“Yalvarırıq, bizə su tökün, istidən öləcəyik...” — Şahidin dilindən
Hadise
Oxunub: 976
6 dek 2015 | 20:52
“Yalvarırıq, bizə su tökün, istidən öləcəyik...” — Şahidin dilindən











“Günəşli” yatağında baş verən dəhşətli yanğının izləri davam edərkən, verilən rəsmi açıqlamalardan daha çox hal şahidlərinin danışdıqları ciddi əhəmiyyət daşıyır

Azerinfo.az musavat.com-a istinadən xəbər verir ki, bu gün sosial şəbəkədə Deni Miller adlı profil sahibi yanğın zamanı iştirak etdiyi xilasetmə əməliyyatı barədə status yazıb. Bu şəxsin məlumatları sırasında onun “Caspian Drilling Company”də çalışdığı qeyd olunub.

Rus dilində yazdığı statusda D.Miller faciəni “birinci ağız”dan eşitmənin vacibliyinə toxunub, ardınca isə aşağıdakıları qeyd edib: “Mən baş verənləri bütün təfərrüatı ilə təsvir etməyəcəm. Biz köməyə ilk gələnlərdən idik. Amma 30 nəfər ilk xilasedici 11 metr olan dalğada qayıqdan özünü soyuq suya atdı. Sudan 4 nəfəri çıxara bildik. Əsil kişilərin sayəsində bu hadisə baş verdi, onlar xilasedici qayığı 11 metrlik dalğaya saldılar. Bununla da özlərini risk altında qoydular. Siz təsəvvür belə edə bilməzsiz ki, onlar necə riskə gedirdilər. Körpünü su basırdı, əsas mühərrik sıradan çıxmışdı... , amma onlar yenə də kimisə xilas etmək üçün plastik xilasedici qayığı dənizə doğru salırdılar ki, heç olmasa kimisə də xilas etsinlər. Onlar haqqında xəbərlərdə yazmayacaqlar. Bravo, uşaqlar, mən ilk görüşdə sizin əlinizi sıxacam.

Təəssüf ki, ilk xilas edilən həlak olub, sudan çıxarılandan sonra... 26-sını isə dəniz həmişəlik apardı.

Hətta hidrokostyumlarda belə suda 4 saat qalmaq mümkün deyil. 29 insan demək olar ki, 12 saat boyunca ikinci qayıqda oturmuşdular. Həmin qayıq platformanın ayağında ilişmişdi. Onların bəxti hamıdan çox gətirdi. Hamısını xilas etdilər. 3 nəfər isə qayığa oturmağa imkan tapmadı, yanan platformada qaldılar. Kaş ki, siz onların o çətin yerdə ağlar səsini eşidəydiz: “Sizə yalvarırıq, bizə su tökün, biz istidən öləcəyik...” Və hansısa yolla platformaya yaxınlaşıb, xilasedici jilet əldə etmək istəyirdilər. Bu, mənim yaddaşımda həmişəlik qalacaq”.

Xilasedici həmçinin televiziyada göstərilən yanğınsöndürmə əməliyyatlarına inanmamağı da xahiş edir. Deyir ki, hər şey göründüyündən çox daha pis olub:“Hələ mən digər platformada suyun apardığı insanlardan danışmıram. Və bu faciə baş verən zaman ən pisi – hansısa “böyük dayılar”ın zəngi idi. Onlar xəbərlərdə nəyi demək lazım olduğunu öyrənmək istəyirdilər. Sən bütün gücünlə gözünü qaranlığa dikib, ordakı zülmətdə xilasedici jiletin üstündə hansısa fənər tapmaq istədiyin və o adamı xilas etmək istədiyin zaman, sənə hər dəqiqə zəng edib əmr verirlər ki, nə haqda danışmalısan, nə haqda yox”.
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ