“Ermənistanın üç yolu var, hər üçü məğlubiyyətə gətirib çıxaracaq” - Drenik Xaçaryandan müqayisəli təhlil
Hadise
Oxunub: 278
4 apr 2022 | 18:50
“Ermənistanın üç yolu var, hər üçü məğlubiyyətə gətirib çıxaracaq” - Drenik Xaçaryandan müqayisəli təhlil


Ermənistanda fəaliyyət göstərən “Luys” Fondunun eksperti Derenik Xaçaryan bölgədəki hazırkı vəziyyət, Bakı və İrəvanın hansı mövqelərdə qərarlaşması, müharibə olarsa nələrin baş verəcəyi barədə maraqlı fikirlər səsləndirib. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, sözügedən erməni ekspert hazırda Ermənistan üçün ölümcül vəziyyətin yarandığını bildirib.

O deyir ki, istər Ermənistan Təhlükəsizlik Şurası, istərsə də hökumətin iclaslarında baş nazir Nikol Paşinyanın çıxışından gəlinən nəticə odur ki, İrəvan ölümcül problemə üzləşib. Onun sözlərinə görə, hazırda Ermənistanda hamı bu vəziyyətdən narahatdır. “Nə olacaq? Yeni müharibə? Vəya yeni kapitulyasiya? Bəlkə ikisi birlikdə?”

Xaçaryanın yanaşmasındakı maraqlı məqam Azərbaycan v Ermənistanın hal hazırda hansı mövqelərdə olması ilə bağlı müqayisəsidir. O faktiki vəziyyəti aşağıdakı kimi sistemləşdirib:

“- Azərbaycan həm Ermənistan, həm də Qarabağla sərhəddə bütün əlverişli mövqelərə, yüksəkliklərə və strateji qovşaqlara nəzarət edir.

– Ötən ilin mayında, sonra isə noyabrda Azərbaycan Ordusunun atdığı addım nəticəsində Ermənistanın şimalı ilə cənubunu ayıran ən dar hissədə (Körfəz hissəsi) strateji yüksəklikləri ələ keçirib, mümkün hərbi münaqişə üçün əlverişli platforma yaradıb. Cəmi 2 saat və ya gün ərzində Ermənistan-İran quru əlaqəsini kəsmək mümkündür.

– Bu ilin mart ayında azərbaycanlılar Pirlər və Fərrux kəndləri arasında strateji əhəmiyyətli yüksəkliklərə nəzarəti əldə edərək, Qarabağda oxşar strateji üstünlük əldə etdilər. Burada da Azərbaycan qısa müddətdə Qarabağın şimalını cənubdan kəsmək baxımından real təhlükə yaranıb. Bu, həm də Qarabağda ermənilərin nəzarəti altında olan ərazinin ən dar hissəsidir.

– Azərbaycan Qarabağın Ermənistanla sərhədlərinin bütün istiqamətlərində digər strateji yüksəkliklərə də sahib olub. Naxçıvan, Vardenis bölgəsi, Cermuk və s. Ermənistan hakimiyyətinin Yerasx sektorunda qoşunların geri çəkilməsi ilə bağlı təklifi də bu istiqamətdə eyni riskləri yaradır.

– Strateji əhəmiyyət kəsb edən yollar, o cümlədən İrəvanı Qafan və Sünik rayonunun digər rayonları ilə birləşdirən yeganə etibarlı yol olan Ermənistan-İran dövlətlərarası yolu Azərbaycanın nəzarətinə keçib.

– Qarabağda ətrafındakı rayonların mina xəritələri təhvil verilib ki, bu da həm Kəlbəcər və Laçlna, həm də Azərbaycan qoşunlarının Qarabağ istiqamətində hərəkətini – mümkün hücum əməliyyatlarını əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

– Silahlı Qüvvələrin döyüş effektivliyi tarixin ən pis səviyyəsindədir. Nəinki itirilmiş texnikaların yeri doldurulmayıb, əksər təcrübəli zabit və komandirlər işdən çıxarılıb.

– Ermənistan son 1,5 ildə Azərbaycanın gündəmə gətirdiyi ilkin şərtləri ardıcıl olaraq yerinə yetirib: 10 noyabr bəyanatında nəzərdə tutulmayan ərazilərin təhvil verilməsi, bütün azərbaycanlı əsirlərin qarşılıqlı şəkildə qaytarılması, minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi, delimitasiyaya hazır olmaq və suveren ərazi olmadan demarkasiya prosesini aparmaq, birinci müharibə zamanı həlak olmuş azərbaycanlıların meyitlərinin qaytarılması, sülh müqaviləsi imzalamağa hazır olması, Azərbaycanın 5 bəndlik təklifi, o cümlədən ərazi bütövlüyünün tanınması bəndinin qəbul edilməsi və s. Bu cür güzəştli siyasət mütəmadi olaraq İrəvan, Sünik və Süniklə bağlı ambisiyalarından danışan Azərbaycanın iştahını cilovlamaqla yanaşı, həm də ikincini ruhlandırır.

– Əslində, əgər düşmənin bütün ilkin şərtləri yerinə yetirilirsə, o zaman gələcəkdə onlardan hər hansı birinin mümkün rədd edilməsi problemin hərbi yolla həlli ehtimalını artırır.

– 44 günlük müharibədən sonra nəinki ictimai həmrəyliyi bərpa etmək üçün heç bir iş görülməyib, ölkə daha da parçalanmış, bərbad və ruhdan düşmüş vəziyyətdədir”.

Erməni ekspert bildirir ki, bunlar mümkün qaçılmaz müharibə və yaxud kapitulyasiyadan əvvəl yaşadıqları ilkin şərtlərdir. O mümkün sennarilər də sadalayıb. “Birincisi, yeni kapitulyasiyadır. Müharibədə uğur qazanmağın qeyri-müəyyən perspektivini dərk edən hökumət yenidən təslim olmağa gedəcək və ya Əliyevin dediyi kimi Ermənistanın baş naziri, əslində, təqdim olunan bütün ilkin şərtləri qəbul edərək, sülh sazişi üzrə sürətli danışıqlar prosesini təşkil etməyə başlayacaq. Bu, ən yaxşı halda, müharibəni qısa müddətə təxirə salacaq. Azərbaycan isə bununla mövqeyini daha da gücləndirəcək”.

O ikinci versiya olaraq yeni müharibənin olacağını səsləndirib. “lkin şərtləri nəzərə alsaq, bu, çox güman ki, tez məğlubiyyətə gətirib çıxaracaq. Ermənistanın mümkün parçalanması və Qarabağın yenidən kapitulyasiyası ilə yekunlaşacaq”.

“Ermənistanın üç yolu var, hər üçü məğlubiyyətə gətirib çıxaracaq” - Drenik Xaçaryandan müqayisəli təhlil
“Ermənistanın üç yolu var, hər üçü məğlubiyyətə gətirib çıxaracaq” - Drenik Xaçaryandan müqayisəli təhlil
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...