Ermənilərdən özlərini də heyrətləndirən uydurma - və ya Ermənistan Milli Elmlər Akademiyasından elmə aid olmayan bəyanat
Hadise
Oxunub: 311
28 mar 2022 | 20:23
Ermənilərdən özlərini də heyrətləndirən uydurma - və ya Ermənistan Milli Elmlər Akademiyasından elmə aid olmayan bəyanat


Ermənistan Milli Elmlər Akademiyası (EMEA) bəyanat qəbul edib. Bəyanatda, kifayət qədər uzun formada Azərbaycanın Qarabağ bölgəsindəki xristian kilsələrinin “erməni orta əsr memarlığının” bir hissəsi olduğu sübut edilməyə çalışılır.

“Artsax abidələrinin Qafqaz-Alban mənsubiyyəti nəzəriyyəsinin məqsədi Azərbaycanın Artsaxa iddialarını “tarixi” elmi əsaslandırmaq və elmi soyqırım istəklərinin xidmətinə vermək, Artsax Respublikasının hazırda işğal olunmuş rayonlarında mövcudluğunu, sonra isə hazırda Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə nüfuz etmək üçün saxta “tarixi-mədəni” ilkin şərtlər uydurmaq, bir sözlə, erməni xalqının məhvini əsaslandırmaq cəhdidir”, - deyə EMEA iddia edir.

Eyni zamanda, sənəddə vurğulanır ki, guya, “Artsax irsi Artsax erməniləri tərəfindən öz konsepsiya və bacarıqlarına uyğun yaradılıb, halbuki Azərbaycan siyasəti açıq-aşkar onun təhrif edilməsinə və saxtalaşdırılmasına yönəlib”.

Uzun onilliklər ərzində qonşu xalqların tarixi-mədəni irsini mənimsəməyə çalışan strukturdan başqa heç nə gözləmək olmaz. Ermənistandan olan bədbəxt saxtakarlar “Artsax” toponiminin erməni mənşəli olmasına belə, inandırıcı bir dəlil gətirə bilməyiblər.

Bu toponimi erməni dili əsasında izah etmək üçün edilən boş cəhdlər inandırıcı deyil. Məsələn, məşhur rus bizansşünası və ermənişünası Nikolay Adonts (Nikoqhayos Ter-Avetikyan) “Ermənistan Yustinian dövründə: Naxarar sisteminə əsaslanan siyasi dövlət” kitabında “Artsax” toponiminin ermənidən əvvəlki mənşəli olduğunu iddia edirdi. Bu bəyanatdan belə çıxır ki, ermənilər Qarabağda yad ünsürlərdir.

Yeri gəlmişkən, “Artsax” adının ağlabatan variantının axtarışı da erməni təbliğatında açıq-aşkar insidentlər yaranır. Belə ki, keçmiş Ermənistan Prezidenti Serj Sarkisyan 2010-cu il oktyabrın 16-da erməni diaspor təşkilatlarının nümayəndələri ilə görüşdə çıxış edərkən bildirmişdi ki, “Artsaxın adı eramızdan əvvəl VIII əsrdə təsbit edilib və onu İrəvanın qurucusu I Argiştinin oğlu II Sarduri təsbit edib.” Amma, məlumdur ki, I Argişti və II Sarduri Urartu kralları olub və onların erməni tarixi ilə heç bir əlaqəsi yoxdur.

İndiki Qarabağ ermənilərinin Qafqaz albanlarının törəmələri olması bir çox alimlər tərəfindən qeyd olunub. Məsələn, Qafqaz Albaniyasının tarixini tədqiq edən erməni akademik Suren Yeremyan qeyd edir ki, “Qədim Albaniyanın erməniləşmiş hissəsində - hazırda erməni əhalisinin məskunlaşdığı qədim alban bölgələri olan Artsax və Utik ərazilərin mühüm hissəsində ərəblərdən əvvəlki dövrə aid çoxlu sayda xristian abidələri qorunub saxlanılıb” (SSRİ tarixinin oçerkləri – III – IX əsrlər – М., 1958, s. 326 və s.).

Sovet tarixçisi Vadim Leviatov qeyd edib ki, Dağlıq Qarabağ ermənilərinin əksəriyyəti də elə azərbaycanlılar kimi albanların nəslindəndir: “Albanlar qədim zamanlardan Qarabağda məskunlaşmış, onların bir hissəsi Ərəb xilafətinin dövründə İslamı qəbul etmiş, digər hissəsi isə xristian olaraq qalmaqda davam etmişdir. Sonradan xristian albanlar erməniləşdirilməyə məruz qaldılar...” (Vadim Leviatov. 18-ci əsr Azərbaycan tarixinin oçerkləri, Bakı, 1948, s. 149).

Amerika tarixçisi Corc Burnutyanın yazdığına görə, XI əsrdə Səlcuq türklərinin Qafqaza yürüşünün başlaması ilə Qarabağda yaşayan albanlar əsasən xristian olaraq qalıb və sonradan ermənilərə birləşdiriliblər.

Yuxarıdakı faktlar Qarabağda yerləşən xristian kilsələrinin Qafqaz albanlarına məxsus olduğunu təsdiq etmək üçün kifayətdir. Qarabağın ən qədim xristian məbədi olan Amaras monastırı, orta əsr müəllifləri Musa Kalankatuyski və Bizanslı Faustun fikrincə, Qafqaz Albaniyasının tarixi-mədəni irsinə aiddir.

XII-XIII əsrlərdə Qarabağda, hakimi alban knyazları Mehranilərin nəslindən Həsən-Cəlal olan Xaçen knyazlığı yüksəldi. Xaçen hökmdarlarının - Cəlalidlərin əcdad türbəsi Qandzasar monastır kompleksi idi (təxminən 10-cu əsrin ortalarında ucaldılıb). Həsən Cəlal Alban Patriarxı Nersesin təkidi ilə 1238-ci ildə Qandzasar kilsəsini ucaltdı və onu “Albaniyanın əsas kilsəsi” adlandırdı.

Qandzasar Kilsəsinin xarici divarları Alban Patriarxlığı dövrünə aid çoxsaylı yazılarla bəzədilib. Məbədin Qafqaz Albaniyasının irsinə aid olduğunun izlərini məhv etmək üçün bu divarlar ermənilər tərəfindən dəfələrlə “bərpaya” məruz qalıb. İzlər, nəhayət 2011-ci ildə Qandzasar Monastırının xarici divarları tamamilə yeni bir daş örtüklə örtüldükdə məhv edilib. Nəticədə alban mədəniyyətinin və yazılarının bütöv bir təbəqəsi yoxa çıxıb ki, bu da hətta erməni mətbuatında erməni alimlərinin belə, böyük bir qrupunun qəzəbinə səbəb olub.

Köhnə Qandzasar divarının dağıdılması erməni tərəfinin Azərbaycan ərazilərinin bütün işğalı dövründə Qandzasar monastır kompleksinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsinə nail ola bilməməsinin səbəblərindən biri olub.

Qarabağın “erməni irsi”ndən narahat olan akademiklər Ermənistan ərazisində müsəlman abidələrinin necə məhv edildiyini xatırlasalar, daha yaxşı olardı. Azərbaycan və Ermənistana səfər etməyi planlaşdıran UNESCO missiyası üçün Bakının Qarabağdakı xristian kilsələrinin alban mənşəli olduğunu sübut etmək üçün kifayət qədər arqumentləri var. Bəs İrəvan Ermənistanda dağıdılmış müsəlman abidələri haqqında nə deyə biləcək? //ayna//
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı