Bir medal, üç iddiaçı: Təqvim “İnter”in lehinə, “Qəbələ”nin əleyhinədi
Topaz Premyer Liqasının sonuna 5 tur qalmış mükafatlardan yalnız bürünc uğrunda mübarizə maraq kəsb edir. Apasport.az saytının məlumatına görə, “Qarabağ” qızıl, “Zirə” gümüş medalın bir addımlığında olduğundan, “İnter”, “Kəpəz” və “Qəbələ” 3-cü yer uğrunda mübarizə aparır.Ən pis halda – möcüzə baş versə, “Qızıl oyun”a çıxacaq Ağdam klubu ən yaxın izləyicisini 12 xal qabaqlayır. Artıq həftəsonu çempionluğunu rəsmiləşdirəcəyi gözlənilən Qurban Qurbanovun yetirmələrinin möcüzəyə imkan verməsi mümkünsüz görünür. “Zirə”nin də 3-cü pilləyə şərik olan “üçlük”lə 11 xallıq fərqi 5 turda əldən verməsinə o qədər də inandırıcı deyil.
Bu isə o deməkdi ki, liderdən 23, 2-ci yerdən 11 xal geridə qalan, 6-cı pilləni 7 xal qabaqlayan “İnter”, “Kəpəz” və “Qəbələ” məhz öz aralarında mübarizə aparıb, bürünc mükafatın sahibini müəyyənləşdirəcək. Təbii ki, zirəlilər sensasiyalı şəkildə üstünlüyü əldən verməsə.
Bu üç komandanın qarşıdakı oyunlarına baxsaq, ən çətin təqvim “Qəbələ”dədi. Amma öz taleyi əlində olan yeganə iddiaçı elə məhz Roman Qriqorçukun yetirmələridi.
Çünki hazırda 5-ci olan “qırmızı-qaralar” qarşıdakı 5 oyunun hamısında qalib gəlsə, “İnter”lə “Kəpəz”i arxada qoyacaq. Sonuncuları XXXVI turda məğlub etməklə, şəriklikdən çıxaracaq və şəxsi oyunlarda “bankirlər”dən öndə qərarlaşacaq. Əyalət klubu yalnız hər üç komandanın və ya “Kəpəz”lə eyni xala malik olmaq sərf eləmir. Lakin 5 qələbə bunlara imkan vermir.
Hərçənd, “Qəbələ” üçün təqvim yetərincə ağırdı. Son vaxtlar evdə uda bilmədiyi “Neftçi”ni qəbul etdikdən sonra “Qarabağ” və “Zirə” ilə iki çətin oyun “qırmızı-qaralar” üçün çox əhəmiyyətlidi. Ağdamlılar ya çempion kimi ilk matçına çıxacaq ya da bu titulu rəsmiləşdirmək üçün qəbələlilərlə görüşəcək. “Neftçi” ilə VI yer uğrunda mübarizə aparan AZAL-la ev oyunu da asan olmayacaq. Mövsümü Gəncədə başa vuracaq Qriqorçukun yetirmələri daha bir ağır matçla bürüncün taleyinə aydınlıq gətirəcək.
Bütün oyunları, o cümlədən “Qəbələ”ni yensə belə, 3-cü olmaq üçün “İnter”in büdrəməsinə ümid etməlidi. Əslində, qərblilər üçün təqvim yetərincə yüngüldü. Ardıcıl iki oyunda autsayderlərlə - “Xəzər Lənkəran” və “Rəvan”la üz-üzə gələcək gəncəlilər Premyer Liqada qalmaq üçün meydanda can qoyacaq rəqiblərinin müqavimətini qırmalıdı. Əzəli rəqib olan “Neftçi” ilə matçın evdə keçirilməsi, öz meydanında uduzmayan “Zirə” ilə görüşün XXXV tura təsadüf etməsi də qərblilərin lehinədi. Çünki həmin görüşədək debütant “gümüş”ü rəsmiləşdirə bilər. Son turun “bürünc oyunu” da evdə baş tutacağından gəncəlilər finişə nikbin baxa bilər.
3-cü yer uğrunda mübarizədə ən asan təqvimin “İnter”də olduğunu desək, yanılmarıq. Əslində, bakılılarla “Kəpəz”in qarşılaşacağı 5 komandadan dördü eynidi. “Bankirlər” də “Xəzər Lənkəran”la “Rəvan”dan ibarət autsayder cütlüyü ilə, ən pis mövsümünü keçirən “Neftçi”, həmçinin qazanacağı medalı son turadək müəyyənləşdirəcək “Zirə” ilə üz-üzə gələcək. Amma “Qəbələ” ilə əyani dueli qalan qərblilərdən fərqli, onlar “Sumqayıt”ı da sınağa çəkəcək. Bütün rəqiblərini yenəcəyi halda, “İnter” “Qəbələ”nin xal itkisinə ümid etməlidi.
Bütün bu bürünc hesabını “Zirə”nin gözlənilməz enişi poza bilər. 31 turda cəmi 5 dəfə uduzan paytaxt təmsilçisi finişdəki 5 qarşılaşmada 3 və ya daha çox yenilgiyə üzülüb, 6-dan az xal əldə etsə, bəhs etdiyimiz “üçlük” üçün nəzəri gümüş ümidi yaranır. Amma bunun üçün onlar da maksimal nəticə göstərməlidi.
Əslində, debütantın da təqvimi yaxşı deyil. Bu komandaların üçü ilə də qarşılaşacaq Adil Şükürovun yetirmələri “Qarabağ”la da oynayacaq. Yalnız AZAL-la matç nisbətən asan sayıla bilər.
“Qəbələ”nin son 5 oyunu
1 may (bazar)
157. “Qəbələ” – “Neftçi”
11 may (çərşənbə)
166. “Qarabağ” – “Qəbələ”
7 may (şənbə)
165. “Zirə” – “Qəbələ”
15 may (bazar)
175. “Qəbələ” – AZAL
21 may (şənbə)
177. “Kəpəz” – “Qəbələ”
“Kəpəz”in son 5 oyunu
1 may (bazar)
159. “Kəpəz” – “Rəvan”
7 may (şənbə)
163. “Xəzər Lənkəran” – “Kəpəz”
11 may (çərşənbə)
168. “Kəpəz” – “Neftçi”
15 may (bazar)
174. “Zirə” – “Kəpəz”
21 may (şənbə)
177. “Kəpəz” – “Qəbələ”
“İnter”in son 5 oyunu
1 may (bazar)
160. “İnter” – “Sumqayıt”
7 may (şənbə)
162. “Rəvan” – “İnter”
11 may (çərşənbə)
169. “İnter” – “Xəzər Lənkəran”
15 may (bazar)
173. “Neftçi” – “İnter”
21 may (şənbə)
178. “İnter” – “Zirə”
Bu gün, 09:36
Bu ölkədə əsgərləri robotlar əvəz edəcək
Bu gün, 09:27
14 yolda tıxac var - Siyahı
Bu gün, 09:23
Yanan anbardakı mallar çıxarılır - Video
Bu gün, 09:10
Kəmaləddin Heydərov hadisə yerində - Video - Foto
Bu gün, 09:03
Yanğının söndürülməsinə helikopterlər cəlb edildi - Video - Fotolar
Bu gün, 09:00
Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Dünən, 10:08
Göygöldə QƏZA: 5 nəfər xəsarət aldı
Dünən, 09:57
“Düşünürəm ki, sağdır, hansısa bunkerdədir”
Dünən, 09:45
İkisi də dağlıq ərazidə azdı - Gecə ilə tapıldılar+Video
Dünən, 09:35
Dünya neft emalı gücünü sürətlə itirir - Araşdırma
Dünən, 09:29
ABŞ–İran böhranının gizli qazananları: Moskva, Pekin və Bakı - Tramp–İran savaşı hara gedir?
Dünən, 09:22
Ora yaxınlaşanı məhv edəcəyik - Tramp
Dünən, 09:13
Rusiya İrana hərbi yükləri Xəzərlə göndərir – ABŞ bu marşruta toxuna bilmir
Dünən, 09:06
“Barselona” “Real”ı udub çempion oldu
10-05-2026, 15:40
Bugünkü qəzada həyatını itirən hərbçilərin - Fotoları
10-05-2026, 15:24
İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar
10-05-2026, 15:12
“Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident
10-05-2026, 15:03
Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib
10-05-2026, 14:52
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
10-05-2026, 10:20
İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir"
10-05-2026, 10:14
Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
10-05-2026, 09:42
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
9-05-2026, 18:12
İlham Əliyev: Cəbrayılın Azərbaycan üçün böyük töhfəsi olacaq
9-05-2026, 18:07
Cəbrayıl rayonunun Soltanlı kəndində "Şəfəq" yarımstansiyasının açılışı olub
9-05-2026, 17:59
İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib
9-05-2026, 17:54
İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar
9-05-2026, 12:39
Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb