“İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsinin bağlanış mərasimi keçirilib
Idman
Oxunub: 1 771
4 in 2016 | 16:21
“İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsinin bağlanış mərasimi keçirilib








03 iyun 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsinin bağlanış mərasimi keçirilib.

Layihə çərçivəsində ölkəmizi Avropa və dünya çempionatlarında təmsil edən və fəxri kürsünün ən yüksək pillələrinə sahib olaraq bayrağımızı yüksəklərə qaldıran idmançılarımızla 5 ali təhsil müəssisəsində gənclərlə görüşü baş tutub.

Bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Kik-boks Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov, Karate idman növü üzrə dəfələrlə Dünya və Avropa çempionu Rafael Ağayev, Jiu- Jitsu idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov, Kik-boks idman növü üzrə Peşəkarlar arasında Dünya Kəmərinin sahibi Ramal Aslanov, Uşu-Sanda idman növü üzrə Peşəkarlar arasında Dünya Kəmərinin sahibi Taleh İsayev, Universal idman növü üzrə Dünya və Avropa çempionu Nicat Əliyev və bir sıra media nümayəndələri iştirak edib.

Mərasimi “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyinin sədri Ağamir Ağamirov giriş sözü ilə açaraq layihə haqqında məlumat verib, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərinin əhəmiyyətini vurğulayaraq 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları haqqında gənclərə geniş məlumat vermişdir sonda layihənin həyata keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə və digər qurumlara öz minnətdarlığını bildirib.

Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər və idman siyasəti haqqında çıxış edərək, bu gün ölkəmizdə idmanın inkişafı üçün yaradılan geniş imkanlardan danışıb.

Daha sonra Kik-boks Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov, çıxış edərək Federasiyasının fəaliyyəti haqqında geniş məlumat vermiş və özünün idmanda əldə etdiyi təcrübəsini gənclərlə bölüşüb.

Çıxış edən Karate idman növü üzrə 5 qat Dünya, 13 dəfə Avropa çempionu olmuş Rafael Ağayev keçirdiyi döyüşlər zamanı yaranan bir sıra maraqlı anlardan və beynəlxalq imdan yarışlarında idmançılar üzərində qazandığı qələbədən danışaraq ölkəmizi təmsil etməkdən qürur duyduğunu bildirib.

Jiu- Jitsu idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov çıxış edərək bu kimi görüşlərin keçirilməsi ilə gənclərin idmana olan

marağının daha da artacaqını qeyd edib, ölkəmizdə idmançılara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlığını bildirib.

Kik-boks idman növü üzrə Peşəkarlar arasında Dünya Kəmərinin sahibi Ramal Aslanov, Uşu-Sanda idman növü üzrə Peşəkarlar arasında Dünya Kəmərinin sahibi Taleh İsayev, Universal idman növü üzrə Dünya və Avropa çempionu Nicat Əliyev idmançılara yaradılan əlverişli şəraitdən söz açaraq, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına hazırlıq məşq prosesindən danışdılar, idmançılarımızın İslam Həmrəylik Oyunlarında yüksək nəticələr əldə edəcəklərindən gəncləri əmin etdilər.

Sonra idmançılar gəncləri maraqlandıran sualları cavablandırıblar.

Sonda bağlanış mərasimində iştirak edən idmançılar layihə çərçivəsində keçirilmiş seminarlarda yaxından əməkdaşlıq etdiyinə görə fəxri fərmanlarla təltif olunmuşlar.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan idmanının tarixini idmançılarımızın əldə etdikləri uğurları əyani şəkildə göstərmək, gəncləri 2017 -ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarında idmançılara dəstək olmalarına, Vətənimizi və bayrağımızı yüksəltməyə çağırmaq.Onlara idmanın əhəmiyyət və vacibliyinin çatdırılması, sağlam həyat tərzinə dəvət edilməsi, ölkəmizdə idman və idmançılara yaradılan geniş imkanlardan gənclərin yararlanması, beynəlxalq idman tədbirlərində ölkəmizi layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasının və bunun həmin tədbirlərə ev sahibliyi edən ölkəmiz üçün önəminin aşılanmasıdır.


“İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsinin bağlanış mərasimi keçirilib
“İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsinin bağlanış mərasimi keçirilib
“İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsinin bağlanış mərasimi keçirilib
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI