Azərbaycana qarşı ağlasığmaz iddia: İran nə istəyir? - Tehran ənənəvi ampluasında...
Hadise
Oxunub: 317
25 in 2022 | 21:43
Azərbaycana qarşı ağlasığmaz iddia: İran nə istəyir? - Tehran ənənəvi ampluasında...


Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid Rusiyanı “Qarabağ məsələsinin həlli”ndə əməkdaşlığa çağırıb. Donfridə cavab verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə ABŞ-ı Cənubi Qafqazda sabitliyi pozmaqda ittiham edib. Görünən budur ki, bölgədə ABŞ və Rusiya arasında bir nüfuz savaşı gedir. Bu geosiyasi mübarizə Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə necə təsir göstərə bilər?

-Təəccüblüdür. Rusiya dünən Rusiyanı bütün beynəlxalq təşkilatlardan uzaqlaşdırmaq və qlobal problemlərin həllindən kənarda saxlamaq xətti götürmüşdü. Belə təsəvvür yaranmışdı ki, Ermənistan-Azərbaycan məsələsində də bu cür davranacaqlar. Amma indi bu məsələdə Rusiya ilə əməkdaşlıqdan danışırlar, üstəgəl, çoxdan “o dünyaya göndərilmiş” ATƏT-in Minsk qrupunun dirçəldilməsi fikirlərini səsləndirirlər. Məncə, bu, qeyri-ciddi yanaşmadır. Xüsusən də “Dağlıq Qarabağ” adlandırılan qondarma anlayışın yenidən dövriyyəyə gətirilməsi və faktiki olaraq, ötən illərdə bu məsələnin həllinə heç bir töhfə verməmiş Minsk qrupunu yenidən canlandırmağa çalışmaq məntiqdən çox-çox uzaq görünür. Çünki Qarabağ problemi artıq həll edilib. İndi onlar bununla bağlı hansısa əməkdaşlıq edə bilərlər, amma bu, ABŞ və Rusiya arasında siyasi rəqabətdən başqa heç nə yaratmayacaq. Üstəgəl, hər iki dövlət bu bölgədə öz dominantlığını qoruyub-saxlamağa çalışır. Yəni bölgədəki problemlərin həllinə praktiki töhfə verə bilmirlər.

Rusiya və ABŞ arasındakı hər şey rəqabət, bölgədə nüfuz dairəsinə sahiblənmək üstündə qurulub. Bu baxımdan, Mariya Zaxarova onları qeyri-səmimilikdə təqsirləndirir. Eyni zamanda, hər iki dövlətin həlli ilə məşğul olduğu bütün münaqişələr uzanır və problemlərin ətrafında qızışan rəqabət durumu bir qədər də mürəkkəbləşdirir. Bunlar isə məsələlərin həllinə xeyirdən çox ziyan vurur.

- Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyə, Azərbaycan, Ermənistan və İrana səfəri də diqqət çəkir. Sizcə, bu səfərlərdə məqsəd nədir? Rusiyanın baş diplomatının bu gediş-gəlişi “Altılıq” formatını canlandıra bilərmi?

- Lavrov Ermənistan və Azərbaycan arasındakı həm müharibəyə qədərki, həm o, həm də bundan sonrakı dövrdə özünün müsbət cəhətləri ilə seçilməyib. O, həmişə qızışdırıcı mövqe tutub, öz ölkəsinin milli maraqlarına uyğun xəttin müdafiə edilməsinə çalışıb. Hətta ermənipərəst mövqeyini bəzi hallarda açıq bildirməkdən də çəkinməyib. Bu baxımdan, Rusiyanın “Altılıq” formatının qurulmasına hansısa töhfə verəcəyini gözləmək tezdir. Ən azı ona görə ki, Gürcüstan Rusiyanın orada iştirakı səbəbindən “Altılıq”a gəlmək istəmir.

İran da bölgədə “Altılıq” formatının yaranmasına yox, əksinə, bölgə ölkələri arasındakı əlaqələrin pozulmasına səbəb ola biləcək addımlar atır. Məsələn, son dövlərdə İranda Azərbaycana qarşı uydurulmuş “Allahın təhqir edilməsi” ilə bağlı tezis üzərindən isterikanın artırılması onu göstərir ki, bu ölkə heç bir halda dövlətimizin inkişafını, qüdrətinin artmasını, bölgədə söz sahibi olmasını istəmir. Eeləcə də yeri gəldikdə böhtan xarakterli və uydurma tezislərdən istifadə edərək, dini kəsimi qızışdırmağa çalışır.

Ətraflı
Bir sözlə, belə kəskin mövqelərə malik dövlətlərin bir araya gətirilməsi hələlik mümkün görünmür. Müəyyən bəyanatlar verə bilərlər, amma məsələn, Gürcüstanı “Altılıq”a gətirmək mümkün olmayacaq. Eyni zamanda, Azərbaycanla İranın bu formatda dil tapması və Azərbaycanın İranın müəyyən hərəkətlərini həzm etməsi də asan olmayacaq. Bundan başqa, həm İran, həm də Rusiyanın Ermənistana meylli olması hər addımda nəzərə çarpır. Yəni onların ölkələr arasında qarşılıqlı etimadın yaranmasına töhfə verəcəklərini gözləmək hələ tezdir. Zənnimcə, bu məsələnin nəticə verməsi o qədər də yaxında deyil.

- Son günlərdə İranın sosial mediadakı qaragüruh şəbəkəsi fəallaşıb. İran şəbəkəsinin müxtəlif üzvləri Azərbaycanda “dini dövlət”in yaranmasına çağırışlar edirlər, ölkəmizin əleyhinə təxribat xarakterli mesajlar verirlər. İndiki halda belə bir fəallıq nədən qaynaqlanır, məqsəd nə ola bilər?

- Dediyim kimi, bunlar uydurma tezislər üzərindən edilir. Guya Azərbaycanda kimlərinsə “Allahı təhqir” etməsini “əsas” götürərək, burada “şəriət dövləti”nin qurulmasından danışırlar. Bu, gülünc və heç bir məntiqə sığmayan iddiadır. Azərbaycan dünyəvi dövlət quruluşunu seçib və dünya tərəfindən də belə qəbul edilib.

İran özünün “islam inqilabı”nı ixrac etmək üçün başqa yerlər axtarsa, daha yaxşı olar. Üstəgəl, bu gün İranın özünün ictimai quruluşu, qurduğu dini dövlət dünyanın əksər ölkələri üçün təhdid mənbəyi hesab olunur. Belə bir quruluşun heç də dünyaya sabitlik gətirmədiyini, “islam inqilabının ixracı” adı altında dövlətlər arasında nifaq saldığını və qarşıdurma yaratdığını görürük. Bu gün İranın ABŞ-la qarşıdurmada olması və ona qarşı sanksiyaların tətbiq edilməsi təkcə Tehranın nüvə silahı əldə etmək istəyi ilə bağlı deyil. Eyni zamanda, İrandakı dini rejimin xarakteri ABŞ, Qərb və bölgə dövlətlərini narahat edir. XXI əsrdə belə bir radikal dini rejimin mövcud olması və öz təhlükəli xarakterini konstitusiyada təsbit etməsi dünyada ciddi təpkilər yaradır.

Bir sözlə, İrandakı rejimin xarakteri və hədəfləri təkcə bizim üçün yox, dünyaya da təhdiddir. Təkcə əldə etmək istədiyi nüvə silahı yox, bu rejimin mahiyyəti və ağlasığmaz ideyaları da qonşuları kimi, dünyaya da təhlükə saçır. Bu baxımdan, İranın Azərbaycana yönəlik uydurma və həqiqətə heç bir halda uyğun gəlməyən iddiaları praktikada sabun köpüyü kimi dağılır və özünə tərəfdar toplaya bilmir.

İranın öz daxilində də həmin rejimə qarşı müxalifət və etirazlar var. Bu dini rejimin siyasi səhnədən getməsi üçün daxildə də fəaliyyət gedir. Məncə, İran ayıbına kor olub öz problemlərinə diqqət yetirsə, daha yaxşı olar.
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...