İntihar edən məktəbli qızın son sözü: "Ana, səni çox sevirəm..."
Hadise
Oxunub: 1 065
5 dek 2015 | 10:09
İntihar edən məktəbli qızın son sözü: "Ana, səni çox sevirəm..."










Sabirabad rayonunda intihar edən 15 yaşlı Rahilə Əlicanova əlaçı şagird olub və məktəblə bağlı heç bir problemi olmayıb

Bu barədə publika.az-a onun təhsil aldığı Kollar kənd orta məktəbinin direktoru Səkinə Ağayeva bildirib. R.Əlicanovanın çox yaxşı şagird olduğunu və həmişə dərslərə hazır gəldiyini deyən məktəb direktorunun sözlərinə görə, heç kim intiharın səbəbini bilmir: “Elə indi dəfn mərasimindən gəlirəm, anası da qızının hansı səbəbdən intihar etdiyini bilmir. Bu, məktəblə bağlı deyil. Nə olubsa, evində, ailəsində olub. Rəhilə “5”lə oxuyub, özü də ağıllı, tərbiyəli qız olub. Dünən məktəbdən deyə-gülə evə qayıdıb. Heç bir narazılıq olmayıb. Nümunəvi, yaxşı oxuyan şagird idi. Nə bizim ondan, nə də onun bizdən bir narazılığı var idi. Anasının dediyinə görə, məktəbdən gəlib, yeməyini yeyib. Axşamüstü işıqlar sönüb, hadisə də həmin vaxt qəfildən baş verib. Başa düşə bilmirik ki, nə səbəb ola bilər”. Onda hər hansı psixoloji problem hiss eləmədiyini deyən direktorun sözlərinə görə, R.Əlicanova ölüm ayağında anasına onu çox istədiyini deyib: “Uşaqlıqdan deyikli idi, amma hələ nişan olmamışdı, sadəcə adlanmışdı. Başqa heç nə məlum deyil. Anasının sözlərinə görə, gecə bitki dərmanı içəndən sonra həkimə aparıblar. Ancaq onu deyib ki, “ana, mən səni çox sevirəm”. Elə yolda da dünyasını dəyişib. Hər hansı problemi olmasıyla bağlı heç kimə heç nə deməyib”. Səkinə Ağayevanın sözlərinə görə, bu gün səhər Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları məktəbə gələrək müəllimləri, uşaqları, sinif nümayəndəsini dindiriblər. Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. Qeyd edək ki, hadisə rayonun Ahıska kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Rahilə Əlicanova bitki dərmanı içərək intihar edib. O, Kollar kənd məktəbinin 9-cu sinif şagirdi olub.
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO