“12-ci İmam”dan 420 min manata cənnətdə torpaq aldığını deyən şəxslə bağlı daha bir QALMAQAL - TƏFƏRRÜAT
Hadise
Oxunub: 267
18 may 2022 | 18:20
“12-ci İmam”dan 420 min manata cənnətdə torpaq aldığını deyən şəxslə bağlı daha bir QALMAQAL - TƏFƏRRÜAT


Özünü 12-ci İmam Mehdi kimi təqdim etməklə, insanları aldadıb, onların külli miqdarda pulunu, əmlakını ələ keçirməkdə ittiham olunan Aqil Babayevin həbsindən 1 ilə yaxın vaxt keçsə də, istintaq yekunlaşmayıb. Əksinə, bu işlə bağlı daha bir qalmaqal yaşanıb.

Qarabağ qazisi olduğunu deyən Ceyhun Məhərrəmov iddia edir ki, bu cinayət işi üzrə şahid qismində dindirilərkən istintaqa ifadəsində düzünü dediyinə görə təzyiqlərə məruz qalır. Onun sözlərinə görə, mayın 3-də yaşadığı evin girişində bir qrup şəxs ona hücum edib. Ceyhun Məhərrəmov bildirib ki, onu döyənlər arasında Abdullayev qardaşları da olub.

Bu qardaşlardan biri – Faiq Abdullayev Aqil Babayevin işi üzrə zərərçəkmiş qismində tanınıb. Aqil Babayev həbs olunarkən Daxili İşlər Nazirliyinin yaydığı videogörüntülərdə Faiq Abdullayevin dedikləri də yer almışdı. O iddia edirdi ki, Aqil Babayevin 12-ci İmam Mehdi olduğuna inanıb və “cənnətdə yer almaq üçün” ona 420 min manat pul verib:

“Mənə demişdi ki, axirətdə yerin yaxşı olacaq. Xırda-xırda verdiyim pullar 420 min manata gəlib çıxdı…”

Bu görüntülər yayılandan sonra Aqil Babayevin ailə üzvləri onun haqqında deyilənləri Meydan TV-yə təkzib etdi. Onun özünü “zühur etmiş 12-ci imam kimi təqdim edərək, insanları aldatması, onların pulunu əllərindən alması” haqda iddiaları absurd adlandırdılar. Bildirdilər ki, Aqil Babayev “Shaurma N1” restoranlar şəbəkəsinin sahiblərindən biridir. Onun pulunu, biznesini əlindən almaq üçün bu cür absurd ittiham uydurub, həbs ediblər.

İstintaqa ifadəsində həqiqəti danışdığına görə təzyiqə məruz qaldığını deyən Ceyhun Məhərrəmov bu iş üzrə şahid qismində dindirilməsinin səbəbi var. Məsələ burasındadır ki, “Şaurma N1″ restoranının VÖEN-i və patent hüququ məhz Ceyhun Məhərrəmovun adına olub.

Ceyhun Məhərrəmov deyir ki, “Shaurma N1”in şərikləri Natiq Sadıqov və Aqil Babayev olub. Onun sözlərinə görə, Aqil Babayevin işi üzrə zərərçəkmiş qismində tanınan, “İmam Mehdi” qismində ona pul verdiyini iddia edən bəzi zərərçəkmişlər ondan ifadəsini geri götürməsini tələb edirlər. Öncə bundan ötrü ona pul təklif ediblər. Dediyinə görə, razılaşmayıb və növbəti dəfə onu döyüblər, təhqir ediblər.

Ceyhun Məhərrəmov hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə müraciət edib. Hazırda Xətai rayonu, 36-cı polis bölməsində araşdırma aparılır.

“Buna baxmayaraq, qarşı tərəf yenə sakitləşmir, Aqil Babayevin işiylə bağlı düzünü danışan başqa şəxslərə də təhqir və təhdidləri davam etdirirlər”, – Ceyhun Məhərrəmov bildirib.

“Cənnətdən 420 min manata torpaq aldığını” iddia edən Faiq Abdullayev bir müddət əvvəl də başqa bir hadisə ilə əlaqədar məsuliyyətə cəlb edilib. Zhang Xiaojuan, Vüsalə Bəhmənova və başqaları ondan şikayət edib ki, bu şəxs tərəfindən təhdid və təhqirlərə məruz qalırlar. 54 yaşlı Faiq Abdullayev haqqında cinayət işi başlanmasa da, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə məsuliyyətə cəlb edilib.

Abdullayev qardaşları da mayın 3-də baş vermiş hadisə ilə əlaqədar Ceyhun Məhərrəmovdan polisə şikayət edib. Onlar deyir ki, Ramazan bayramı münasibətilə açılan süfrə arxasında əyləşdikləri vaxt bu qalmaqal baş verib.

“Ceyhun gəlib söyüş söydü, nəticədə dava düşdü. Onun özü mənə xəsarət yetirib”, – Faiq Abdullayev bildirib. //meydan.tv//
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO