Erməniləri masaya gətirmək üçün Qarabağda yeni əməliyyatın vaxtı çatıb... - Başqa yolu YOXDUR!
Hadise
Oxunub: 296
11 may 2022 | 18:20
Erməniləri masaya gətirmək üçün Qarabağda yeni əməliyyatın vaxtı çatıb... - Başqa yolu YOXDUR!


"Brüssel görüşündən sonra belə qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verib".

Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O deyib ki, hazırda bu istiqamətdə səylər davam etdirilir: "Sülh danışıqları Azərbaycanının 5 maddəlik təklifi əsasında aparılacaq".

Qeyd edək ki, 6 apreldə Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Paşinyanın Brüssel səfərindən sonra səsləndirdiyi etiraflar və sülh müqaviləsi ilə bağlı fikirlərindən sonra Ermənistanda ciddi etirazlar başladı.

Maraqlı məqam isə budur ki, Nikol Paşinyan Brüssel görüşünün ardından 19 apreldə də Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putin ilə görüşdü. Ermənistanın Baş nazirinin Moskva səfərində sülh prosesi ilə bağlı detalları açıqlaması isə İrəvandakı etirazların miqyasının genişlənməsinə səbəb oldu. Etirazçılar Paşinyanın istefa verməyini tələb edərək yürüşlər keçirdilər.

Hətta son günlərdə Baş naziri ölümlə belə hədələməyə başladılar. Həqiqətən hazırda Ermənistandakı bu qədər xaosa rəğmən sülh danışıqları istənilən səviyyədə davam edirmi? Dia.az-ın məlumatına görə, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasında, o cümlədən delimatasiya və demarkasiya problemlərinin həllində maraqlı deyil:

“Paşinyanın Brüssel səfərindən sonra ona qarşı etiraz aksiyaları başladı, Moskva səfərindən sonra isə həmin etirazlar xüsusi vüsət aldı. Üstəlik, etiraz aksiyalarını təşkil edənlər Rusiyaya yaxın olan sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan idi. Nəzərə alaq ki, daha sonra Brüselldə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirildi. Ondan sonra rəsmi İrəvan “5+6” təklifi ilə prosesin həllinə hazır olduqlarını açıqladı. Lakin Ermənistanla danışıq dili ilə danışmaq olmur, çünki onlar illərlə məsələni uzatmaq istəyirlər. Paşinyana da prosesləri uzatmaq sərf edir. Bunun üçün də əlavə təkliflər verirlər, amma qəbul olunmuş 5 təklif var. Hesab edirəm ki, Ermənistanın hansı şəraitdə olmasından asılı olmayaraq, danışıqlar əməli fəaliyyətə keçməlidir. Amma təəssüflər olsun ki, bu baş vermir”.

Partiya sədri Ermənistanda hakimiyyət dəyişikliyi olacağına inanmır:

“Çünki erməni cəmiyyəti Köçəryan-Sarkisyan duetinə dəstək vermir. Hətta etiraz aksiyalarına təqribən 10 min adam çıxır, onların da xeyli hissəsi pul alaraq ora gəliblər. Üstəlik, Köçəryan-Sarkisyan cütlüyü hakimiyyətə gəlsə, müharibə başlayacaq və Ermənistan dövlətinin sonu olacaq”.

Elşad Musayevin sözlərinə görə, Nikol Paşinyan sadəcə öz vəzifə müddətini uzatmağa çalışır:

“Paşinyan qəti qərar verməlidir- ya Azərbaycanla sülh prosesi istiqamətində əməli addım atmalıdır, ya da Azərbaycan öz gücünü göstərəcək. Azərbaycan Ermənistana konkret vaxt verməlidir. Vaxt bitəndə şərtlər yerinə yetirilmədiyi halda isə sərt tədbirlər görülməlidir. Artıq Qarabağda antiterror əməliyyatına başlamağımızın vaxtı çatır. Düşünürəm ki, Azərbaycan Ordusu gücünü göstərməsə, erməniləri danışıqlar masasına gətirə bilməyəcəyik. Reallıq bundan ibarətdir”.
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh