Erməni generalın müharibə sərsəmləməsi NƏ QƏDƏR CİDDİDİR? - dəyərləndirmə...
Hadise
Oxunub: 254
19 may 2022 | 17:25
Erməni generalın müharibə sərsəmləməsi NƏ QƏDƏR CİDDİDİR? - dəyərləndirmə...


“Azərbaycan 44 günlük müharibədə böyük itkilər verib, buna görə də Ermənistanla sülh müqaviləsi bağlamağa tələsir”. Haqqın.az-ın erməni KİV-ə istinadən yaydığı xəbərə görə, bu sərsəm açıqlamanı Ermənistan Silahlı Qüvvələrinin Hazırlıq Baş İdarəsinin sabiq rəisi, general-mayor Valerik Köçəryan verib. Onun sözlərinə görə, Ermənistan ordusu müharibədə uduzmayıb, yalnız ona verilən tapşırıqları yerinə yetirib.

“Sadəcə olaraq, qüvvələr qeyri-bərabər idi. Azərbaycan Türkiyədən ruhlandı və heç vaxt Ermənistan və ”artsax"a (Qarabağdakı qondarma rejim) qarşı tək döyüşə çıxmazdı", - deyə o qeyd edib.

Erməni general “Azərbaycan sülh sənədi imzalamağa niyə tələsir” sualını belə cavablandırıb: “Çünki bu barədə danışmasalar da, ağır itkilər veriblər. Azərbaycan ordumuzu yenidən qurmamışdan öncə sülh sazişi əldə etməyə tələsir, ancaq yaxşı bilirlər ki, ermənilər birləşəndə onlarla vuruşa bilməyəcəklər. Bu gün biz ölkəmizi və xalqımızı qorumaq ideyası ətrafında birləşmişik...”

Valerik Köçəryan yalnız o məsələdə haqlıdır ki, Azərbaycan həqiqətən də iki Qafqaz dövləti arasında tam hüquqlu sülhün əldə olunmasına yol açan sənədləri imzalamağa tələsir. Amma heç də itki verdiyinə görə yox, diqqəti dinc quruculuğa cəmləmək və gələcək iqtisadi inkişafı təmin etmək üçün. Həm də təkcə özünün deyil, qonşu Ermənistanın iqtisadiyyatı üçün. Amma belə görünür ki, general bədbəxt erməniləri yenidən müharibəyə həvəsləndirərək Ermənistanın dövlət olaraq varlığına nöqtə qoymaq istəyir. Dia.az-ın məlumatına görə, hərbi ekspert, polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a şərhində bildirdi ki, erməni general Valerik Köçəryanın verdiyi açıqlamalar erməni xalqını aldatmaqdır: “44 günlük müharibə 21-ci əsrin müasir müharibəsi idi və belə bir müharibədə Azərbaycanın itkiləri az olub. Erməni general bir hərbçi kimi hesablama aparır və görünür, heyrətə gəlir ki, bu cür müharibədə Azərbaycanın itkiləri nədən bu qədər az olub. Azərbaycan itkilərinin sayını gizlətmir, neçə nəfər şəhidimizin, neçə nəfər qazimizin olduğunu rəsmən açıqlamışıq. Erməni generallar bu qədər genişmiqyaslı müharibə ilə müqayisədə Azərbaycanın itkilərinin sayının az olmasını həzm edə bilmirlər. Ona görə də uydurma, əsassız, məntiqsiz açıqlamalar verirlər. Ermənistanla sülh müqaviləsini müharibədəki itkilərə bağlamağın özündə məntiq yoxdur. Sülh müqaviləsi hara, müharibədəki itkilər hara? Azərbaycan bütün qonşularla olduğu kimi Ermənistanla da normal qonşuluq siyasəti yürütmək istəyir. Bunun üçün isə sülh müqaviləsi bağlanmalıdır, Ermənistan bizim ərazi bütövlüyümüzü tanımalıdır, biz də onların ərazi bütövlüyünü tanımalıyıq. Hazırda isə nə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyr, nə də Azərbaycan Ermənistanın. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı hətta dedi ki, əgər Ermənistan sülh sazişini yaxın zamanlarda bağlamasa, onda biz də onların ərazi bütövlüyünü tanımayacağıq və bundan irəli gələn nəticələr çıxarılacaq, tədbirlər görüləcək”.

Hərbi ekspert qeyd etdi ki, erməni general Ermənistan ordusunun darmadağın edildiyini və hələ də ağır vəziyyətdə, ruh düşkünlüyü sindromu yaşadığını qəsdən gizlədir. Azərbaycan Ordusunun isə qalib ordu kimi hansı gücə sahib olduğunu, müharibədən keçən müddət ərzində də gücləndiyini erməni general qəsdən dilinə gətirmir. Bununla da öz xalqını aldadır: “Azərbaycanın iqtisadiyyatı Ermənistanın iqtisadiyyatından dəfələrlə güclüdür. Ordunu inkişaf etdirmək üçün ölkənin iqtisadi potensialı olmalıdır. Təkcə dünya bazarında neftin qiymətinə nəzər salsaq, Azərbaycanın gəlirlərinin Ermənistanla müqayisədə ölçüyəgəlməz dərəcədə yüksək olduğu mənzərəsi ortaya çıxır. Bu amil də bizə imkan verir ki, ordumuzu müharibədən sonra keçən dövrdə də gücləndirək. Müharibədən sonrakı dövrdə Azərbaycan Ordusu yeni müasir silahlarla təmin olunub, xüsusi komando briqadaları yaradılıb, Türkiyə ordusu ilə çoxsaylı birgə hərbi təlimlər keçirilib, Azərbaycanın hərbi sənaye kompleksi daha da inkişaf edib və hətta 20-dən yuxarı ölkəyə silah satışını da həyata keçirir. Ermənistan ordusu isə bütün bu kimi imkanlardan məhrum vəziyyətdədir və toparlana bilmir”.

Ş.Ramaldanovun sözlərinə görə, generalın erməni xalqının birləşdiyi barədə dedikləri isə tamamilə gülüncdür və erməni xalqını ələ salmaqdır: “Erməni general iddia edir ki, erməni xalqı birləşir. Bu iddia tamamilə gülüncdür. Bu gün Ermənistan daxilində xaos hökm sürür, az qala vətəndaş müharibəsi vəziyyətinə yaxın qarşıdurma hökm sürür, xalq parçalanıb. Belə bir reallıq ortada ola-ola erməni generalın ”bu gün biz ölkəmizi və xalqımızı qorumaq ideyası ətrafında birləşmişik..." bəyanatı gülüncdür və əslində erməni xalqını ələ salmaqdır. Küçələrdə bir-birini qırırlar, bu general “birləşmişik” deyir. Ermənistan dövlətini və xalqını elə bu cür mafioz generallar və siyasətçilər gətirib acınacaqlı aqibətlə üz-üzə qoyublar və hələ də qoymağa çalışırlar. Deyəsən, Azərbaycanın növbəti “Dəmir yumruğu” yenidən başlarına endirməsini istəyirlər. Bu dəfə endirilsə, artıq Ermənistan dövləti bir daha özünü düzəldə bilməyəcək. Sülh müqaviləsi Ermənistana daha çox lazımdır, nəinki Azərbaycana. Azərbaycan onsuz da öz qarşısına qoyduğu hədəflərə çatıb və çatır".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Ermənistanın bacarıqsız generalları məğlubiyyətlərini ört-basdır etməyə, hansısa formada özlərinə bəraət qazandırmağa çalışırlar. Əslində düzgün olardı ki, məğlubiyyətlərini etiraf etsinlər, səbəblərini araşdırsinlar, adekvat nəticələr çıxarsınlar. O halda onlar gələcəyə ümid edə bilərdilər. Normal ölkələr belə edərdi. Amma bunlar hələ də ayıq başla nəsə düşünməyə, düzgün yol tutmağa qadir deyillər: “Azərbaycan sülh müqaviləsinin bağlanmasını ona görə istəyir ki, qələbəsini rəsmi qaydada təsbit etsin, sonra rahat şəkildə digər işləri ilə məşğul olsun. Bunu Ermənistan da istəməlidir. Bu, onların maraqlarına daha çox cavab verir. Onlar Azərbaycanın güclü olduğunu, məhz bu gücünə görə qalib gəldiyini qəbul etməlidirlər. Bütün dünya da gördü ki, Azərbaycan müharibə qaydalarına əməl etməklə, ləyaqət və humanistlik prinsiplərini gözləməklə, dinc əhaliyə demək olar heç bir zərər yetirmədən, mülki obyektlərə zərər vurmadan qalib gəldi. Ermənistan indən sonra ordusunu heç bir halda bərpa edə bilməyəcək, bunun üçün külli miqdarda vəsait tələb olunur, o da onlarda yoxdur, yaxın vaxtlarda olacağına da ümid azdır. Ermənistanda mənəvi-psixoloji mühit də yeni ordunun yaradılmasına imkan vermir. Tam demoralizə olunmuş bir ölkədə hansısa yeni ordudan danışmaq gülüncdür. Ermənistanda hər hansı siyasi qüvvənin bu yöndə aydın proqramı da yoxdur. Hakimiyyətdə olan Paşinyan reallığı az-çox başa düşür, reallıqla hesablaşmağa çalışır, amma hərəkətlərində ardıcıl deyil, Qərblə Rusiyanın arasında manevr etməyə cəhd göstərir. Amma bu balaca dövlətin kiçik siyasi qüvvəsinin manevr imkanları yox dərəcəsindədir”.

A.Nağının sözlərinə görə, Valerik Köçəryanın da təmsil olunduğu hakimiyyətə müxalif qüvvələrin isə ümumiyyətlə, heç bir aydın xətti yoxdur. Onlar daha çox “hakimiyyətə gələk , sonrasına baxarıq” prinsipi ilə hərəkət edirlər: “Onlar revanşist mövqedədirlər, amma onların revanşızmi, Azərbaycandan daha çox Paşinyan hakimiyyətinə qarşı yönəlib. Hakimiyyətə gəlib Paşinyandan qisas almaq istəyirlər. Onların müharibə çağırışları populist xarakter daşıyır. Gözəl bilirlər ki, yaxın bir neçə il ərzində Azərbaycanla müharibə etmək gücündə olmayacaqlar. Onların hərəkət və çıxışlarında məntiq və ya məqsəd axtarmağına da dəyməz. Bu qədər hay-küylərinin isə yalnız balaca bir məqsədi var ki, regionda müəyyən bir mövcudluqlarını qoruyub saxlasınlar. Buna da Rusiyanın köməyi ilə nail olmağa çalışırlar. Rusiyanın burada da Gürcüstan və Ukrayna ssenarisi ilə gedəcəyinə ümid edirlər. Amma başa düşmürlər ki, Rusiya Türkiyə-Azərbaycan tandemi qarşısında bu addıma risk edə bilməz. Əlbəttə, biz də arxayınlaşıb otura bilmərik. Regionda istədiyimiz proseslər başlayıb və çox irəliyə gedib. Amma proseslərin tam geriyədönməz hala gəlməsi üçün bəzi nöqtələr də qoyulmalıdır. Hadisələr də o istiqamətdə gedir”.
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər