Avtoyuma məntəqəsində saçyoldu VİDEO təfərrüatlı
Hadise
Oxunub: 2 051
3 dek 2015 | 15:37
Avtoyuma məntəqəsində saçyoldu VİDEO təfərrüatlı













Bakıda iki xanımın avtoyuma məntəqəsi üstündə savaşı uzun müddətdir davam edir. İş polisə və məhkəməyə qədər gedib çıxsa da, problem çözülmür. Azerinfo.az criminal.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 7 “E”, mənzil 34 ünvanda yaşayan Nina İbrahimova başına gələnləri danışıb:

''İki qızım və iki nəvəmlə yaşayıram. Nəvələrimin hər ikisi körpədir, qızım Rabiyyənin övladı cəmi 6 aylıqdır. Digər gənc qızım Xəyalə isə qan xərçəngi xəstəsidir. Mənzilimiz “Maşınqayırma” MTK tərəfindən inşa edilmiş bir neçə binadan ibarət olan həyətdədir. Mənim mənzillərim binanın birinci və ikinci mərtəbəsində yerləşir. Həmin binalara və həyətimizə aidiyyatı olmayan, Təbriz küçəsi 94 ünvandakı binada yaşayan Orucov Sevindik, Orucova Larisa (Sevindiyin arvadı), həmin Təbriz 94-də yaşamayan Orucov Sevinyin övladları Coşğun, Əhmədova Vəsilə və Qasımov Taleh ailəmizi mütəmadi olaraq təhqirlər edirlər və döyürlər, bizi öldürəcəkləri ilə hədə-qorxu gəlirlər. Dediklərinə görə lotudular, bizi öldürəcəklərini bildirirlər. Öz ailəmlə, xəstə qızımla mülkiyyətimdə olan mənzilimdə rahat yaşaya bilmirəm. Onlar mütəmadi olaraq mənə və qızıma hədə-qorxu gələrək bizi öldürəcəkləri və ailəmizi məhv edəcəkləri, evimizə, maşınımıza narkotik qoyacaqları ilə bizi hədələyirlər. Həmin adamlar hətta cinsi azlıqların nümayəndəsini yanıma göndərmişdilər. Həmin şəxs mənim yanıma gələrək, guya yaşlı anası ilə küçədə qaldıqlarını bildirib və bir neçə günlüyə həmin həyətdə olan mənim digər boş mənzilimdə olan evdə qalmaqlarını xahiş edib. Heç nədən xəbərim olmadığına görə, ona və yaşlı anasına yazığım gəldi və anasının küçədə qalmaması üçün bir neçə günlüyə onu həyətimizdə olan boş mənzilimə buraxdım. Bir gün sonra onun anasına baş çəkməyə getdim. Ancaq, evdə onun anasının olmadığını və onun qadın kimi paltar geyindiyini gördüm. Açıq-aşkar bildirdi ki, onu Çoşğun və sahə müvəkkili Abusəlim öyrədərək yanıma göndəriblər ki, məni ləkələsinlər, guya mənim mənzilimi icarəyə verərək vergidən gizlənməyimi sübut etdirsinlər, belə adamlarla əlaqəmin olduğunu insanlara bildirib məni gözdən salsınlar. Mən evimə girən şəxsi kişi kimi bilib evimə buraxmışdım. Ondan evimi tərk etməsini tələb etdikdə hücum edərək, mənə bədən xəsarətləri yetirdi. Eyni zamanda guya mənə 2200 manat pul verdiyini deyərək, hədə-qorxu ilə həmin pulu tələb etdi. Bildirdi ki, Coşğun ona 1000 manat pul verərək bu məsələləri təşkil edib. Polislər gəlib məni və onu polis bölməsinə apardılar. Ancaq polisdə həmin şəxs barəsində tədbir görmədilər. Onların hədə-qorxuları, bizi öldürəcəkləri ilə hədələmələri və digər mütəmadi qanuna zidd hərəkətlərinə dözməyərəq 6 aylıq körpəsi olan, 23 yaşlı qızım Rabiyənin özünü öldürmə həddinə çatdırıblar''.

Şikayətçi bildirir ki, Coşğun Orucov onların həyətində qanunsuz avtoyuma müəssisəsi yaradıb. Həmin avtoyuma məntəqəsində daima su vurmaq üçün istifadə etdiyi cihazın mühərrikinin səsi, su şırnağının səsi onun mənzilinin birinci və ikinci mərtəbəsində yerləşdiyinə görə, mənzilində rahat yaşamaqlarını kobud surətdə pozur. Eyni zamanda yuduqları avtomobillərdə yüksək səslə musiqiyə qulaq asırlar. Mənzilimizdə körpə uşaqların normal yatmasına belə imkan vermirlər. Avtoyumanın işçisi Taleh Qasımov qızım Rəbiyyəni söyüb təhqir edir. Dəfələrlə Çoşğuna avtoyuma ilə atasının yaşadığı Təbriz küçəsi 94 ünvanında qapını açıb orada məşğul olmaq təklif olunsa da, o, buna məhəl qoymur.

"31.10.2015-ci il tarixində evdə oturduğumuz zaman da çöldən ünvanımıza yazıla bilməyən nalayiq söyüşlər eşitdik. Pəncərədən baxdığımız zaman isə Coşğunun anası Larisa və bacısı Vəsilənin söyüşləri ilə qarşılaşdıq. Cəzasızlıqlarını görüb 15.11.2015-ci il tarixində yenidən yaşadığımız məhəllədə ailəmizə qarşı hücum edərək bizi döyərək təhqir etdilər. Rəbiyyə kəllə-beyin travması və kəllə beyin xəsarəti aldı, Coşğunun atası Orucov Sevindik 350 atmosferlik su naporunu üzümüzə tutub üzümüzü kəsmək istəyirdi. Qısası həmin şəxslərin qanunsuz əməllərinə dözə bilmirik. Xahiş edirik, problemimiz qanun çərçivəsində həll edilsin, Coşğunun və ailəsinin etdikləri zülümlərə son qoyulsun."

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini bir neçə gün ərzində öyrənməyə çalışsaq da, mümkün olmadı. Nərimanov rayon Polis İdarəsinin 18-ci bölməsindən Criminal.az-a bildirildi ki, həmin problem uzun müddətdir davam edir. Artıq toplanmış materiallar araşdırılması üçün Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.



Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO