"İdman Azərbaycan" şərhçini Mxitaryana görə işdən çıxarıb?
Idman
Oxunub: 815
8 apr 2017 | 20:48
"İdman Azərbaycan" şərhçini Mxitaryana görə işdən çıxarıb?






Ölkədəki maliyyə böhranı, demək olar ki, bütün sahələri iflic edib. Telekanallar da əlverişsiz iqtisadi mühitdən əziyyət çəkir. Son vaxtlar reallaşan ixtisarlar da mövcud durumun nəticəsidi. “CBC Sport”un xüsusən bu mənada ciddi problemlərlə üzləşdiyini və davamlı şəkildə ixtisarlar etdiyini bilirsiz.

Deyəsən, “İdman Azərbaycan” da bu siyasətə keçib. Belə ki, telekanalın ən çox tanınan şərhçilərindən biri Tərlan Şahinoğluyla yollar ayrılıb. Xüsusən İngiltərə çempionatının oyunlarını maraqlı şərh etməsiylə diqqətləri üzərinə çəkən həmkarımız bugünlərdə dövlət televiziyası ilə yolları ayırıb.

Görəsən, buna səbəb nədi? Təəssüf ki, Tərlan “İdman Azərbaycan”dan ayrılması ilə bağlı açıqlama vermək istəmədi. Onun "Facebook" səhifəsində yazdıqları isə bu cümlələrdən ibarətdi: “Bu gün rəsmən bitdi... 6 il yarım ərzində şərhçi kimi işlədiyim məkandan ayrılmalı oldum. Bu müddət ərzində peşəmlə bağlı çox böyük təcrübə qazandım.

Bunda əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm. Amma bundan başqa, həm də dəyərli saydığım insanları və dostları tanıdım. Adlarını tək-tək çəkməyəcəm. Onlar özləri bilirlər. Hamısına cansağlığı və işlərində uğurlar arzulayıram. Nə isə... Uzatmaq istəmirəm. Uzun sözün qısası, mənim Az.TV macəram sona çatdı... Mən də daxil olmaqla, Allah hamının yolunu açıq eləsin və ürəyinə görə versin. İnşallah!”

İddialara görə, “Mançester Yunayted” azarkeşi olan Şahinoğlunun sosial şəbəkədə bu komandanın erməni futbolçusu Henrix Mxitaryanla bağlı fikir bildirməsi telekanal rəhbərliyinin xoşuna gəlməyib. Bundan sonra Tərlana uzun müddət heç bir oyunun şərhçiliyi tapşırılmayıb, nəticədə telekanaldan ayrılıb.

Mənbə: "Futbol+" qəzeti
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”