Gəncə futbolunun kuratoru Mehman Allahverdiyev 55 yaşını qeyd edir
Idman
Oxunub: 1 675
23 yan 2015 | 17:59
Gəncə futbolunun kuratoru Mehman Allahverdiyev 55 yaşını qeyd edirUzun illər "Kəpəz"də xidmət edən tanınmış mütəxəssis ömrünün yarıdan çoxunu ölkə futbolunun inkişafına həsr edib. Və yenə də futbolun içində, sevimli işinin başındadır.

Mehman Allahverdiyev məşqçi kimi müstəqillik dönəmində Gəncə komandasının əldə etdiyi bütün uğurlarının müəllifidir. Onun məşqçiliyi dövründə "Kəpəz" 3 dəfə Azərbaycan çempionatının qızıl medallarını qazanıb, 4 dəfə ölkə kubokunun qalibi olub. Əslində hamı onu yaxşı tanıyır və o, təqdimata ehtiyacı olmayan futbol adamlarındandır.
Mehman Allahverdiyev - Yubilyar:"Doğrudan da, bu 55 il bir göz qırpımında gəlib keçib. Bu günə kimi də şükür ki, 55 yaşım olduğunu hiss etmirəm. Elə-bil dünən futbol oynayırdım. Bəlkə də, bu onunla əlaqədardır ki, idmanla məşğul olmuşuq".
Təcrübəli mütəxəssis futbola Gəncədə dahi məşqçi Konstantin Abramenkonun yanında başlayıb. İstedadı və həmyaşıdlarından seçilməsi onun şəhərin ustalardan ibarət komandasına yolunu açıb, "Neftçi"də oynayıb. Dövrünün sayılıb-seçilən hücumçulardan olub.
Seçdiyi yolda "Kəpəz"in prezidentinin qazandığı və qazandırdıqları daha çox olub. Azarkeşlərə uğurlardan dolayı sevinc bəxş edən məşqçi bu illər ərzində həm maddi, həm də mənəvi cəhətdən irəli düşüb.
Oynadığı dövrlər Mehman Allahverdiyev karyerasında unudulmaz izlər qoyub. Onun futbol kolleksiyasında hələ də xatırladığı oyunlar və qollar var.
Ötən əsrin 90-cı illərinin əvvəlində oyunçu karyerasını başa vuraraq məşqçiliyə başlayan Allahverdiyev özünü yeni ampluada sınamağa qərar verib. Və seçimi onun doğru istiqamətdə olduğunu ortaya qoyub. Uğur uğuru gətirib.
Mehman müəllim ötən günlərin arzusu ilə yaşayır. Doğma "Kəpəz"ini yenidən zirvədə görmək eşqi ilə alışıb-yanır.
"Kəpəz"in bütün titullarının memarı ad günü ilə bağlı yubiley tədbiri keçirmək niyyətində deyil. Gəncədə ilk peşəkar klubun yaradılmasından 55 il ötsə də bu tarixi hadisəni təmtəraqla qeyd edə bilməyən klub rəhbəri özünü sevimli komandasından seçmir.

Sonda əlavə edək ki, Azərbaycan futbolunun inkişafında göstərdiyi xidmətlərə görə Mehman Allahverdiyev 2013-cü ildə əməkdar məşqçi fəxri adına layiq görülüb.

kepeztv.az
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı