16 yaşlı qızla intim əlaqədə oldu, şərti cəza aldı - Bakıda
Hadise
Oxunub: 3 353
24 noy 2015 | 17:45
16 yaşlı qızla intim əlaqədə oldu, şərti cəza aldı - Bakıda








Bakının Yasamal rayonunda 16 yaşlı qız təcavüzə məruz qalıb

Ordubad rayon sakini, 1986-cı il təvəllüdlü Seymur Əliyev (cinayət işi üzrə adı keçən həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmişin ad və soyadları şərti göstərilib-red.) 7 sentyabr 2014-cü il tarixdə 1999-cu il təvəllüdlü Samirə ilə cinsi əlaqədə olub. Hadisə həmin tarixdə, saat 01.00-da Yasamal rayonu, Şərifzadə küçəsi, 92 "a" nömrəli yaşayış binasının birinci mərtəbəsində yerləşən və Seymurun günəmuzd işləyib gecələdiyi idman-məşq zalında baş verib.

16 yaşlı qıza təcavüz

Seymur Əliyev ertəsi gün də Samirə ilə yenidən başqa bir yerdə görüşüb. O, qızı gecələr qaldığı idman zalına gətirib və gecəni səhərə qədər Samirə ilə bir yerdə qalıblar. O, sonuncu dəfə 16 yaşlı qızla sentyabrın 8-də, saat 07.00 radələrində cinsi əlaqədə olub. Bu zaman Seymur 16 yaşlı qıza əxlaqsızlıq hərəkətlər etməyi təklif edib. Bundan əsəbləşən qız idman zalını tərk edib və birbaşa ərazi üzrə polis idarəsinə gedib. 16 yaşlı qız polis idarəsində Seymur tərəfindən zorlandığını bildirib və ondan şikayətçi olub. 16 yaşlı qızın şikayətindən sonra polis Seymur Əliyevi həbs edib.

Seymur həbs olunandan sonra onun başqa bir yetkinlik yaşına çatmayan qızla da cinsi əlaqədə olması üzə çıxıb. Seymur 2012-ci ilin sentyabrın 7-də, gecə saat 23.00-da Lamiyə ilə Şərifzadə küçəsi, 92"a" nömrəli yaşayış binasının yanında "Elnur" Mənzil-Tikinti Kooperativinə məxsus bir mərtəbəli tikilidə kooperativin komendantının iş otağında cinsi əlaqədə olub.

İki qızla cinsi əlaqədə oldu, şərti cəza aldı

Seymur Əliyev Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham edilib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Seymur Əliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək 1 il müddətinə şərti cəza alıb.

Hökmdən narazılıq

Hökmdən narazı qalan zərərçəkmişlərin nümayəndələri apelyasiya şikayəti verərək, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Tərəflərin şikayətləri araşdırılması üçün cinayət işi üzrə materiallar Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətləri hakim Vaqif Mursaqulovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hər iki qızla onların razılığı ilə intim əlaqədə olub. Onun sözlərinə görə, Samirə ilə məşq etdiyi idman zalının yaxınlığında tanış olub. Onun ifadəsinə görə, Samirənin razılığı ilə onunla cinsi əlaqədə olub.

Zərərçəkmiş tərəf şikayətini niyə geri götürüb?

Zərərçəkmiş Lamiyənin nümayəndəsi bildirib ki, birinci məhkəmə instansiyasının hökmü qanunsuz və əsassızdır. Onun sözlərinə görə, məhkəmə hökm çıxararkən sübut və dəlilləri, işin hallarını obyektiv olaraq axıradək araşdırmayıb: "Məhkəmə Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrini və iş üzrə keçən digər hüquq normalarını düzgün tövsif və tətbiq etməyib. Bütün bunlar da təqsirləndirilən şəxs barəsində kifayət qədər ədalətsiz və yüngül cəzanın verilməsinə səbəb olub".

Nümayəndənin sözlərinə görə, məhkəmə təqsirləndirilən şəxs barəsində olan ağırlaşdırıcı halları, ümumiyyətlə, nəzərə almayıb: "Bundan başqa, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxs olmasına baxmayaraq, məhkəmə iclasları açıq apararaq şəxsi və ailə sirrini təşkil edən məlumatların qorunması üçün tədbirlər görməyıb. Cinayət-Prosessual Məcəlləsinin 199.4-cü maddəsinə əsasən, şəxsi və ya ailə sirlərini açıqlayan sübutlar qapalı məhkəmə iclasında tədqiq edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152-ci maddəsinin sanksiyasında yalnız 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda, məhkəmə təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı heç bir əsas olmadan şərti hesab edib".

Məhkəmə araşdırması zaman zərərçəkmişlər apelyasiya şikayətlərini geri götürüblər. Bu səbəbdən apelyasiya şikayətinin baxılmasına xitam verilib.(teleqraf.com)
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu