Ermənistandakı kəndlərimizdə RUSLAR MÖHKƏMLƏNİR... - BU NƏDİ BELƏ?
Hadise
Oxunub: 310
21 may 2022 | 14:16
Ermənistandakı kəndlərimizdə RUSLAR MÖHKƏMLƏNİR... - BU NƏDİ BELƏ?


Ermənistan növbəti dəfə 2020-ci ilin 10 noyabr anlaşmasını pozmaq istiqamətində addım atıb. Belə ki, rəsmi İrəvan 1992-94-cü illərin birinci Qarabağ müharibəsi zamanı erməni ordusunun işğal etdiyi Azərbaycan anklavlarının qaytarılması niyyəti ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına absurd cavab verib.

Ermənistan XİN-in bəyanatında iddia edilib ki, Azərbaycanın anklavları tələb etmək üçün heç bir hüquqi əsası yoxdur, Azərbaycan xarici işlər naziri müavininin bəyanatı isə heç bir hüquqi sənədə əsaslanmayıb. İrəvan Ermənistan ərazisindəki hər hansı anklavla bağlı Bakıdan hüquqi əsaslandırma və ya hüquqi sənədlər almayıb. “Müxtəlif xəritələr dərc olunub, lakin çox mühüm bir hal var: tərəflərdən birinin dərc etdiyi xəritə ərazinin bu və ya digər tərəfə məxsus olmasına qanuni əsas deyil. İstənilən xəritə hüquqi sənədə əsaslanmalıdır”, - deyə bildirilir. Bundan əlavə, qeyd edilib ki, İrəvanın “Azərbaycan ərazisindəki anklavlara” hüquqi əsasları var. Erməni tərəfi bu “əsasları” Azərbaycanla danışıqlar zamanı təqdim edəcək. Həmçinin İrəvan Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra nəzarətə götürdüyü ərazilərdən silahlı qüvvələrini çıxarmasını tələb etməkdə davam edir. Yada salaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, demarkasiya komissiyasının fəaliyyəti nəticəsində, digər məsələlərlə yanaşı, Qazax rayonunun 7 kəndi və Kərki Azərbaycana qaytarılmalıdır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da müxalifətin səsləndirdiyi anklavların mümkün mübadiləsinə toxunaraq bu barədə danışıb. O bildirib ki, hər iki tərəfdə anklav olduğundan, anklavlar məsələsi indiyədək qaldırılmayıb. Bu arada isə məlum olub ki, Əskipara kəndinin inzibati ərazisində, Əskipara-Bağanis yolunun kənarında rus hərbçilər hərbi qarnizon yerləşdirmək üçün 2 hektar ehtiyat ərazini icarəyə götürürlər. Bu barədə Ordu.az saytı məlumat yayıb. Saytın qeyd etdiyinə görə, bunu erməni jurnalist Voskan Sərkisyan öz “Facebook” səhifəsində yazıb. Əskipara sakinləri erməni jurnalistə bildiriblər ki, Rusiya hərbçiləri həmin ərazidə iş görüb, torpaq nümunəsi götürüblər. Rusiya hərbi qulluqçularının Tavus regional administrasiyası ilə 2 hektar torpaq icarəsi müqaviləsi imzalayacağına dair məlumatlar var və hazırda həmin sənəd hazırlanır.

Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, Ermənistan anklav kəndlərimizi geri qaytarmaqdan rəsmən imtina edir. Yazı çapa hazırlananadək rəsmi Bakı İrəvandan gələn absurd bəyanata münasibət bildirməmişdi, amma yəqin ki, tutarlı cavab olacaq. Bəs müstəqil ekspertlər İrəvanın və Rusiyanın bu mövqeyini necə şərh edər? Mövcud durumda hansı addımlar atıla bilər?

Politoloq Qafar Çaxmaqlının fikrincə, anklavlar məsələsi heç şübhəsiz ki, sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqların predmeti olacaq: “Demarkasiya və demilitasiya işi həyata keçirilərkən onlar müzakirə ediləcək. Ermənistan bu danışıqlardan öncə belə bir fikir yaratmağa çalışır ki, hər iki ölkənin anklavları var və bunlar bir-biri ilə dəyişdirilsin. Onlar Gədəbəy ərazisində olan Başkəndi digər anklavlarla əvəzləmək taktikası irəli sürürlər. Amma bu ərazilərin sahəsi eyni deyil. Qazağın 7 kəndi və Kərki kəndi Başkənd ərazisinə bərabər deyil. Həm də Başkənd sonradan Ermənistana verilmiş ərazidir. SSRİ vaxtı dərc olunmuş xəritələrdə də bu, yer alıb. İndi Qazax rayonuna aid anklav durumuna düşmüş həmin kəndlərimiz də vaxtilə anklav deyil, Azərbaycanın digər torpaqlarına bitişik olmuşdur. Ermənilər danışıqlar prosesində bunların ortaya çıxacağından ehtiyat edirlər. Bu gün etdikləri manipulyasiya da bununla bağlıdır”. Q.Çaxmaqlı hesab edir ki, Rusiya bu ərazilərə strateji nöqteyi-nəzərdən baxır: “Rusiya Bağanis-Ayrım istiqamətində qarnizon inşa etməklə üç respublikanın yolunu nəzarətə götürmək istəyir. Gürcüstanla bağlı Rusiyanın kommunikasiya xəttinə nəzarət əldə etmək istəməsi yeni deyil və Azərbaycan burada hər hansı hərbi qarnizonun olmasına etiraz etməlidir. Ruslar burada hər hansı iş görmək istəyirlərsə, Azərbaycanla razılaşdırmalıdrlar, Ermənistanla yox. Bu ərazilər Azərbaycana aiddir. Anklavlar məsələsi ayrıca 10 noyabr bəyanatında da yer alıb. Ermənistan Qazağın 7 kəndini və Kərki kəndini qaytarmalıdır”.

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, anklav ərazilərlə bağlı baş verənlər bir daha Ermənistanın bölgədə sülhün, əmin-amanlığının bərqərar olmasında o qədər də maraqlı olmamasını deməyə əsas verir: “Gah sülh danışıqları və sənədinin imzalanmasından danışan Paşinyan və komanda üzvləri, bir qədər sonra müxtəlif bəhanələrlə məsələni uzatmaq və öz pozuculuq siyasətlərini davam etdirirlər. Azərbaycandan daha çox özünün iqtisadi-siyasi vəziyyətini, hərbi potensialını normal bir duruma gətirməyə böyük ehtiyacı olan erməni tərəfi yenə aranı qatmaq, münaqişənin həllini uzatmaq üçün müxtəlif bəhanələr düşünür. Onsuz da gec-tez onlar Azərbaycan ərazilərini geri qaytarmaq zorunda olacaqlar. İndi anklav əraziləri guya ”ortalıqda sənəd yoxdur" bəhanəsi ilə geri qaytarmayacaqlarını bəyan etmələri bəsit və gülüncdür. Hər iki tərəfdən sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı işçi qrupları ciddi fəaliyyətə başladıqdan sonra özləri də əmin olacaqlar ki, onların nəzərdə tutduqları sənədlər də mövcuddur, xəritələr də. Ona görə də bəhanə axtarmaq, vaxt uzatmaq Ermənistanın ziyanınadır". O ki qaldı rusların icarəyə torpaq götürmək, hansısa hərbi obyekt, infrastruktur qurmaq kimi addımları, polkovnik bildirdi ki, bunun da perspektivi yoxdur: “Yaxın aylarda onların nə maddi, nə də hüquqi əsasları imkan verəcək ki, onlar o ərazilərdə duruş gətirə bilsinlər. Amma biz Azərbaycan tərəfi olaraq onlara diplomatik xətlər vasitəsilə başa salmalıyıq ki, bir qədər diqqətli və ehtiyatlı olsunlar. Azərbaycan sərhədlərinin 1 addımlığında Rusiyanın bu kimi işlərlə məşğul olması əslində yersizdir və bu faktın özü də bir daha sübut edir ki, Rusiya Ermənistan faktorundan bölgədə öz millitarist hərəkətlərini davam etdirmək üçün var gücü ilə çalışır. Bu isə o deməkdir ki, Cənubi Qafqazda separatizmin kökünü kəsmək, qonşu dövlətlərə qarşı ərazi iddiası üçün ermənilərə münbit şərait yaratmaq kimi xain xislətlərindən əl çəkmək fikirləri yoxdur. Amma son baş verən proseslər onu deməyə əsas verir ki, inşallah, yaxın dönəmdə çox şeylər dəyişəcək və biz bölgədə nəhayət ki, sabitliyə doğru addımların atılmasının şahidi olacağıq”.

Son günlər erməni mediası davamlı şəkildə Qazağın işğalda olan kəndləri və Sədərəyin 1990-cı ildən bəri zəbt olunmuş Kərkisindən reportajlar hazırlayır, oradakı azsaylı erməni əhalinin dilindən “ölərik, kəndi tərk etmərik”, kimi gülməli iddiaları tirajlayırlar. Unudurlar ki, Hadrutdan da çıxmaq istəmirdilər. Bu mənada Ermənistanın davranışları gərginliyi tətikləyir, bu dəfə iki dövlətin müəyyən olunmayan sərhədində...
“Yeni Müsavat”
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...