Ermənilər Ağdərədəki kəndlərdən köçürülür - GƏLİŞMƏ
Hadise
Oxunub: 297
23 in 2022 | 19:49
Ermənilər Ağdərədəki kəndlərdən köçürülür - GƏLİŞMƏ


Xəbər verildiyi kimi, Azərbaycan Xankəndi ilə Ermənistanı birləşdirən Laçın yolunun alternativini inşa edərək, başa çatdırmaq üzrədir. Rəsmi məlumatlara görə, yeni Laçın yolu Laçın şəhərindən kənar keçəcək və iyulun 1-də istifadəyə veriləcək. Yolla bağlı bütün texniki və təhlükəsizlik şərtləri isə tam qaydasındadır. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Zabux qəsəbəsinin yaxınlığından keçəcək yeni yol istifadəyə verildikdən sonra razılaşmaya əsasən ermənilər həm Laçın şəhərini, həm Zabux qəsəbəsini, həm də Şuşanın bir neçə kəndini tərk etməlidirlər. Lakin ermənilərin nə Laçını, nə də adları çəkilən kəndləri boşaltmaq niyyətləri var. Hərçənd Ermənistan hökuməti onlara xəbərdarlıq edib və oradakı evlərinin müqabilində kompensasiya təklif edib.

Erməni mediasının yaydığı məlumata görə, Qarabağda yaşayan ermənilər baş verənlərdən ciddi şəkildə narahat olmağa başlayıblar. Çünki onları təkcə Laçından deyil, həmçinin Ağdərə istiqamətində yerləşən bir neçə kəndlərdən də çıxarmağa hazırlaşırlar. Həmin məlumatlara görə, yeni yol istifadəyə verildikdən sonra Laçın, Zabux və daha bir neçə kəndi tərk etməkdən başqa yolları qalmayıb. Belə ki, həmin kəndlərdə qeyri-qanuni məskunlaşmış erməni əhalisinə Xankəndiyə köçmək təklif olunub. Lakin onlar bundan imtina ediblər. Ermənilər Ermənistana köçərək, orada yaşamağı qərarlaşdırdıqlarını deyiblər.

Qeyd edilir ki, alternativ yolun təhvil verilməsindən sonra Laçın şəhəri iyulun 1-də Azərbaycan tərəfinə təhvil veriləcək. Lakin prosesin bir neçə gün yubana biləcəyidə istisna edilmir. Belə ki, orada qanunsuz olaraq məskunlaşmış ermənilər evlərini tərk etmək fikrində olmadıqlarını bildiriblər. Bu səbəbdən də köçürülmə əlavə olaraq 15-20 gün vaxt ala bilər.

Maraqlı məqam isə Ağdərə istiqamətində yaşanır. JAMAZ.İNFO-nun etibarlı mənbələrdən aldığı məlumata görə, bir həftə öncədən etibarən Tərtər və Ağdama yaxın ərazilərdə yerləşən və hazırda rus sülhməramlılarının nəzarətində olan kəndlərdə yaşayan ermənilərin köçünə də hazırlıq görülür. Mənbə hələlik həmin kəndlərin adlarını çəkməyib. Amma bildirib ki, kəndlərdəki erməni əhalisinin çıxarılması prosesinə start verilib və məsələ rus sülhməramlılarının nəzarəti altında həyata keçirilir.

Mənbəmiz bu köçün nə ilə bağlı olduğunu, həmin kəndlərin niyə boşaldıldığı barədə suala cavab olaraq qeyd edib ki, bu, Azərbaycan tərəfinin tələbi əsasında həyata keçirilir.
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb