“Necə olur ki, cinayəti etiraf edənlər buraxılır, taksi sürücüsünə 13 il cəza verilir?”
Hadise
Oxunub: 607
27 mar 2022 | 01:28
“Necə olur ki, cinayəti etiraf edənlər buraxılır, taksi sürücüsünə 13 il cəza verilir?”


Narkotik qaçaqmalçılığına və satışına görə həbs edilərək 13 il müddətinə azadlıqdan məhrum edilən taksi sürücüsü Faiq Məmmədovun ailəsi onunla bağlı istintaqın qərəzli aparıldığı və ədalətsiz hökmün çıxarıldığını bildirir.

“Qafqazinfo”ya müraciət edən anası Məhsəti Məmmədova bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Elxan Süleymanov da işi düzgün araşdırmayıb: “Hakim nə oğlumu, nə də digər təqsirləndirilən şəxsi məhkəmə zalına gətirdi, məhkəməni videokonfrans vasitəsilə apardı. Buna görə də oğlumun ifadəsi düzgün alınmadı, onlayn iclas keçirməklə Faiqin məhkəmədə iştirak edib sübutlara fikir bildirməsi imkanı məhdudlaşdırıldı”.

M.Məmmədova qeyd edib ki, oğlu Faiq Yevlax rayonunda taksi fəaliyyəti ilə məşğul olub: “Rayonda yaşayan Elşən 2020-ci il sentyabrın 25-də ona 100 manat verərək Beyləqana aparmasını istəyib. Yevlax avtovağzalında Elşənin daha bir tanışı avtomobilə əyləşib və birlikdə Beyləqana gediblər. Rayona çatan zaman Elşən Qardağalı kəndinə sürməsini xahiş edib. Faiq də taksi şoferi kimi onu istədiyi yerə aparıb.

Orada biraz gözlədikdən sonra Elşən həmin şəxslə birlikdə avtomobildən uzaqlaşıb və qısa müddətdə qayıdacağını deyib. Bir neçə dəqiqə sonra atəş səsi eşidilib, tanımadığı həmin şəxs qaçaraq Faiqin avtomobilinə əyləşərək tez oradan uzaqlaşmağı tələb edib. Faiq heç bir şey başa düşmədən oradan uzaqlaşıb.

Bir müddət sonra rayondan tanıdığı İbrahim adlı şəxs ona zəng edərək Elşəni birlikdə axtarmağı təklif edib. Bu zaman sərhəd qoşunlarının əməkdaşları tərəfindən saxlanılaraq hərbi hissəyə aparılıblar. 3 gündən sonra oğluma deyiblər ki sən də narkotik vasitələrin ölkə ərazisinə keçirilməsi ilə məşğul olmusan”.

Faiq Məmmədovun anası qeyd edir ki, məhkəmədə işə baxılan zaman oğlu və vəkili Faiqin narkotik qaçaqmalçılığı ilə məşğul olmasını təsdiq edən sübut olmadığını bildiriblər: “Müstəntiq özündən protokol tərtib edib ki, guya oğlumun telefonunda səs yazısı aşkar olunub və narkotiki göndərən şəxsə vatsapda səs göndərib. Vəkilimiz həmin səs yazısının təqdim edilməsini tələb edəndə məlum oldu ki, protokol saxtadır. Yəni, belə bir səs yazısı yoxdur, müstəntiq özündən protokol tərtib edib.

“Necə olur ki, cinayəti etiraf edənlər buraxılır, taksi sürücüsünə 13 il cəza verilir?”


Bundan başqa, guya sərhəd xidmətinin əməkdaşları tərəfindən aşkar olunmuş narkotikə baxış keçirilən vaxt hal şahidi gətiriblər. Ümumiyyətlə, həmin vaxt orada hal şahidi orada olmayıb. Onun baxış keçirilən vaxtı orada olmadığını sübut etmək üçün anten məlumatların çıxarılmasına dair vəsatətimizi də hakim qəsdən təmin etmədi. İşdə olan sərhəd xidmətinin əməkdaşları oğlumu tanımadılar. Yəni, narkotik keçirən şəxs kimi oğlumu görməyiblər. Müstəntiq sorğusu əsasında rayon polis idarəsindən rəy verilib ki, oğlum Faiq heç vaxt narkotik istifadə etməyib, satıcısı da olmayıb.

Bütün bu sübutlara baxmayaraq hakim Elxan Süleymanov öz istədiyi kimi hökm çıxardı. Necə olur ki, Faiqlə birgə tutulan 2 nəfər azadlığa buraxılır, avtovağzalda maşına minən adam, ümumiyyətlə, araşdırılmır. Cinayəti etiraf edənlər azadlığa buraxılır, amma taksi kimi işləyən adam günahı olmadığı halda 13 il həbs cəzası alır”.

Məhsəti Məmmədov bildirib ki, hökmdən verilən şikayətə hazırda Şirvan Apellyasiya Məhkəməsinin hakimi Məmməd Bağırov tərəfindən baxılır: “Məhkəmə sədrindən bir ana kimi, 45 il müəllimlik stajı olan şəxs kimi məni qəbul etməsini, işi nəzarətə götürməsini, ədalətli qərar çıxarılaraq Novruz bayramı ərəfəsində bir ailəni sevindirməsini xahiş edirəm”.

Qeyd edək ki, bu işlə bağlı Dövlət Sərhəd Xidmətinin yaydığı rəsmi açıqlamada 1956-cı il təvəllüdlü Gəncalı Orucov və İbrahim Qorçuzadənin də saxlanıldığı və hər iki şəxsin cinayət əməlini etiraf etdiyi, əraziyə narkotik vasitə götürməyə gəldikləri barədə ifadə verdikləri bildirilib.

Lakin sonradan İbrahim Qorçuzadə ilə bağlı cinayət işinə xitam verilib. Gəncalı Orucov isə inzibati qaydada cərimələnərək sərbəst buraxılıb. Elşən Süleymanov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...