Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?
Hadise
Oxunub: 399
21 apr 2022 | 19:49
Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?


Qarabağ ermənilərinin “lideri” Araik Arutyunyan bildirib ki, Paşinyan hakimiyyəti “artsax”ın təhlükəsizliyinə qarant rolunu oynamaqdan imtina edib: “Ona görə də öz müqəddəratını təyinetmə hüquqlarımız uğrunda özümüz sona qədər mübarizə aparmaq qərarına gəlmişik”.

Maraqlıdır ki, Qarabağdakı quldurbaşı Araik Arutyunyan “müdafiə nazirliyində” yüksək rütbəli komanda heyəti ilə görüşüb. Arutyunyan o qondarma toplantıda çox ilginc bir cümlə də işlədib.

Sitat: “Artsax prezidenti təhlükəsizlik məsələlərindən danışarkən bir daha bütün müdafiə proqramlarının Artsaxda yerləşən Rusiya sülhməramlı qüvvələrinin funksiyaları ilə əlaqələndirilməli olduğunu vurğulayıb”. Yəni qeyri-qanuni silahlı birləşmələr rusiyalı sülhməramlılarla əl-ələ verib ?’təhlükəsizliyi’’ təmin edəcəklər.

Bununla əslində Araik sülhməramlıların əsl qanunsuz fəaliyyətini ortaya çıxarır. Çünki 10 noyabr razılaşmasına görə, Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlıların erməni terrorçulara təhlükəsizlik mexanizmləri yaratmaq səlahiyyətləri yoxdur. Əslində onlar yalnız atəşkəs rejiminin qorunmasına nəzarət etməlidirlər. 10 noyabr razılaşmasında sülhməramlıların Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri ilə hər hansı bir əməkdaşlığı belə nəzərdə tutulmur. Halbuki bunlar indi birgə yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasından danışırlar.

Əlbəttə, Araik özbaşına bu fikri işlətməz. İlyarımda Rusiya komandanlığına kim gəlib-gedibsə, onlarla qol-boyun olub. Deməli, rusiyalılarla razılaşdırıblar ki, birgə xidmət etsinlər, erməniləri birgə qorusunlar. Amma 10 noyabr sənədində erməni əhalini qorumaq deyə bənd yoxdur. Sülhü qorumaq, asayişi qorumaq var.

Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? Rusiya buna gedərmi? Bu, növbəti dəfə Rusiya-Azərbaycan qarşıdurması yaratmaq cəhdi deyilmi?

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov hesab edir ki, separatçı rejimin bu fəaliyyəti birbaşa Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmağa yönəlib: “Araik uzun müddətdir ki, faktiki olaraq Azərbaycan və Ermənistan arasında aparılan danışıqlara zidd mövqe sərgiləyən bəyanatlarla çıxış edir. İndi Rusiya ilə birgə təhlükəsizlik mexanizmlərindən danışan Araik bir müddət əvvəl də ”müstəqilliyin" tanınması üçün mübarizə aparacaqlarını və ya Ermənistana birləşəcəkləri ilə bağlı açıqlamalar verib, eyni zamanda Rus “sülhməramlılarının” bölgədə davamlı olaraq qalmasının vacibliyini vurğulayıb. İndiki mərhələdə, yəni Azərbaycan və Ermənistanın sülh danışıqlarına başlamaqla bağlı razılığa gəldikləri və birgə Sərhəd Komissiyasının bu ayın sonuna qədər öz işinə başlamalı olduğu bir vaxtda separatçı rejimin yenidən bu cür mövqe sərgiləməsi isə faktiki olaraq danışıqlar prosesini pozmağa yönəlib.

Araik özünü, Qərbin, daha konkret desək, Avropa İttifaqının vasitəçiliyi ilə Paşinyanın apardığı danışıqlarda əldə edilən razılaşmaları qəbul etməyən tərəf kimi göstərərək Rusiyaya “biz səninləyik” mesajını verir. Əvəzində Rusiyadan hər cür dəstək alaraq sülh danışıqlarını olmaza sürükləyir. Digər bir ssenariyə görə isə separatçı rejim öz iddialarından əl çəkmir, sülh razılaşması və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı öhdəlik götürən Paşinyan isə bundan istifadə edərək “mən sülh istəyirəm, amma Qarabağ erməniləri təhlükəsizlik təminatları yoxdur deyə buna qarşıdırlar” deyib təzyiqlərdən yaxasını kənara çəkir və prosesi yenə olmaza sürükləyir.

Paşinyanın danışıqlar prosesində nə qədər səmimi olduğunu onun Putinlə görüşündən sonra sərgiləyəcəyi mövqe ilə müəyyən etmək olacaq. Əgər o münasibətlərin normallaşmasında həqiqətən səmimidirsə və Brüsseldə götürdüyü öhdəlikləri yerinə yetirəcəksə, o zaman Araikin və ya separatçı rejimin hər hansı digər bir nümayəndəsinin nə deməsindən asılı olmayaraq proses istədiyimiz məcrada davam edəcək. Çünki Ermənistan olmadan separatçı rejimin ayaqda qalması mümkün deyil. Yox, əgər Araik Rusiyaya arxalanırsa, bu da bir fayda verməyəcək.

Əvvəla ona görə ki, Araikin dediyi Rusiya ilə birgə təhlükəsizlik sistemi yeni bir şey deyil və artıq otuz ildir ki, mövcuddur və bu sistemin nəyə qadir olduğunu 44 günlük İkinci Qarabağ savaşında hər kəs gördü. İndi qurulacaq yeni sistemin də nəyisə dəyişəcəyi inandırıcı deyil. Araikin açıqlaması, sadəcə olaraq, Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlıların erməni terrorçuları ilə ortaq fəaliyyət göstərdiyini növbəti dəfə təsdiqləmiş oldu və bununla bağlı Rusiyadan hesabat tələb olunmalıdır. Çünki onların vəzifəsi erməni terrorçulara təhlükəsizlik mexanizmləri qurmaq deyil, atəşkəs rejiminin qorunmasına nəzarət etməkdən ibarətdir. Bundan kənar atılan istənilən addım üçtərəfli anlaşmaların kobud şəkildə pozulması anlamı daşıyır. Digər tərəfdən, Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik fəaliyyəti barədə Moskva bəyannaməsinə görə, həm rəsmi Bakı, həm də Kreml bir-birinin ərazilərində separatizmə, eləcə də terrorizmə qarşı ortaq fəaliyyət öhdəliyi götürüblər. Rus sülhməramlılar isə Araik Arutyunyanın terrorçu dəstəsini himayə edir, separatçılara təhlükəsizlik mexanizmləri yaradır. Bu isə o deməkdir ki, Rusiya Azərbaycanla imzalanmış müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsini kobud şəkildə pozur. Odur ki, rəsmi Moskva Araikin dediklərinə aydınlıq gətirmək və izahat vermək məcburiyyətindədir".

R.Bayramov heç bir halda, şimal qonşumuzun separatçı rejimə dəstək vermək imkanlarının olmadığını söylədi: “Rusiyanın indiki situasiyada edə biləcəyi ən maksimum şey separatçı rejimi silah-sursatla təmin etmək ola bilər ki, bunu da gizli şəkildə etmək mümkün olmayacaq və Prezident İlham Əliyev də belə bir ehtimala qarşı Azərbaycanın mövqeyini konkret olaraq bəyan edib və bildirib ki, Ermənistanın silahlandırılması dost olmayan davranış olaraq qəbul ediləcək və buna uyğun da addım atılacaq. Yəni başqa sözlə, hətta Rusiyanın öz müttəfiqi Ermənistanı silahlandırması ilə bağlı konkret mövqeyimiz varsa, demək ki, separatçı rejimə belə bir dəstəyin verilməsinə olan münasibət bundan qat-qat kəskin olacaq.

Rusiya-Azərbaycan qarşıdurmasının yaranma ehtimalı ilə bağlı sualınıza gəldikdə isə deyim, bu, birbaşa Rusiyanın davranışlarından asılı olacaq. Əgər Rusiya separatçı rejimi dəstəkləmək mövqeyini davam etdirəcəksə, təbii ki, münasibətlərdə problemlər ortaya çıxacaq. Ümumiyyətlə isə Araikin nə deməsindən və ya Rusiyanın hansı addımlar atacağından asılı olmayaraq prosesi uzun müddət uzatmaq mümkün olmayacaq. Azərbaycanın Fərrux yüksəkliyi ilə bağlı və daha sonra Ağdərə istiqamətində apardığı əməliyyatlar da onu deməyə əsas verir ki, Azərbaycan da artıq gözləmək fikrində deyil və separatçı rejimin Rusiyanın arxasında gizlənməsi də bizi dayandıra bilməyəcək".

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov əvvəllər dediyi fikirləri bir daha təkrarladı: “Məsələ ilə bağlı sizə və digər media qurumlarına verdiyim müsahibələrdə aylar öncə bildirmişdim ki, Paşinyan saxta ”Ar(sız)sax" rejimini ortada qoyacaq. Uzağı deyəcək ki, orada ermənilərə beynəlxalq təhlükəsizlik zəmanəti verilsin. Paşinyan dedin, Qərb dedin, eynidir. Qərbin bir sıra dairələrinin imperativi Qafqazı iqtisadi mənfəət zonası kimi görməkdir. “Ar(sız)sax” saxta rejimi isə Rusiyanın 1828-ci ildən bura bizə qoyduğu “mirasdır”. Bu mirası idarə etmək üçün yerli separat liderlər lazımdır. Amma burada heç kimin sizə deməyəcəyi bir şey deyim. Bu Araik dişli biri deyil, nə Köçəryandır, nə də Sərkisyandır. Nə də ki, maddi zəif olduğumuz, hamının üstümüzə gəldiyi, bizim də tək qaldığımız vaxtlar deyildir. Hər nə qədər riskli tərəfləri olsa da, bir tərəfdən beynəlmiləllik baxımdan üstünlüyü olan bir məsələ var. Biz beynəlxalq sərmayənin tərəfdaşıyıq. Yəni biz həm də maliyyə-iqtisadi halqanın bir qismiyik. Bu bizə boşalmağa da səbəb verməməlidir. İlkin mərhələdə bu “Ar(sız)sax”ın Araik deyilən marionetini iqtisadi qısqaca almalıyıq. Can Türkiyə ilə daha sıx əlaqə qurmalıyıq". //musavat.com//
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO