Ermənistan 8 kəndin əvəzinə Azərbaycandan ərazi istəyir - NƏ ETMƏLİ?
Hadise
Oxunub: 413
13 may 2022 | 16:53
Ermənistan 8 kəndin əvəzinə Azərbaycandan ərazi istəyir - NƏ ETMƏLİ?


Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun Azərbaycanın işğal altında olan anklav kəndlərinin azad ediləcəyi ilə bağlı açıqlamasına Ermənistan tərəfi cavab verib.

Ermənistanın xüsusi səlahiyyətli səfiri Edmon Marukyan Qazax rayonunun yeddi kəndini və Sədərək rayonunun Kərki kəndini Azərbaycana qaytarılması məsələsinə sərhədlərin delimitasiyası prosesi çərçivəsində baxılacağı barədə fikri bölüşüb. Lakin Edmon Marukyanın açıqlaması göstərir ki, Ermənistan anklav kəndləri Azərbaycana ərazi mübadiləsi şərti ilə qaytarmaq niyyətindədir.

Qeyd edək ki, Xələf Xələfov Qazax rayonunun 7 kəndinin (Yuxarı Əskipara, Aşağı Əskipara, Bağanıs Ayrım, Qızıl Hacılı, Sofulu, Barxudarlı, Xeyrimli) və Kərki ilə bağlı məsələnin delimitasiya prosesi çərçivəsində həllini tapmalı olduğunu deyib. “Ermənistan heç vaxt bəyan edə bilməz ki, bu ərazilər Azərbaycan ərazisi deyil. Bu ərazilər Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycanın tərkibinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq. Bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi müzakirə olunub öz həllini tapacaq”,-xarici işlər nazirinin müavini belə deyib.

Ancaq Edmon Marukyan adıçəkilən kəndlərin qaytarılmasına münasibət bildirərkən Azərbaycana ərazi iddiası irəli sürüb: “İndiki məqamda Ermənistan ərazisində nə vaxtsa Azərbaycan anklavlarının de-yure mövcud olması barədə bizim heç bir hüquqi əsasımız yoxdur. Əksinə, “Artsvaşen” (Başkənd-red.) kəndinin Ermənistana məxsus olması üçün hüquqi əsaslarımız var”.

Bundan başqa, xüsusi səlahiyyətli səfir bildirib ki, ötən ilin may ayında Azərbaycan ordusunun nəzarətinə keçmiş Zod-Xəzinavar ərazisi Ermənistana məxsusdur. O, əlavə edib ki, bu məsələlər sərhədlərin delimitasiyası və demarkasiyası çərçivəsində həll olunmalıdır. Marukyanın açıqlaması göstərir ki, rəsmi İrəvan işğalda saxladığı kəndlərdən qoşunlarını çıxartmaq üçün Gədəbəy rayonunun Başkənd kəndinin və Qaragöl dağının yerləşdiyi və dəniz səviyyəsindən 2700 metr hündürlüyə malik strateji əhəmiyyətli Böyük İşıqlı (Zod-Xəzinavar) yüksəkliyinin Ermənistana verilməsini istəyir.

Əks təqdirdə, Ermənistan həmin kəndləri Azərbaycana qaytarmaq fikrində deyil. Son günlər Ermənistan mediasında sözügedən 8 kəndin “tarixi erməni torpaqları” olması barədə təbliğatın artması Azərbaycana təzyiq cəhdi kimi qiymətləndirilə bilər. Xüsusilə də Kərkinin “qədim Ermənistan ərazisi” olduğuna dair saxta xəritələrin yayılması, “Daşnaksütyun” fəallarının kənddə etiraz aksiyası keçirməsi ermənilərin bu anklavı Başkəndə dəyişmək niyyəti haqda məlumatların doğru olduğunu göstərir.

Qeyd edək ki, Azərbaycanla Ermənustan arasında delimitasiya və demarkasiya prosesinin məhz işğal altındakı kəndlərdən başlayacağı gözlənilir. Anklavların Ermənistan ordusunun nəzarətində qalması münaqişə mənbəyi kimi delimitasiya prosesini və sülhə nail olunmasını ləngidə bilər. Ancaq görünür, işğal altındakı kəndlərin qaytarılması məsələsinin delimitasiya prosesinin tərkib hissəsi götürülməsi barədə razılaşma Azərbaycan üçün əlavə problem yaratmağa başlayır.

Çünki həmin kəndlər konkret olaraq işğal edilmiş ərazilərdir. Ona görə də sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqların nəticəsini gözləmədən Azərbaycan tərəfi Ermənistan qoşunlarının həmin kəndlərdən qeyd-şərtsiz çıxarılması tələbini irəli sürməlidir. Əgər Ermənistan sözügedən əraziləri qaytarmasa, o zaman Azərbaycan həm Kərki, həm də Qazax rayonunun kəndlərini güc yolu ilə azad etmək hüququndan istifadə edə bilər. Beynəlxalq təcrübə göstərir ki, dövlətlər arasında sərhədlərin delimitasiyası və demarkasiyası bəzən on illərlə davam edir. Bu məntiqlə Azərbaycan kəndləri uzun illər işğal altında qala bilər. Ona görə də Azərbaycan tərəfi anklavlar məsələsini sərhədlərin müəyyənləşməsi prosesindən ayırmalı və Ermənistandan işğal etdiyi ərazilərdən çıxmağı tələb etməlidir. Çünki sərhəd xəttinin çəkilməsi bir çox hallarda mübahisəli ərazi kimi müzakirə predmeti olur. Lakin sözügedən səkkiz kənd işğal olunmuş ərazilərdir. Həmin kəndlərin delimitasiya prosesinin tərkib hissəsi kimi götürülməsi bu əraziləri mübahisələndirə bilər. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bu il martın 14-də Ermənistana təqdim etdiyi beş bənddən ibarət sülh sazişi layihəsində həm anklavların qaytarılması, həm də sərhədlərin 1970-ci il xəritəsi əsasında aparılması təklif olunmuşdu. Yəni 1970-ci il xəritələri tətbiq olunarsa, Azərbaycan Qazax, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Naxçıvan MR-nın Ermənistana verilmiş minlərlə hektar torpaq sahəsini qaytara bilər.

Məsələn, 1984-cü ildə Qazax rayonunun 1675 hektar torpaq sahəsi qanunsuz olaraq Ermənistana verilib. Yaxud 1984-cü ildə Qartagöl gölünün 76 faiz suvarma sahəsi Laçın rayonundan alınaraq Ermənistanın inzibati-ərazi vahidinə daxil edilib. Delimitasiya zamanı bu torpaqların Azərbaycana qaytarılması müzakirə mövzusu ola bilər.

Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında bu il aprelin 6-da Brüsseldə keçirilmiş görüşdən sonra Nikol Paşinyan rəsmi Bakının təqdim etdiyi sülh gündəliyinə razılıq versə də, razılaşmada anklavların qaytarılmasından danışılmır. Eləcə də 1970-ci il xəritəsindən söhbət getmir. Bu isə Ermənistanın işğal altındakı kəndləri qaytarmaq istəmədiyindən xəbər verir. Edmon Marukyanın açıqlaması isə Ermənistanın Azərbaycanla ərazi mübadiləsi iddiasında olduğunu göstərir. Eyni zamanda, Birgə Sərhəd Komissiyasının hələ fəaliyyətə başlamaması bu prosesin uzanacağından xəbər verir. Ancaq Ermənistan kapitulyasiya sənədinə imza atmış məğlub tərəf olduğundan, Azərbaycana ərazi iddiası şərti irəli sürə bilməz.

İkincisi, Başkənd 1920-ci ilə qədər Azərbaycanın ərazisi olub və Sovet hakimiyyəti qurulduqdan sonra qanunsuz olaraq bolşevik Rusiyası tərəfindən alınaraq Ermənistana verilib. Yəni adıçəkilən kənd tarixi Azərbaycan torpağıdır. Böyük İşıqlı yüksəkliyinin Ermənistana məxsus olması barədə isə heç bir fakt mövcud deyil.
Cebhe.info
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Dünən, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Dünən, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Dünən, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Dünən, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Dünən, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Dünən, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Dünən, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Dünən, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Dünən, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Dünən, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Dünən, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
28-04-2024, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü