Azərbaycanın Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək? - AÇIQLAMA
Idman
Oxunub: 824
17 may 2017 | 13:09
Azərbaycanın Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək? - AÇIQLAMA

















Bu gün "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hesabat xarakterli mətbuat konfransı keçirilib.

Əsas Media Mərkəzində baş tutan tədbirdə gənclər və idman naziri Azad Rəhimov Azərbaycan idmançılarının geridə qalan yarış günləri ərzində yüksək nəticələr əldə etdiklərini bildirib. Onun sözlərinə görə, İslamiadada rəqabət böyükdür: "Bu günə qədər idmançılarımız 81 medal qazanıblar. Onlardan 41-i qızıldır. İndiyə kimi 131 medal dəsti verilib. Yarışlarda iştirak edən 26 ölkənin təmsilçiləri medal qazanıblar. Bu da İslamiadada rəqabətin olmasının göstəricisidir. Hazırda 7 boksçumuz yarımfinaldadır, bu, 7 medal deməkdir. Voleybol və futbol yığmalarımız mübarizəni davam etdirir. Su polosu komandamız 3-cü yer uğrunda oynayacaq. Bu gün bizim üçün sevimli olan güləş yarışları başlayır. Yəni, irəlidə daha çox medal qazanmaq imkanımız var”.

Nazir gələcəkdə Azərbaycanın Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək ehtimalına münasibət bildirib. O, bununla bağlı qərarı Milli Olimpiya Komitəsinin (MOK) verdiyini söyləyib: "Yay Olimpiya Oyunlarının təşkili ilə bağlı qərarı MOK və onun prezidenti formalaşdırır. 2024-cü illə bağlı sifarişin verilməməsi məqsədəuyğun sayıldı. 2028-ci ilə isə hələ çox var”.

Hazırda medal əyarında da Türkiyədən sonra 2-ci pillədə qərarlaşan Azərbaycanın İslamiadanı 1-ci sırada bitirmək şansını dəyərləndirən nazir idmançıların bunu bacaracaq potenisala sahib olduqlarını qeyd edib: "Kompleks yarışlarda gərginlik olur. Ən güclü idmançı uduza, nəticə gözləmədiyimiz isə qalib gələ bilər. Şanslarımız yüksəkdir. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında İslam ölkələri arasında birinci olduğumuz kimi, burada da qalib gələ billərik”.

A.Rəhimov İslamiadanın Azərbaycandan kənarda da işıqlandırıldığını vurğulayıb: "Açılış mərasimi və yarışlarla bağlı xəbərlərə xarici mətbuatda rast gəlirik. Məsələn, İtaliya kimi ölkədə də İslamiada haqda müsbət xəbərlər dərc olunur. Oyunların gedişi, idman arenalarındakı ab-hava İslamiadanı yüksək səviyyədə keçirdiyimizi deməyə imkan verir”.

///Report
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"