağlanış mərasimi ilə bağlı yeni vəd
Bu gün Atletlər Kəndində "Bakı-2015" birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində çıxış edəcək iştirakçıların növbəti dinləmələri təşkil olunub.Trend-in məlumatına görə, dinləmələri "Bakı-2015"in ulduz elçiləri "Eurovision-2011" Beynəlxalq mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal da izləyiblər.
Dinləmədə 50-dən artıq gənc iştirak edib və onlar peşəkar komandanın tapşırıqlarını yerinə yetiriblər.
"Bakı-2015"in açılış və bağlanış mərasimini hazırlayan "FiveCurrents" şirkətinin baş prodüseri Tom Bisinyano Avropa Oyunlarının 2015-ci ilin ən möhtəşəm tədbiri olacağını deyib və ölkə gənclərini bu yarışın bir hissəsi olmağa dəvət edib.
Tom Bisinyano bildirib ki, Avropa Oyunlarına könüllülərin cəlb olunması prosesi davam edir. "Bakı-2015"in könüllüləri "Facebook"da hazırlanmış xüsusi səhifədə qeydiyyatdan keçməklə bu möhtəşəm tədbirin iştirakçısı ola bilərlər. Əminliklə deyə bilərəm ki, "Bakı-2015"də könüllü kimi iştirak edəcək şəxslər zəngin təcrübə qazanacaqlar.
Könüllülərin cəlb olunmasında heç bir yaş məhdudiyyətinin olmadığını vurğulayan Tom Bisinyano "Bakı-2015"də 6 minədək volontyorun iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb. "FiveCurrents" şirkətinin baş prodüseri bildirib ki, Avropa Oyunlarının açılış və bağlanış mərasiminin möhtəşəmliyi digərlərindən fərqlənəcək. Bu mərasimlər iştirakçılara unudulmaz anlar yaşadacaq. Xüsusi effektlərdən istifadə isə mərasimlərin yaddaqalan olmasına imkan yaradacaq. Həmçinin bu mərasimlərdə Azərbaycanın tarixi və mədəniyyəti xüsusi olaraq nümayiş etdiriləcək.
"Bakı-2015"-in mərasimlərinin iştirakçısı Xumar Quluzadə deyib: "Mənim dinləməm gözəl keçdi. Dinləmədə iştirak edən hər kəs səmimi və gülərüz idi. Artıq böyük ailənin bir hissəsinə çevrildiyimi hiss edirəm və Avropa Oyunlarının mərasim iştirakçısı olmaq üçün məşqlərə başlamağı səbirsizliklə gözləyirəm".
"Bakı-2015"in ulduz elçiləri Eldar Qasımov və Nigar Camal Avropa Oyunlarında iştirak edəcək könüllülərin tarixin bir hissəsi olacaqlarını, onların gələcək karyeralarına müsbət təsir göstərəcəyini və yeni dostlar qazanacaqlarını bildiriblər.
Bu gün, 16:00
Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
Bu gün, 15:30
Trampın sərvəti 7 milyard dollara çatdı
Bu gün, 14:29
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Bu gün, 14:22
Azərbaycan dost, İsrail düşmən siyahısında
Bu gün, 14:10
İcra başçısı dama qalxdı - VİDEO
Bu gün, 14:00
Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
Bu gün, 13:19
Taksi sürücüləri sabah imtahan verəcəklər
Bu gün, 13:10
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
Bu gün, 12:23
Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
Bu gün, 12:19
İlham Əliyev bu şəxsləri təltif etdi
Bu gün, 11:29
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
Bu gün, 11:25
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Bu gün, 11:15
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Bu gün, 10:30
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Bu gün, 10:04
Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
Bu gün, 10:01
Polislər etiraz aksiyasına çıxdı
Bu gün, 09:57
Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
Bu gün, 09:54
Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
Bu gün, 09:49
Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
Bu gün, 09:44
Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
Bu gün, 09:14
Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
Bu gün, 09:00
Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
Dünən, 19:33
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Dünən, 17:40
Yardımlı İcra Hakimiyyətində əməliyyat - HƏBS OLUNANLAR VAR - EKSKLÜZİV
Dünən, 17:36
Prezident icra başçısını vəzifədən AZAD ETDİ
Dünən, 16:00
Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
Dünən, 15:30
Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi