Mətbuat FHN-çilərin hoqqalarından yazmalı idi, YA YOX? - AKTUAL
Hadise
Oxunub: 288
18 avq 2022 | 21:18
Mətbuat FHN-çilərin hoqqalarından yazmalı idi, YA YOX? - AKTUAL


Hazırda ölkə FHN-in yüksək rütbəli zabitinin çəkdiyi iddia olunan intim videoların sosial mediada yayılması səbəbindən çaxnaşmaqdadır. Belə məlum olub ki, bu videoların “müəllifi” Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədovun köməkçisi, polkovnik Zaur Mirzəyevdir. İddialara görə, o, öz əməkdaşları ilə xidməti otağında cinsi münasibətə girib və həmin anları lentə alıb. Kadrların 2014-cü ildə çəkildiyi bildirilir. Media əvvəlcə bu görüntülərin başqaları tərəfindən çəkildiyini iddia etdi. Amma sonradan yayılan digər görüntülərlə intim videoların Zaur Mirzəyevin özü tərəfindən çəkildiyi təsdiqini tapdı. Belə ki, görüntülərdən birindən onun kameranı necə nizamladığı aydın görünür.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, videolardakı qadınların bir neçəsi ailəlidir. O da qeyd olunur ki, general-mayor Füzuli Əsədovun köməkçisi, polkovnik Z. Mirzəyev bütün bu “əməliyyatları” FHN-in Xətai rayonundakı inzibati binasında həyata keçirib. “Qəhrəman” Zaur Mirzəyevin şəxsi köməkçisi olduğu general-mayor Füzuli Əsədov keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır və o, uzun illərdir ki, FHN-də önəmli vəzifələri icra edir.

Hazırda cəmiyyət bu videoların yayılması faktına görə iki yerə bölünüb. Bir qism insanlarımız iddia edir ki, bu videolar yayılmalı, dövlət binalarında baş verən biabırçılıqlar ifşa olunmalı və səbəbkarlar cəzalandırılmalıdır. Lakin kifayət qədər ciddi simalardan ibarət ikinci qism insanlarımızsa iddia edirlər ki, media bu videoları yaymamalı idi. Məsələn, “Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi”nin sədri Mehriban Zeynalova hesab edir ki, bu videoların yayılması düzgün deyil. Onun baxışına görə, bu videolarda yer alan qadınlar seksual qısnamaya məruz qalıblar. Onlara qarşı təzyiq və cəza tədbirləri yolverilməzdir, onsuz da bu videoların yayılması səbəbindən videodakı qadınlar ciddi zərbə alıblar.

Məsələnin maraqlı tərəfi budur ki, bir çox tanınmışlar məlum videoların yayılmasına görə orada rol alanları deyil, məhz medianı qınayırlar. Məsələn, tanınmış hərbi ekspert, polkovnik-leytenant Alp Arslan İmamqulu seks videoskandalında medianı mühakimə edənlərdəndir. Onun Musavat.com-a göndərdiyi açıqlamada iddia olunur ki, hərbi geyimdə olan şəxslərin intim videolarını paylaşmaq heç cür olmazdı. Maraqlıdır ki, tanınmış ekspert dövlət müəssisələrində və hərbi geyimdə tərbiyəsizlik edənləri, hərbi mundirdə və xidmət zamanı cinsi əlaqəyə girib, bunu çəkənləri deyil, bu videoları yayan medianı amansız şəkildə ittiham edir. Sitatı olduğu kimi təqdim edirik: “FHN hərbi qulluqçularının videogörüntülərini paylaşmaq media əməkdaşlarının növbəti ciddi xətasıdır. Məsələ hadisədə iştirak edən şəxslərin cəmiyyət içində tənqid olunması olaraq qiymətləndirilməli deyil. Uniformanın həm də dövləti təmsil etdiyini unutmaq olmaz. Hər nə olursa-olsun, hərbi geyimə ləkə ola biləcək görüntüləri çirkin əməllər zəminində xəbər olaraq paylaşmaq Azərbaycanın dövlət atributlarına qarşı edilmiş təhqir qədər cinayət xarakterlidir. Mövcud görüntuləri xəbər mövzusu etməyin özü həm də cəmiyyətə və dövlətə qarşı ən böyük tərbiyəsizlikdir.

Üstəlik, bu məlumatların düşmənlərimiz tərəfindən də oxunduğunu nəzərə alsaq, tamamilə təxribat xarakterlidir. Bu səbəblə törədilmiş əməllər hüquq normativlərin çərçivəsində qapalı şəraitdə öz həllini tapmalı idi. Növbəti uğursuz çirkab oyunlar və reket jurnalistikası tərəfindən düşünülməmiş dəstək... Bu, kəsinliklə sosial və mənəvi dəyərlərimizə qarşı qəsdli olaraq atılmış addımdır. İllər əvvəl yazılmış videogörüntüləri belə bir vaxtda paylaşmaq böyük oyunların kiçik parçasıdır. “5-ci kolon” iş başındadır’’.

Alp Arslan İmamqulu hesab edir ki, bütün bunlar ?’5-ci kolon’’un işidir və Azərbaycana qarşı oynanılan məkrli oyunun bir parçasıdır. Onun fikrincə, əks halda, 8 il öncə çəkilmiş videolar məhz indi dövriyyəyə buraxılmazdı.

Maraqlıdır, bu cür iddialara media mənsubları və media ekspertləri, hüquqşünaslar nə deyirlər? Dia.az xəbər verir ki, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Baş vermiş hadisə kifayət qədər qanun pozuntusudur. Bunun haqqında mütləq şəkildə ölçü götürülməlidir. Təəssüf ki, bəzi şəxslərin çıxışında bu məsələ yanlış şərh olunur və əksəriyyət deyir ki, media bu məsələyə münasibət bildirməməli idi. Yəni şəxsi həyatın pozulması kimi təsnif olunur. Bu belə deyil. Əlbəttə, baş vermiş hadisə şəxsi həyat məsələsi hüquqlarının pozulması ilə müşayiət olunmamalıdır. Düzdür, şəxsi həyat toxunulmazdır, amma indiki halda baş verən hadisələr şəxsi həyat kontekstindən çıxır. Baş vermiş hadisədə iştirak edən hər iki tərəf qanunları pozurlar. Çünki onlar özlərinin şəxsi istəklərini, maraqlarını dövlət müəssisəsində yerinə yetirirlər. Dövlət idarəsi sırf vətəndaşlara xidmət, müəyyən inzibati işlər üçün nəzərdə tutulmuş və dövlət tərəfindən təmin olunan bir yerdir. Bura şəxsi məqsədlər üçün istifadə oluna bilməz. Hazırkı vəziyyətdə guya ”şəxsi həyatlarını gerçəkləşdirən şəxslər qanunları pozduqlarına görə bu məsələ artıq şəxsi həyatda yayımlana bilməz" deyilən anlamdan çıxır. Medianın bu məsələyə münasibət bildirməsi, faktı pisləməsi normal bir haldır. Bu, mənim fikrimdir. Burada pozulan bir məsələ var. Hadisəni pisləmək lazımdır. Media bu məsələyə münasibət bildirməlidir. Çünki burada şəxsi həyat deyilən bir məsələ qanunların pozulması ilə müşayiət olunur. Ona görə də media qanunların pozulmasına, dövlət qurumunun bu cür əxlaqsız məsələ üçün istifadə olunmasına mütləq rəy bildirməlidir, pisləməlidir. Eyni zamanda həmin dövlət qurumuna aşağıdan yuxarı cavabdeh olan şəxslərin hər birinin haqqında hüquqi məsuliyyət götürülməsinə çağırılması normal bir haldır. Sadəcə olaraq, media burada kiçik bir yanlışa yol verir. Həmin hadisənin detallarını videogörüntü şəklində yaymaq olmaz. O videogörüntülərin özünün belə yayılması qanunla Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə təsbit olunur. Media etikasına ziddir. Hadisənin detallarının video şəklində göstərilməsi ayrıca bir qanun pozuntusudur. İlk öncə qanun pozuntusunu törədən adıçəkilən şəxsdir, digər tərəfin razılığı olmadan həyata keçirib. İkincisi isə medianın onu sosial şəbəkələrdə detallı şəkildə yayması özü etik prinsiplərə ziddir. Hadisənin özü informativ şəkildə işıqlandırılmalıdır, münasibət bildirilməlidir". Dia.az xəbər verir ki, hüquqşünas, media eksperti Ələsgər Məmmədli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Dövlət vəsaiti hesabına təchiz olunmuş kabinet, sırf dövlətin mənafeyi üçün fəaliyyət göstərmək lazım ikən şəxsi məqsəd üçün istifadə olunub. Bu, ayrılıqda bir problemdir. Bunun hüquqi məsuliyyəti var və qurum özü zəruri addımlar atacaq. Digər bir məsələ, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata qanunsuz müdaxiləni nəzərdə tutur. Qarşı tərəfin razılığı olmadan onun videosu çəkilibsə, həmin şəxs hüquqlarını qorumaq baxımından məhkəməyə müraciət edə bilər. Hadisədə hər iki tərəf məsuliyyət daşıyır. Ümumilikdə, hadisənin özü, həmin şəxsin davranışları, dövlət qulluqçusu, poqon daşıyan tərəflər olaraq hər biri üçün ayrıca məsuliyyət yaradır. Çünki bunlar dövlət obyektində əxlaqsız hərəkətlərlə məşğul olublar. Bu da yolverilməz haldır. Dövlətin etibar etdiyi qurum və həmin quruma aid olan bütün avadanlıqlar şəxsi həyat üçün istifadə oluna bilməz. Şəxsin icazəsi olmadan çəkilənlərin daha sonra yayılması şəxsi həyata müdaxilə aspektindən cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi toxunulmazlıq hüququnu pozma ilə bağlı sanksiya və cəza tədbirlərini ehtiva edir”.

Ekspert əlavə edib ki, vəzifəli şəxs üçün bu hadisə 2 ilədək azadlığın məhdudlaşdırılması deməkdir: “Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və fotoçəkiliş materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması - 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; Məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə - 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Hərbi ekspert Ramil Məmmədli də məsələ ilə bağlı fikirlərini deyib: “FHN-də baş verən məlum hadisə ilə bağlı ötən 2 gün ərzində xeyli mülahizələr oxudum və dinlədim. Əlbəttə, hər biri ayrı-ayrılıqda inandırıcıdır və reallığı əks etdirir. Sadəcə, niyə zabit rütbəsini daşıyan bir şəxs xidməti yerini seks arenası kimi istifadə etsin? Bu, rəhbər şəxslərin öz adamları üçün yaratdıqları cəzasızlıq mühiti ilə bağlıdır. İkincisi, hərbi və xüsusi rütbələrin şəxsi münasibətlər əsasında ”sevimli" şəxslərə hədiyyə edilməsi və bu da təbii ki, həmin rütbəni daşıyanlarda məsuliyyət hissi yaratmır. “Harada yaşayırsan və işləyirsən” misalını qulaqardına vuraraq, sonunun nə ilə bitəcəyini anlamamaqdır".
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Dünən, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16-05-2024, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL