Kreml Laçında yeni oyun qurur - BU NƏDİ BELƏ?
Hadise
Oxunub: 207
20 avq 2022 | 19:00
Kreml Laçında yeni oyun qurur - BU NƏDİ BELƏ?


“Yeni yol istifadəyə verilənə qədər Rusiya sülhməramlıları mövcud Laçın dəhlizindən bir santimetr belə tərpənməyəcək”.

Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri Maksim Seleznyov Ermənistan mediasına açıqlamasında belə deyib. Rusiyalı diplomat bildirib ki, rus sülhməramlıları yalnız yeni yol hazır olduqdan sonra yerini dəyişəcək.

“Tərəflər birbaşa təmasdadırlar və sizi əmin edirəm ki, sülhməramlılar yeni dəhliz olana qədər bir qarış belə tərpənməyəcəklər. 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda atılacaq addımların ardıcıllığı göstərilir: Əvvəlcə dəhliz tikilir və o, işə başlamazdan əvvəl Rusiya sülhməramlıları tərəfindən bu yolun ətrafında beş kilometrlik dəhliz tutulur”,-deyə rusiyalı diplomat bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də AzTV-yə müsahibəsində Laçın şəhərinə daxil olmadan Xankəndi və Ermənistan arasında nəqliyyat əlaqəsini təmin edəcək yeni yolun inşasının başa çatması barədə Rusiya tərəfinə yazılı şəkildə məlumat verildiyini bildirib.

“O vaxt ki, biz artıq rəsmi məktubla Rusiya tərəfinə bildiriş göndərdik. Bildiriş göndərdik ki, bu yolu biz başa çatdırırıq avqustun 5-də və xahiş edirik ki, siz sülhməramlı kontingentin postlarını köhnə yoldan yeni yola keçirin. Bu da təbiidir. Biz bu məktubu onlara göndərəndə yəqin ki, Ermənistan tərəfi də o məktubla tanış oldu, ondan bir gün sonra Ermənistan bəyan etdi ki, biz bu yolun iqtisadi əsaslandırmasını başlamaq istəyirik və 2023-cü ilin sonuna qədər biz bunu inşa edəcəyik. Yəni, bu, faktiki olaraq manipulasiyadır. Tamamilə qeyri-ciddi və qeyri-adekvat addımdır. Biz dedik, əgər belədirsə, onda biz avqustun 5-də Laçın dəhlizinə giririk, postlar qururuq və baxarıq sonra siz necə hərəkət edəcəksiniz. Ondan sonra aləm dəydi bir-birinə və Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər, xahiş etdilər. Dəfələrlə xahiş etmişdilər ki, onlara avqustun sonuna vaxt verilsin. Biz də buna razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda, Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq. Amma əlbəttə ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə Konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz”.

Dövlət başçısının açıqlamasından da göründüyü kimi, Rusiya rəhbərliyinin nəinki yeni alternativ yolda tikinti işlərinin yekunlaşmasından xəbəri olub, hətta Azərbaycan sülhməramlı kontingentin dislokasiyası ilə bağlı Moskvaya rəsmi müaciət edib. Artıq yeni çəkilmiş hərəkət marşrutu tam hazır olduğundan, nə ermənilərin, nə də sülhməramlı qüvvələrin Laçındakı əvvəlki dəhlizdən istifadəsinə ehtiyac qalır. Yəni Azərbaycan tərəfi 2020-ci il 10 noyabr Bəyanatının 6-cı bəndində üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib.

“Oyunu pozan” tərəflər isə yenə də Ermənistan və Rusiyadır. Üstəlik, avqustun 10-da Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkovun Azərbaycan rəsmiləri və separaçıların nümayəndəsi Vitali Balasanyanla Laçına gedərək yeni yolun inşası ilə tanış olduğuna dair məlumat öz təsdiqini tapıb. Yəni Rusiya tərəfi yeni dəhlizlə bağlı kifayət qədər məlumata malikdir. Ona görə də Maksim Seleznyov bundan xəbərsiz olduğunu deyə bilməz. Bu mənada, rusiyalı diplomatın açıqlaması ya prosesi ləngitmək üçün manipulyasiya etmək, ya da ermənilərə siyasi riyakarlıq məqsədi daşıyır. Hər iki halda Rusiya sülhməramlılarının dislokasiyasının ləngiməsi ermənilərin Laçın şəhərindən və işğal altındakı kəndlərdən çıxmasına mane ola bilər. Bu isə Azərbaycan Prezidentinin dediyi kimi, hərbi cinayətdir.

Ancaq M.Seleznoyvun erməni jurnalistlərin suallarına verdiy sonrakı cavablar onun əsl niyyətini üzə çıxarır. Diplomat mesaj verib ki, Rusiya hərbçiləri olmasa, Azərbaycan ordusu erməniləri məhv edər. Ona görə də sülhməramlılar bölgədə daha çox qalmalıdır:

“Mən hər tərəfdən təmkin görmək istərdim: Azərbaycan qoşunları tərəfdən, ən əsası isə Ermənistan ictimaiyyəti tərəfdən. Burada, İrəvanda və Xankəndidə hamı bilməli və başa düşməlidir ki, Rusiya sülhməramlı kontingenti əlindən gələni edir, buna görə də orada mülki əhalini mümkün qədər müharibə dəhşətlərindən qorumağa çalışır”.

“Eyni zamanda, Seleznyov bildirib ki, İrəvan və Bakı bu məsələdə razılığa gələrsə, Moskva Rusiyanın “Dağlıq Qarabağ”dakı sülhməramlı missiyasının səlahiyyətlərini genişləndirməyə hazırdır”,-Ermənistan mediası belə yazır. Bununla da səfirin müşaviri Ermənistanın maraqlarına uyğun olaraq, Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsini gündəmə gətirir. Seleznyov dolayısı ilə “Ermənilərin təhlükəsizliyinin yeganə təminatçısı Rusiya sülhməramlılarıdır” ismarıcını verir. Ancaq Rusiya diplomatı yaxşı bilir ki, son 20 ay ərzində sülhməramlıların olmadığı, yəni yeni dəhlizin tikildiyi ərazidə bir dəfə də olsun azərbaycanlılarla ermənilər arasında qarşıdurma baş verməyib. Bunu Prezident İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsində də qeyd etdi. Hətta yol inşa edən azərbaycanlılar qəzaya düşərək dərəyə aşmış erməni avtomibilini çıxarmışdılar. Azərbaycanlılar humanzim göstərib erməninin həyatını xilas edəndə onların yanında bir nəfər də olsun Rusiya hərbçisi olmayıb.

Bu isə o deməkdir ki, ermənilər sülhməramlıların müşaiyəti olmadan da yeni dəhlizdən təhlükəsiz şəkildə istifadə edə bilərlər. Beləliklə, Seleznyovun arqumentləri əsassızdır və nə Qarabağda, nə də dəhlizdə sülhməramlılara ehtiyac var. //cebhe.info//
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu