Bütün dünyanın sevimlisi Lionel Messinin həyat dəyərləri
Idman
Oxunub: 569
9 avq 2017 | 09:53
Bütün dünyanın sevimlisi Lionel Messinin həyat dəyərləri














Lionel Messi
Futbolçu, Barselona

“Mənə fərqli saç düzümü və ya gözəl bədən lazım deyil. Sadəcə topu mənim ayaqlarıma atın, mən isə bütün bacardığımı edəcəyəm.”

Mənim əvəzimə ayaqlarım danışır.12 ildir ki, Barselonada yaşayıram, əksər arqentinalılar düşünür ki, mən arqentinalı olmağı dayandırmışam, amma bu doğru deyil.Düşünürəm ki, mənim eqom yoxdur. Ən azından, o özünü birüzə verməyib.Mən Pele, Maradona və ya Di Stefano kimi çempionlara böyük hörmətlə yanaşıram, lakin indi onlarla müqayisə olunmaq istəmirəm. Bu haqda mən təqaüdə çıxdıqdan sonra danışarıq.
Uşaqlıqdan çox sakit həyat tərzi sürürəm və bütün vaxtımı futbola həsr edirəm. Mən balaca olanda dostlarım hər zaman məni gəzməyə çağırırdılar, amma mən nadirən onlarla gedirdim, çünki bilirdim ki, sabah mənim məşqim var. O zamanlardan heç nə dəyişməyib. Dostlarım harasa gedib, məni də çağırırlarsa, mən evdə qalıram.

Fədakarlıq və istedad hər zaman birlikdə irəliləyirlər.

Əgər sən hər gün yeni bir şey öyrənə bilsən, həyat daha gözəl olardı

Mən ən yaxşı olmağa qarşı deyiləm. Amma yalnız mükəmməllik mövqeyindən özümü tənqid eləmək üçün.

Şəxsi uğurumu heç bir ölçü vahidiylə ölçmürəm. Dünən nə baş verdisə, dünəndə qalır, sabah nə baş verəcəyi haqqında düşünmək lazımdır. Mənim həyatım keçmişi fikirləşə bilmək üçün çox sürətlə irəliləyir. Mən təqaüdə çıxanda bütün bunlar haqqında düşünəcəyəm.

Mükafatlar – yaxşıdır, amma bunlar məni yox, jurnalistləri həyəcanlandırmalıdır.

Vurduğum ən gözəl qolun hansı olduğunu deyə bilmərəm. Mən qollara gözəl və gözəl olmayan kimi yox, vacib və ya əhəmiyyətsiz qol kimi yanaşıram. Final oyunlarında vurulan qollar həmişə əhəmiyyətlidir.

Bütün oyunlarda mən eyni cür oynayıram – sanki bu, finaldır.

Bir dəfə “Arsenal”-dan bir oğlan oyundan sonra mənə yaxınlaşaraq dedi: Səninlə bir meydanda oynamaq mənim üçün şərəf idi. Mən isə fikirləşdim: Aman Tanrım, bunu bir az öncə komandası məğlub olan bir insan deyir.

Həyatda qalibiyyət və məğlubiyyətdən daha vacib şeylər var.

Ata olmaq məsələlərə yeni baxış bucağından baxmaq deməkdir. Dünən sənin milyon vacib işin var idi, amma bu gün sənin ən vacib işin oğlundur.

Hansısa məqamda sən özünə deməlisən: heç kim hər zaman qalib gələ bilməz.

Pul məni yaxşı oynamağa məcbur etmir. Hələ də mən özümü anasından topu güclə alıb, küçəyə onu qovmaq üçün çıxan uşaq kimi hiss edirəm. Bu hissi itirən gün mən futbolu tərk edəcəyəm.

Əgər mənə professional futbolçu kimi pul ödəməyi dayandırsalar, mən yenə də həminki kimi pulsuz oynayardım. Əlbəttə, pul həyatı daha da asanlaşdırır, amma məni ilhamlandırmır. Mən iqtisadi göstəricilərimi yaxşılaşdırmaq üçün yox, futbol oynamaq üçün yaşayıram.

Mənə fərqli saç düzümü və ya gözəl bədən lazım deyil.Sadəcə topu mənim ayaqlarıma atın, mən isə bütün bacardığımı edəcəyəm.

Mən düşünürəm ki, Ronaldo möhtəşəmdir və burada heç bir paxıllıqdan söhbət gedə bilməz. Əgər Ronaldo olmasaydı, mən daha yaxşı olmaq üçün çalışmazdım və deməli yerimdə sayardım.
Daha yaxşı ola bilməyəcəyini anladığın gün ən kədərli gündür.

Məni dünyada ən yaxşı futbolçu olmaqdan çox, yaxşı insan olmaq narahat edir. Əks halda, karyeram bitdikdən sonra mən kim olacağam? Yaxşı insan kimi yadda qalmaq mənim üçün daha xoş olardı.

Mən hələ də bəzi şeylərin üzərində işləməliyəm. Məsələn, mən sağ və sol ayağımla bərabər şəkildə yaxşı vurmaq istəyirəm.

Argentina – təkcə Messi demək deyil.

pahoo.az
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”