Ermənilər Laçını MİNALAYIB QAYTARACAQ... - NƏ ETMƏLİ?
Hadise
Oxunub: 189
18 avq 2022 | 20:25
Ermənilər Laçını MİNALAYIB QAYTARACAQ... - NƏ ETMƏLİ?


Ermənilər Kəlbəcəri, Ağdamı və Laçının əsas hissəsini 10 noyabr üçtərəfli bəyanata uyğun olaraq 2020-ci ilin sonunda təhvil verəndə o əraziləri minalayıb, yandırıb getmişdilər. Buna o zaman sülhməramlılar göz yummuşdu. İzahatları da bundan ibarət idi ki, ruslar yeni dislokasiya olunublar, bu səbəbdən də tam nəzarəti təmin edə bilmirlər. Təbii ki, bütün bunlar bəhanə idi. Rusiya sülhməramlıları əraziyə gələndən cinayətkar erməni separatçılarına cani-dildən dəstək verməkdədirlər.

İndi də həmin proses Laçında təkrar olunur. DİA.AZ xəbər verir ki, Musavat.com-a ən müxtəlif mənbələrdən çatan məlumatlara görə, erməni separatçılar Laçının mərkəzini, Zabux kəndini tərk edərkən, eyni qaydada ərazini minalayırlar. Görünən də budur ki, sülhməramlılar buna göz yumurlar.

Belə ki, bu iddialara sübut kimi, Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilməsi göz önündədir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib.

Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib.

MN xüsusi olaraq qeyd edib ki, bu istiqamətdə aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.

Yəni bu o deməkdir ki, həmin minalar köhnədən deyil, məhz yeni basdırılıb.

Şübhəsiz ki, erməni separatçıları Laçın şəhərini və Zabuxu da minalayırlar. Minaların piyada əleyhinə olması onu deməyə əsas verir ki, hədəf Laçına qayıdacaq mülki azərbaycanlılardır. Paralel olaraq sakinlərin yurdunu xaraba qoymaq üçün təbiəti məhv edirlər. Laçının və Xocalının çevrəsindəki meşə sahələri qəsdən yandırılır. Sülhməramlılar da buna göz yumursa, Azərbaycan öz vətəndaşlarının həyatını qorumaq üçün erməni canilərin köç prosesinin Azərbaycan Ordusunun nəzarəti altında həyata keçirilməsi bir şərtə çevrilir. Dərhal Azərbaycan Ordusu həmin əraziləri nəzarətə almalıdır, ermənilərin mina basdırmasının qarşısı alınmalıdır. Çünki sülhməramlılar bunu etmir. Bunun üçün hüquqi əsaslar var. Hərbi ekspertlər bu barədə nə düşünür? Ordu hərəkətə keçməlidirmi? Olmazmı ki, köç prosesini Azərbaycan Ordusu nəzarətə alsın? Çünki yerə basdırılan minalar Azərbaycanın gələcəyini hədəfə alır və gələcəkdə böyük fəsadlar verəcək. Dia.az-ın məlumatına görə, hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr üçtərəfli bəyanatından sonra ermənilər dəfələrlə razılaşmaları pozublar və bu gün də öz çirkin əməllərini davam etdirirlər. Tərk etdikləri Azərbaycan ərazilərini minalamaq, yandırmaq bunun ən bariz sübutudur və cinayətdir: “Ermənilər Kəlbəcər rayonunu Azərbaycana təhvil verəndə də onlara tanınmış 10 gün müddətdən sui-istifadə edib müxtəlif yerlərə minalar basdırmışdılar, evləri və meşələri yandırmışdılar. Kəlbəcərə o qədər çoxsaylı minalar basdırmışdılar ki, bizim hərbçilərimiz uzun müddət həmin minaların təmizlənməsi ilə məşğul oldular. Minalara düşüb həyatını itirən hərbçilərimiz, jurnalistlərimiz oldu. İndi isə Laçından çıxan ermənilər eyni cinayəti törədirlər. Ermənilər son ana qədər Azərbaycana düşmənçilik etmək qərarındadırlar və bunu çəkinmədən nümayiş etdirirlər. Laçında tərk etdikləri yerlərə kütləvi şəkildə minaların döşənməsinin, meşələrin yandırılmasının Rusiya sülhməramlılarının gözü qarşısında baş verdiyi məlumdur.

Bu isə bir daha onu ortaya çıxarır ki, sülhməramlı adlanan rus hərbçiləri sülhməramlıya aid vəzifələrini yerinə yetirmirlər. Ermənilər isə bundan istifadə edib daha da azğınlaşırlar. Basdırılan həmin minalar təhlükə mənbəyi, gələcəkdə faciələrin mənbəyi olmaqla yanaşı, onların təmizlənməsi işi Azərbaycanın müvafiq strukturları, hərbçilərimizin işini çoxaldır. Bu işə vaxt, enerji, vəsait sərf olunur. Yəni ermənilər çıxan ərəfədə minalar basdırmasalar, sadalanan problemlər və təhlükələr meydana gəlməz. Ona görə də hesab edirəm ki, qanunsuz məskunlaşan ermənilərin ərazilərimizdən çıxarılması prosesinin Azərbaycan Silahlı Qüvvələrinin və ən azından Daxili Qoşunların, digər müvafiq güc strukturlarının nəzarəti altında həyata keçirilməsi yaxşı olar. Azərbaycan bu məsələni qaldırmalıdır. Əgər qarşı tərəf razılaşmasa xəbərdarlıq olunmalıdır. Bundan da nəticə çıxarılmasa, ordu hərəkətə keçməli, prosesi güc yolu ilə nəzarət altına götürməlidir. Əraziyə mina basdırmağa cəhd edən, meşələri yandıran cinayətkarlar ya yaxalanmalı, ya da zərərsizləşdirilməlidir. Ermənilər nəzarətsiz qalmaqda davam etsələr, gələcəkdə fəsadlara yol aça bilən terror hərəkətlərini davam etdirəcəklər. Rusiya sülhməramlılarının ermənilərin bu terror cinayətlərinə göz yumduğu artıq göz önündədir. Odur ki, biz sülhməramlıların vədlərinə inanmalı deyilik və yenə də antiterror əməliyyatı həyata keçirməli, prosesi nəzarət altına almalıyıq. Ermənistanın minlərlə minanı Azərbaycan ərazisinə göndərməsi və o minaların ərazilərimizdə basdırılması terrordur. Bu, Ermənistanın terrorçu dövlət olduğunu, Azərbaycan ərazilərində qanunsuz yerləşən ermənilərin terror həyata keçirən cinayətkarlar olduğunu sübuta yetirən faktdır”.

Hərbi ekspert Ramil Məmmədli isə bildirdi ki, Ermənistan ordusu işğal etdiyi ərazilərdən geri çəkilən zaman ərazinin minalanması kimi cinayəti həyata keçirir. Son günlər isə bu cinayəti Laçın rayonu ərazisində həyata keçirdikləri sübuta yetib: “Aşkarlanan minə yaxın minanın hamısı Ermənistanda son iki ilə yaxın müddətdə istehsal edilmiş minalardır. Minaların Laçın dəhlizi vasitəsilə gətirildiyi şübhəsizdir. Bu fakt Ermənistan dövlətinin terrorçu dövlət olduğunu, beynəlxalq konvensiyaları pozduğunu bir daha sübuta yetirir. Ermənistan Azərbaycana qarşı terror siyasətini bu gün də davam etdirir. Ermənistanın cəzasızlığı onu daha da şirnikləndirir. Yəni Ermənistana qarşı bu hərəkətlərinə görə hər hansı bir sanksiya, tədbir həyata keçirilmir, heç bir beynəlxalq humanitar təşkilat bu məsələ ilə bağlı reaksiyasını, etirazını bildirmir. Belə məlum olur ki, Ermənistan müharibədən sonrakı iki ilə yaxın müddəti həm də əraziləri minalamaq üçün istifadə edib. Onlar həm də buna görə vaxt udmağa çalışırlar. Ermənistan bu əməllərinə görə beynəlxalq məhkəməyə verilməlidir. Bu, hüquqi tədbir kimi seçilməlidir. İkinci variantda isə ordumuzun hərəkətə gətirilib, növbəti antiterror əməliyyatı keçirməsi mümkün ola bilər”.
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Dünən, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16-05-2024, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
16-05-2024, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"