Ermənistan vəziyyəti gərginləşdirir: müharibə yenidən başlaya bilər - Başqa yolu YOXDUR!
Hadise
Oxunub: 275
19 may 2022 | 19:19
Ermənistan vəziyyəti gərginləşdirir: müharibə yenidən başlaya bilər - Başqa yolu YOXDUR!


“Mən narahatam ki, Azərbaycan-Ermənistan müharibəsi yenidən başlasın. Proses az qala buna doğru gedir. Səbəb də Ermənistandır. Nikol Paşinyanda iradə yoxdur ki, sülh müqaviləsi imzalasın, İrəvandakı revanşistlər isə sakitləşmirlər. Mənim fikrimcə, bu, əslində Ermənistan-Azərbaycan müharibəsinin anonsu deməkdir”. DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a professor Rüstəm Məmmədov Ermənistanın son təxribatlarını şərh edərkən deyib.

Professor hesab edir ki, Ermənistan-Azərbaycan arasındakı görüşlər əslində çətin dialoqdur: “Bu görüşlər heç zaman ciddi olmayıb. Çünki Ermənistan tərəfi ciddi mövqe tutmur. Daha çox öz maraqlarını hər şeydən üstün tutur, hətta bunu reallaşdırmaq mümkün olmasa belə. Baxın, onlar əvvəl demişdilər ki, Azərbaycanla danışıqlara, sülh müqaviləsi imzalamağa hazırıq. Amma Ermənistanda baş verən etiraz aksiyaları onu göstərir ki, ya Ermənistanda inqilab olmalı, vətəndaş müharibəsi başlamalıdır, ya da onlar bizi müharibəyə təhrik edəcəklər. Mən prosesləri bu cür görürəm. Hesab edirəm ki, Ermənistan tərəfi sülh sazişi imzalamaqdan uzaqdır. Onlar sadəcə, vaxtı uzadırlar”.

R. Məmmədov keçirilməsi ehtimal olunan İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin görüşündən da danışıb:

“Müharibə bitdikdən sonra Azərbaycan tərəfi ortaya qəti mövqe qoyub, regionda sülhün yaranması və əməkdaşlığın başlanmasının alternativi olmadığını elan edib, bu istiqamətdə işləyir. Hazırda Rusiyanın başı Ukraynaya qarışıb. Mən bilmirəm ki, Moskva görüşündə nəsə ola bilər. Hadisələr göstərir ki, Nikol Paşinyanın yaxasını ölkəsində rahat buraxmırlar. O da sülh və danışıqlar mövzusuna ehtiyatla yanaşır. Ola bilsin ki, sülhə doğru gedəcəyi təqdirdə cəmiyyətin narazılığı ilə qarşılaşacağını güman edir. Amma həm də zamanla Paşinyan da zəifləyəcək. İndi hiss olunur ki, Paşinyanın sözünün bir qəpik qiyməti yoxdur. Onun gücü də zəifləyir. Qorxur ki, sülhə getsə, erməni cəmiyyəti ona qarşı çıxar. Amma sülhə getməməklə ölkəsini faciəyə doğru aparır”.
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest