Bakıda “Formula-1” Avropa Qran-prisinə start verilir
Idman
Oxunub: 922
17 in 2016 | 11:06
Bakıda “Formula-1” Avropa Qran-prisinə start verilir












Yarış trekinin uzunluğu 6 kilometrdir.

Bu gün Bakıda “Formula-1” üzrə dünya çempionatının 8-ci Avropa Qran-pri yarışlarına start verilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.

Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - “Mercedes”in heyətində Niko Rosberqlə Luis Hamilton, “Ferrari”nin heyətində Kimi Raykkonenlə Sebastyan Fettel, “Uilliams”ın heyətində Felipe Massa ilə Valtteri Bottas, “Red Bull”un heyətində Daniel Rikkardo ilə Maks Ferstappen, “Force India”nın heyətində Serxio Pereslə Niko Hyulkenberq, “Renault”da Kevin Maqnussenlə Colion Palmer, “Toro Rosso”nun heyətində Daniil Kvyatla Karlos Sayns-ml., “Sauber”də Markus Erikssonla Felipe Nasr, “McLaren”də Fernando Alonso ilə Censon Batton, MRT-da Rio Xaryanto ilə Paskal Verlyayn və “Haas”da Romen Qrojanla Esteban Qutyerres yarışırlar.

Paytaxtımızda ilk dəfə keçiriləcək yarış məşhur pilotların avtoqraf sessiyası ilə başlayacaq.

Ardınca GP2 və “Formula-1” pilotları treklə tanış olacaqlar. Saat 15:00-da GP2 üzrə seçmə mərhələnin startı veriləcək. Günə Kris Braunun konserti ilə yekun vurulacaq.

İyunun 18-də GP2 pilotları birinci yürüşlərinə çıxacaqlar. Ardınca “Formula-1” üzrə seçmə mərhələ baş tutacaq. Bu dəfə gün Enrike İqlesiasın konserti ilə bitəcək.

Turnirin son günü - iyunun 19-da GP2 pilotları ikinci yürüşünü keçirəcəklər. Əsas yarışa - “Formula-1” Avropa Qran-prisi saat 17:00-da başlayacaq. Ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Farel Vilyamsın konserti nəzərdə tutulub.

Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə biləcək.

Qeyd edək ki, 7 mərhələdən sonra Rosberq 116 xalla birincidi. Konstruktorların yarışında isə onun idarə etdiyi “Mercedes” liderlik edir.

Bakı Şəhər Halqasının uzunluğu 6,006 km, ümumi məsafə 306,306 km, dövrə sayı 51, döngə sayı isə 20-dir.
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü