Azərbaycanda görünməmiş fırıldaq: bizi kartlarla soyurlar
Hadise
Oxunub: 926
25 noy 2015 | 13:08
Azərbaycanda görünməmiş fırıldaq: bizi kartlarla soyurlar











«Təəsüf ki, bu gün əksər banklar istehlak krediti sahəsində vətəndaşı qorumur»

Bunu Vergilər qəzetinə açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, kredit kartlarını alarkən vətəndaşlar bəzən kredit müqavilələrini oxumadan imzalayırlar və onun istifadəsinə, demək olar ki, nəzarət etmirlər:

«Bundan istifadə edən bəzi banklar vətəndaşla kredit müqaviləsini bağlayarkən öz xeyrinə istədiyi şərti daxil edir. Təəssüf ki, bu gün əksər banklar istehlak krediti sahəsində vətəndaşı qorumur. Mülki Məcəllənin 741-ci maddəsinə görə, kredit üzrə faizlər ildə bir dəfə tutulmalıdır. Praktikada isə görürük ki, banklarımızın, demək olar ki, hamısı bağladıqları müqavilədə ayda bir dəfə faiz hesablandığını qeyd edirlər. Vətəndaşın hər ay banka ödədiyi pul əsas məbləğdən çıxılmalıdır, faiz isə ilin sonunda qalan məbləğdən tutulmalıdır. Mülki Məcəlləyə görə, Azərbaycan vətəndaşı bağladığı istənilən əqd üzrə ödənişi vaxtından əvvəl edə bilər və bu, nəzərə alınmalıdır. Amma bəzi banklar vətəndaŞ vaxtından əvvəl kreditin hər hansı məbləğini ödəyəndə onu cari hesabın məbləğində saxlayır, gələn aya aid edirlər. Təbii ki, bu, sırf qanun pozuntusudur».

Hüquqşunas daha sonra əlavə edib ki, Mərkəzi Bankın banklarda korporativ idarəetmə standartlarının tətbiqi qaydaları var. Həmin qaydalara görə, hər bir bank ən azı rübdə bir dəfə öz maliyyə hesabatını internet saytında yerləşdirməlidir. Bundan başqa, təəsüfdoğurucu haldır ki, Azərbaycanda fəaliyyət göstərən bankların böyük əksəriyyəti maliyyə hesabatını açıqlamır.

Əkrəm Həsənov vətəndaşların kredit kartından düzgün istifadə etmələri üçün tövsiyə edir ki, kreditə həqiqətən ehtiyac olmasını yaxşı-yaxşı ölçüb-biçmək lazımdır. Kredit kartından istifadə edərkən ödənişləri POS-terminal vasitəsilə etmək daha əlverişlidir. Bu zaman, sadəcə, kreditdən istifadə dövrü üçün faizlər gəlir.

«Mərkəzi Bana Banklar və maliyyə təşkilatları tərəfindən müştərilərə müqavilə əsasında təklif edilən kredit kartı POS-terminal quraşdırılmış alqı-satqı məntəqələrində ödənişi asanlaşdıran və nağd ödənişə alternativ ödəmə vasitəsidir.

Bank mütəxəssisi Natiq Bədəlov isə hesab edir ki, kredit kartlarının həyatımızda önəmli rolu vardır:

«Əksər kredit kartlarının debet funksiyası olduğuna görə, həmin kartlara müştəri öz şəxsi pullarını daxil edə bilər. Kredit kartlarının bəzilərinin taksit funksiyası alınmış malın dəyərini 6-9-12 aya ödəmək imkanı verir. Bu kartlar, həmçinin, ATM və mobil bankinq vasitəsi ilə «cash by code» funksiyasında ölkədaxili istənilən şəxsə pul köçürməyə imkan verir. Hazırda ölkəmizdə təmassız kredit kartlarının tətbiqinə başlanılıb. Ən önəmli məsələlərdən biri də budur ki, belə kartlardan xarici ölkələrdə də istifadə etmək mümkündür. Bu zaman sifariş verərkən kartı təqdim edən bankın hansı xarici ölkələrdəki banklarla əlaqəsinin olmasını öyrənmək, kartı əldə edərkən illik xidmət haqqı, nağdlaşdırma komissiyası, güzəşt müddətinin olması, kartın statusu, illik fazi dərəcəsi ilə maraqlanmaq lazımdır» — deyə o bildirib.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu