Körpəsini itirən ata həkimləri ittiham edir: "Başqa uşaqlar da ölməsin" - RƏSMİ AÇIQLAMA
Hadise
Oxunub: 416
4 may 2022 | 12:57
Körpəsini itirən ata həkimləri ittiham edir: "Başqa uşaqlar da ölməsin" - RƏSMİ AÇIQLAMA


Şəki rayon Qoxmuq kənd sakini Səmədov Aftandil Əlosət oğlu ana bətnindəki 6 aylıq körpəsinin həkim səhlənkarlığı ucbatından itirildiyini iddia edir.

Ölkə.Az-a müraciət edən A.Səmədov deyib ki, hadisə bu il fevralın 26-da baş verib. O bildirib ki, 25.02.2022-ci il tarixində hamiləliyinin 6-cı ayında olan həyat yoldaşı Səmədova Dilarə Dursun qızı müayinədən keçib və uşağın tam sağlam olması və inkişanın normal qaydada getməsi barədə onlara sənədlər təqdim edilib. A.Səmədovun iddiasına görə bir gün sonra, 26.02.2022-ci il tarixində həkimlər Hacıyeva Nəzakət və Cəfərova Gülnar Şəki rayon doğum evində D.Səmədovanı müayinə edərkən körpənin itirilməsinə səbəb olub.

"Övladımın ölümünə görə, Şəki Rayon doğum evində çalışan həkimlər Nəzakət Hacıyev, Gülnar Cəfərova və baş həkim Ruziyə Hüseynovadan şikayətçiyəm. Həkimlərdən körpəmizin ölüsünü istəsək də, "o nə idi ki balaca bir şey idi" deyərək bizə göstərmədilər və verməkdən imtina etdilər. Həkim dedi ki, ölən körpəni zibilliyə atıblar. Körpə axı əşya deyil, necə yəni zibilliyə atıblar?!

İşin araşdırılması üçün müvafiq sənədləri Şəki rayon prokurorluğuna təqdim etmişik. Bizə dedilər ki, işə baxılıb rəy veriləcək və daha sonra bizə məlumat veriləcək. 2 ay keçməsinə baxmayaq heç bir məlumat yoxdur.

Baş həkim R.Hüseynovanın günahın oradakı həkimlərdə olduğunu etiraf etməsinə baxmayaraq deyir ki, get kimə istəyirsən şikayət et. Bildiyim qədərilə daha əvvəl R.Hüseynovanın məsuliyyətsizliyi ucbatından da bənzər hadisə baş verdiyi üçün o işindən uzaqlaşdırılıb. Sonradan yenidən Şəki rayon doğum evində işləməyə başlayıb. Mən istəmirəm ki, başqa körpələr də ölsün, mənim yaşadığımı başqa valideynlər də yaşasın".

A.Səmədov övlad sahibi olmaq üçün bu illər ərzində ümilikdə 24-25 min manat aralığında xərc çəkdiyini deyib. Şikayətçi həm maddi təzminat, həm də təqsirkar şəxslərin cəzalandırılması üçün müvafiq yerlərə müraciət edəcəyini bildirib.

Mövqeyini öyrənmək üçün Şəki rayon doğum evinin baş həkimi R.Hüseynova müraciət etsək də, danışmaq istəmədi:

"Məsələ araşdırılır. Artıq izahatlar verilib. Məlumatı prokurorluqdan alın", - deyə o söyləyib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Şəki rayon prokurorluğunda araşdırma aparılmaqla müvafiq izahatlar alınıb, ekspertizalar təyin edilib:

"Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcək" - məlumatda qeyd edilib.

Körpəsini itirən ata həkimləri ittiham edir: "Başqa uşaqlar da ölməsin" - RƏSMİ AÇIQLAMAKörpəsini itirən ata həkimləri ittiham edir: "Başqa uşaqlar da ölməsin" - RƏSMİ AÇIQLAMAKörpəsini itirən ata həkimləri ittiham edir: "Başqa uşaqlar da ölməsin" - RƏSMİ AÇIQLAMAKörpəsini itirən ata həkimləri ittiham edir: "Başqa uşaqlar da ölməsin" - RƏSMİ AÇIQLAMAKörpəsini itirən ata həkimləri ittiham edir: "Başqa uşaqlar da ölməsin" - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib