Qurban Qurbanov: "Döyüşdən əvvəl təslim olmağı düşünmürük"
Idman
Oxunub: 586
11 sen 2017 | 13:42
Qurban Qurbanov: "Döyüşdən əvvəl təslim olmağı düşünmürük"













"Qarabağ"-ın baş məşqçisi Qurban Qurbanov komanda ilə bağlı yazı dərc edən "Frans Press" agentliyinə açıqlama verib.

45 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Çempionlar Liqasının (ÇL) qrup mərhələsindəki rəqibləri barədə fikirlərini bölüşüb: "Biz yüksək rəqabət səviyyəsini püşkatma nəticəsində İngiltərə, İtaliya və İspaniyanın top-klubları ilə eyni qrupda düşdükdən dərhal sonra hiss etdik. Qrupdakı rəqiblərimiz çox güclü və təcrübəlidirlər. Amma bu, döyüşdən əvvəl təslim olacağımız demək deyil. Biz hər bir matçda dişimiz və dırnağımızla mübarizə aparmağa hazırıq".

Q.Qurbanov sentyabrın 12-də İngiltərədə "Çelsi"yə qarşı keçirəcəkləri qarşılaşmanın çətin və ağır olacağını vurğulayıb. Baş məşqçi üzərlərinə düşən işi layiqincə yerinə yetirməyə çalışacaqlarını deyib: "Yarışa Londonda başlayırıq. "Stemford Bric"dəki oyun bizim üçün çox çətin və ağır olacaq. Üzərimizə düşən işi layiqincə yerinə yetirəcəyimizə ümid edirik".

Yazıda erməni separatçılarının 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağı işğal etmələri, "Qarabağ"ın ÇL-in "C" qrupundakı ev oyunlarını Ağdamdan 365 km uzaqda yerləşən Bakıda keçirdiyi qeyd olunub.

"Qarabağ"ın 1951-ci ildə yerli fermerlərin həmkarlar ittifaqı tərəfində təsis olunduğu, komandanın 1991-ci ilə qədər SSRİ-nin II divizonda çıxış etdiyi diqqətə çatdırılıb. Həmçinin, Ağdam təmsilçisinin 2001-ci ildə "Azərsun Holding"in himayəsinə keçənə qədər maddi çətinliklərlə üzləşdiyi, stabil maliyyə qaynağının komandanın ardıcıl 4 dəfə ölkə çempionu olmasına köməklik göstərdiyi yazılıb.

Məqalədə "Qarabağ"ın heyətində Dino Ndlovu, Miçel, Dani Kintana və Riçard Almeyda kimi legionerlərin yer aldığı xatırladılıb, "Qafqazın Barselonası" kimi xarakterizə edilən Ağdam komandasının Gürcüstan "Samtredia"sı, Moldova "Şerif"i və Danimarka "Koebenhavn"ini mübarizədən kənarlaşdıraraq, ÇL-in qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olduğu vurğulanıb.

///goal.az
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı