İmkanları məhdud tamaşaçılar İslam Oyunlarını pulsuz izləyəcək
Idman
Oxunub: 923
8 may 2017 | 20:49
İmkanları məhdud tamaşaçılar İslam Oyunlarını pulsuz izləyəcək
















Bakı 2017 Əməliyyat Komitəsi IV İslam Həmrəyliyi oyunları zamanı əliliyi olan insanların idman obyektlərinə rahat giriş-çıxışının təmin edilməsi məqsədi ilə tədbirlər görür

Bakı 2017 İslam Oyunlarından Modern.az-a verilən məlumata görə, sağlamlıq imkanları məhdud insanların idman yarışlarını rahat izləmələri məqsədi ilə, Əməliyyat Komitəsi bu sərnişinlərin nəqliyyatdan düşürülmələri üçün nəzərdə tutulan konkret zonalardan başlamış, mobilliyin artırılmasına dəstək istiqamətində xüsusi təlim keçmiş komandalara qədər hər bir məsələdə müvafiq beynəlxalq standartlara cavab verəcək.

Hər kəs üçün bərabər imkanların yaradılması və hamıya bərabər istifadə hüququnun verilməsi məqsədilə Bakı-2017 fiziki imkanları məhdud tamaşaçılar və onların yoldaşları üçün bütün idman sessiyalarına pulsuz biletlər təqdim edir. Açılış və Bağlanış Mərasimlərinin məhdud imkanlı tamaşaçılar üçün nəzərdə tutulan biletləri 1 may tarixindən etibarən satış məntəqələrinə çıxarılıb və onları Bakı şəhərində yerləşən bütün bilet satışı məntəqələrindən əldə etmək mümkündür. Bilet alışı zamanı məhdud imkanlı olduğunu bildirən tamaşaçılar əlilliyi olan tamaşaçılar üçün ayrılmış oturacaq sahəsi və ya əlil arabaları üçün ayrılmış zona ilə təmin ediləcək.

Bilet satışı üzrə direktor Miryam Boqatay bildirib: "Fiziki imkanları məhdud tamaşaçıların biletlərə olan tələbatını nəzərə alaraq, obyektlərimizin bütün tamaşaçılar üçün tamamilə əlçatan olmasını təmin etmək naminə böyük səylə çalışmışıq. Bunun nəticəsi olaraq, Bakı-2015 Avropa Oyunları ilə müqayisədə sözügedən biletlərin paylanmasında nəzərəçarpacaq dərəcədə artımın müşahidə edilməsi bizi son dərəcə məmnun edir.

Əlil arabasından istifadə edən tamaşaçıların Açılış və Bağlanış Mərasimlərində Olimpiya Stadionuna gəlib çatmasını təmin etmək üçün Qara Qarayev, Gənclik və 20 Yanvar metro stansiyalarında ekspress avtobuslar xidmət göstərəcək. Mərasim bitdikdən sonra tamaşaçılar həmin marşrut xətti üzrə ekspress avtobuslarla geri qayıda bilər. Qeyd edək ki, əlil arabalı tamaşaçılar mərasim biletlərini təqdim etməklə nəqliyyatdan pulsuz istifadə edə biləcək.

Ekspress Avtobuslar tamaşaçıları Açılış Mərasiminin əvvəlinə çatdırmaq üçün saat 18:00-dan 21:00-dək və Açılış Mərasimi bitdikdən sonra gecə saat 02:00-dək fəaliyyət göstərəcək. Tamaşaçılar üçün qapılar saat 18:30-da açılacaq, Açılış Mərasiminə saat 21:00-da start veriləcək.

Ekspress Avtobuslar Bağlanış Mərasimi günü saat 17:00-dan 20:00-dək və mərasim bitəndən sonra gecə saat 02:00-dək fəaliyyət göstərəcək. Tamaşaçılar üçün qapılar saat 17:30-da açılacaq, Bağlanış Mərasiminə saat 20:00-da start veriləcək.

Olimpiya Stadionunun ərazisinə daxil olarkən şəxsi avtomobilinizdən istifadə etməməyiniz təkidlə tövsiyə olunur. Stadionun daxilində və ya ətrafında tamaşaçıların istifadəsi üçün parklama sahələri nəzərdə tutulmayacaq. Taksilərin Stadiona yaxınlaşmasına icazə verilməyəcək.

Atatürk Prospektində dayanacaq sahələri Gənclik metro stansiyasındakı ən yaxın avtobus xəttindən istifadə etmək istəyən əlil arabalı tamaşaçılar üçün nəzərə tutulacaq. Əlil arabalı tamaşaçılar parklama sahələrindən istifadə edə bilmək üçün mərasim biletlərini təqdim etməli olacaqlar.
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”