UEFA çempionlar liqasında 1/8 final mərhələsinə yekun vurulub
Idman
Oxunub: 1 289
17 mar 2016 | 20:00
UEFA çempionlar liqasında 1/8 final mərhələsinə yekun vurulubSon oyun günündə də iki qarşılaşma keçirilib. Günün ən çox maraq kəsb edən görüşündə Bavariya Alians Arenada “Yuventus”la münasibətlərinə aydınlıq gətirib. 5-ci dəqiqədə turinlilər erkən qola sevinib. Pol Poqba müdafiədəki səhvi bağışlamayıb. Meydan sahibləri 28-ci dəqiqədə ikinci topu qapısından çıxarmalı olub. Bu dəfə Kuadrado diqqət mərkəzinə düşüb. İkinci yarıda hesabı xeyirlərinə dəyişmək istəyən almanlar bu qollardan birinin əvəzini 73-cü dəqiqədə çıxıblar. Robert Levandovski cərimə meydançasına göndərilən asmanı başıyla çərçivədən keçirib. Qarşılaşmanı uzatma dəqiqələrinə daşımaq üçün alman təmsilçisinə 1 qol da lazım olub ki, bunu da oyunun əsas vaxtına artırılan 1-ci dəqiqədə Müller vurub. Belədə iki oyunun nəticəsinə əsasən hesab 4:4 olduğundan qalibi müəyyənləşdirmək üçün iki 15 dəqiqəlik əlavə hissəyə ehtiyac duyulub. Burada isə “Bavariya 2” dəfə rəqib qapısına yol tapıb. 109-cu dəqiqədə Alkantara adını tabloya yazdırıb. 1 dəqiqədə sonra isə Koman fərqlənərək komandasına 4:2 hesabıyla qələbə qazandırıb. İki oyunun cəminə görə 6:4 hesabıyla qalib gələn Bavariya 1/4 finala vəsiqə qazanıb.
Gecənin digər oyununda isə "Barselona" sürprizə imkan verməyib. İlk görüşdə səfərdə "Arsenal"a 2 cavabsız qolla qalib gələn katalonlar "Kamp Nou"da keçirilən qarşılaşmada da hesabı açan tərəf olub. 18-ci dəqiqədə Neymar Luis Suaresin ötürməsini qola çevirib. Bərabərlik qolu axtarışında olan ingilislər yalnız 51-ci dəqiqədə öz istəklərinə çata biliblər. Muhammed El Nenni baxımlı vuruşla tablodakı rəqəmləri eyniləşdirib. Ancaq Arsen Venqerin komandası məğlubiyyətdən qaça bilməyib. 65-ci dəqiqədə Luis Suares qayçıvari zərbə ilə fərqlənərək səviyyəsini növbəti dəfə nümayiş etdirib. Lakin qarşılaşma "trio"nun digər üzvü - Lionel Messi üçün də boş keçməyib. Oyunun son anlarında aşırma zərbə ilə adından söz etdirən argentinalı forvard "Barsa”nın 3-1 hesablı qələbəsində pay sahibi olub.

16 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45."Barselona" (İspaniya) - "Arsenal" (İngiltərə) - 3:1
Qollar: Neymar, 18 (1:0), Elneni, 51 (1:1), Suarez, 65 (2:1), Messi, 88 (3:1)
İlk oyun - 2:0

23:45."Bavariya" (Almaniya) - "Yuventus" (İtaliya) - 4:2
Qollar: Poqba, 5 (0:1), Kuadrado, 28 (0:2), Levandovski, 73 (1:2), Müller, 90+1 (2:2), Alkantara, 108 (3:2), Koman, 110 (4:2)
İlk oyun - 2:2

kepeztv.az
Bu gün, 16:00
Paşinyan hakimiyyətinin sonunun başlanğıcı?
Bu gün, 15:30
Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş
Bu gün, 14:22
Yaxın Şərq: Hörmüz boğazı, Trampın böyük sövdələşmə axtarışı, Livan-İsrail razılaşaması
Bu gün, 13:37
Köhnə pulları nə etməliyik? - RƏSMİ
Bu gün, 13:27
Azərbaycanda əhalinin təbii artımı təxminən 30 faiz azalıb
Bu gün, 13:12
Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ
Bu gün, 12:30
Leyla Əliyeva və Alyona Əliyeva "Yaddaşa həkk olunan təsvir" adlı sərginin açılışında - FOTO
Bu gün, 12:25
Elçin Quliyev Hacı Əliyevə rütbə verdi - FOTO
Bu gün, 12:21
Bakının məşhur kafesi sökülür? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:51
Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır - FOTO
Bu gün, 11:37
Trampdan Putinə gözlənilməz ağır zərbə
Bu gün, 09:54
Müharibəni dayandıran adam: Məhəmmədin Şahbaz oğlu
Bu gün, 09:49
Rusiya XİN Azərbaycana TƏŞƏKKÜR ETDİ
Bu gün, 09:44
Bank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək
Bu gün, 09:35
Son Dəqiqə: Livanın cənubundakı Bint Cbeil şəhəri mühasirəyə alınıb
Bu gün, 09:31
İslamabadda İran rəsmilərinə sui-qəsd cəhdi olub?
Bu gün, 09:26
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş
Bu gün, 09:04
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
Bu gün, 09:00
Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
Dünən, 16:00
İran: ABŞ-la danışıqlar baş tuta bilər, amma...
Dünən, 15:30
Putin və Tramp ŞOKDA - Böyük güclərin savaşında “qurban gedən” lider
Dünən, 14:22
Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər
Dünən, 13:33
Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan 2 nəfər həbs edildi - VİDEO
Dünən, 13:14
Türkiyədə məktəbə silahlı hücum - 13 yaralı
Dünən, 12:54
Prezident yeni səfiri qəbul etdi - FOTOLAR
Dünən, 12:18
Füzulidə mina partladı - Ölən var
Dünən, 11:43
Gədəbəydə icra rəisi və icra məmuru aliment, borc pullarını “yeyib”lər – ŞOK CİNAYƏT