Laçın şəhərinin təhvili gələn ilə qalacaqmı... - Ermənistandan yeni hiylə
Hadise
Oxunub: 199
3 avq 2022 | 17:25
Laçın şəhərinin təhvili gələn ilə qalacaqmı... - Ermənistandan yeni hiylə


Laçından yan keçən yeni yolun Ermənistan ərazisindəki hissəsinin tikintisinə başlanıb. “Yeni Müsavat” bildirir ki, bu haqda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan son müsahibəsində deyib. “Tikinti 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulmuş müddətdə (6-cı bəndə əsasən 3 il ərzində -red.) tamamlanacaq”, - deyə o bildirib. Söhbət cəmi 8 kilometrlik yoldan gedir. Azərbaycan isə öz üzərinə düşən 32 km-lik yolun inşasını tamamlamaq üzrədir. Lakin Qriqoryanın sözlərindən belə anlaşılır ki, yol bu ilin deyil, gələn il noyabrın 10-na, yəni 3 ilin tamamında da təhvil verilə bilər.

O zaman 3 il ərzində ifadəsi yuridik baxımdan nəyi ifadə edir: belə çıxır ki, Laçın şəhərinin təhvil verilməsi gələn ilin sonuna qalır? Niyə tez olmasın? 8 km yolun inşasını uzatmaqla erməni tərəfi nəyə nail olmaq istəyir? Azərbaycan yolun özünə aid hissəsini bitirməklə Laçın şəhərini vaxtından tez təhvil ala bilərmi? Laçın dəhlizinin marşrutunun dəyişməsi, Laçın şəhəri, Zabux və Sus kəndinin Azərbaycana təhvil verilməsindən sonra separatçı - terrorçuların qaldığı bölgədə vəziyyət necə olacaq?

“Hraparak” qəzeti yazır ki, mövcud dəhlizin keçdiyi ərazilər Azərbaycana təhvil verildikdən sonra Bakı strateji əhəmiyyətli yüksəkliklərə də nəzarəti bərpa edəcək: “Şuşa-Xankəndi yolunun Şuşa döngəsi adlanan mühüm strateji yüksəkliyi yəqin çoxları görüb. Oradan bütün Xankəndini, o cümlədən Əsgəranı və digər əraziləri ovucun içi kimi görmək mümkündür. Bu yüksəklik Xankəndinin kənarında yerləşir, Xankəndi və ətraf ərazilərə nəzarət baxımından dominant mövqeyə malikdir. Bu, Bakının tam nəzarətinə keçdikdən sonra Xankəndi və ətraf ərazilər Azərbaycan Ordusunun birbaşa hədəfinə çevriləcək. Bundan sonra Xankəndi və onun ətrafında yaşamaq daha da çətinləşəcək”. DİA.AZ xəbər verir ki, professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ermənilər hər vəchlə vaxt udmağa çalışır: “Kapitulyasiyadan sonra xeyli çaşmışdılar, özlərini itirmişdilər, indi, deyəsən, özlərinə gəlirlər. Ona görə vaxtı uzatmaqla məşğuldurlar. Burada Rusiyanın da rolu az deyil. Rusiya Ukraynada apardığı barbar müharibənin sonunu gözləyir ki, Cənubi Qafqazda gedən proseslərə ”əl gəzdirsin". Amma rusların Ukraynada məğlubiyyəti labüddür və bu nəticə ilə bizim bölgəyə təsir edə bilməyəcəklər. Sadəcə, hazırda Rusiyanın Ermənistana təzyiqləri var".

Q.Hüseynlinin fikrincə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri general Börnsün İrəvana səfəri də məhz bu məqsədlə idi: “Amerikalı general Ermənistana Rusiyanın təsirindən çıxmağa başlamağı məsləhət görüb. Qriqoriyanın son bəyanatı erməni hiyləgərliyindən ibarət olsa da, vaxtı uzatmağın Ermənistana heç bir faydası yoxdur. Çünki İrəvan kommunikasiyaların açılmasını yubadır, sülh sənədi ilə bağlı layihəni ləngidir və beləliklə, barıt qoxusu verən vəziyyət davam edir. Qarabağda Ordumuzun elit hissələri yerləşib, sərhədboyu Kəlbəcər və Qubadlıda mövqelərimiz möhkəmdir, ”Komando" briqadalarımız var, yəni hərbi cəhətdən yüksək səviyyədəyik. Əslində Ermənistan hakimiyyəti hər şeyi başa düşür, sadəcə, revanşistlərin təzyiqlərindən ehtiyatlanırlar. Hər halda, Ermənistan Rusiyanın proseslərdə rolunun azaldığını, Qərbin region uğrunda mübarizəyə girişdiyini görür, o səbəbdən praqmatik meyllərini büruzə verməyə başlayıb. Düşünürəm ki, məsələ antiterror əməliyyatlarının başlamasına gətirib çıxarmaya bilər, Azərbaycanın təzyiqləri Ermənistanı sülhə məcbur edə bilər. Əgər söz verib, vədə əməl etməsələr, xalqımızın gözəl misalı var - ağa durur, ağacan da durur. Ordumuzun elit hissələri öz üzərinə düşən missiyanı yerinə yetirməyə hazırdır".

Qeyd edək ki, erməni silahlı dəstələri Laçını 1992-ci il may ayının 18-də işğal etmişdilər. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Laçının bir neçə kəndi işğaldan azad olunub. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb.
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...