Nəcməddin Sadıkovla bağlı SENSASİON DETALLAR – “Onun xəyanətini faktlarla ortaya qoymuşduq”
Hadise
Oxunub: 289
2 in 2022 | 18:20
Nəcməddin Sadıkovla bağlı SENSASİON DETALLAR – “Onun xəyanətini faktlarla ortaya qoymuşduq”


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Nəcməddin Sadıkovun “sağ əli”, “şlyapa” Zahid ləqəbi ilə tanınan Zahid Niftəliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“Şlyapa” Zahidin həbsi isə Nəcməddin Sadıkov barəsində də oxşar tədbirin görülməsi ehtimallarının müzakirəyə çıxarılması ilə nəticələnib.

Belə ki, Vətən müharibəsi dönəmində Baş qərargah rəisi vəzifəsindən azad olunan Nəcməddin Sadıkovun adı ilə bağlı korrupsiya, cinayət, hətta Vətənə xəyanət ittihamları səsləndirilməkdədir. Dia.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən sabiq deputat, politoloq Cümşüd Nuriyev isə sabiq baş qərargah rəisi ilə bağlı bir sıra sensasion faktları açıqlayıb.

Müsahibimiz Nəcməddin Sadıkovun çoxdan həbs olunmalı olduğunu qeyd edib:

“Bu adam 30 il ərzində Azərbaycan Ordusunu korrupsiyalaşdırdı və sonuncu olaraq xəyanəti üzə çıxdığı üçün ordudan kənarlaşdırıldı. Ordumuz 44 günlük müharibə dönəmində cənubdan gəlib Şuşaya çatdı, amma Murovdan gedən qüvvələrimiz o qədər itkilərə rəğmən, Ağdərə-Kəlbəcər yolunu götürə bilmədi. 2016-cı ildə də bu adamın xəyanətkar olduğu üzə çıxmışdı. Eləcə də, Birinci Qarabağ müharibəsində Kəlbəcərin verilməsində deputat istintaq komissiyası olaraq, biz Nəcməddin Sadıkovun rolunu birmənalı şəkildə faktlarla ortaya qoymuşduq”.

Cümşüd Nuriyev Nəcməddin Sadıkovun Rusiyada böyük dayaqlarının olduğunu qeyd edərək, bildirib ki, o Azərbaycanda “5-ci kolon”un kilid isimlərindən biridir. Politoloq tək Nəcməddin Sadıkovun yox, onun əli ilə Müdafiə Nazirliyində vəzifə tutmuş bir sıra şəxslərin də həbs olunmasının vacibliyinə diqqət çəkib.

Cümşüd Nuriyev “şlyapa” Zahidlə bağlı da əldə etdiyi bir sıra məlumatları da açıqlayıb:

““Şlyapa” Zahid haqqında belə bir məlumata rast gəlmişdim ki, Müdafiə Nazirliyinin Maliyyə idarəsində bütün biznesi quran adamlardan biri budur. Bunlar saxta məhsulları tenderlərlə gətirib satıblar. Bu tenderləri də araşdırmaq lazımdır. Əsgərlərin sağlamlığına vurulan ziyanın qarşılığını kim ödəyəcək? Bunlar milyonlar qazanır, amma bizim əsgərlərimiz keyfiyyətsiz məhsullardan xəstəliyə düçar olurlar. Bu təkcə maliyyə pozuntusu deyil, bu şəxslər millətin genefondunu, cəsarətini məhv edir, döyüşkən ruhunu qırırlar”.

Sabiq deputatın sözlərinə görə, bu şəxslər mütləq şəkildə cəzalandırılmalıdırlar:

“Müdafiə Nazirliyi elə bir orqandır ki, o Quran ayəsi kimi and içiləcək bir yer olmalı idi. Məsələn Çində bu cür yeyinti əməllər törədənlərin hamısını asırlar. Bizdə ölüm hökmü də yoxdur. Azərbaycanda hara gedirsən, Nəcməddin Sadıkovun obyektləri var. Özü, bacısı uşaqları, qohum-əqrəbəsi... Onun ciddi qohumluq əlaqələri, qudaları var. Nəcməddin Sadıkovun bütün ətrafı araşdırılmalıdır”.
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...