Ermənilərin və sülhməramlıların aktivləşməsinin pərdəarxası - NƏ BAŞ VERİR?
Hadise
Oxunub: 317
18 mar 2022 | 19:49
Ermənilərin və sülhməramlıların aktivləşməsinin pərdəarxası - NƏ BAŞ VERİR?


Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün danışıqların təşkili ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət edib. Ermənistan XİN bunu “BMT Nizamnaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına uyğun olaraq” etdiyini bildirib.

Bu, əlbəttə ki, çoxdan tarix olan ATƏT-in Minsk Qrupunu növbəti dəfə diriltmək cəhdidir. Belə ki, rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra Minsk Qrupunun vasitəçiliyinə ehtiyac olmadığını bəyan edib.

Buradan belə nəticə hasil olur ki, Ermənistan növbəti hiyləgər gedişlə sülhdən boyun qaçırmağa çalışır. Dia.az-ın məlumatına görə, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın həm müharibədən, həm də 10 noyabr 2020-ci il bəyanatının imzalanmasından dərhal sonra ATƏT-in Minsk Qrupunun prosesə cəlb edilməsi istiqamətində göstərdiyi cəhdlərin məqsədi qeyri-müəyyən vəziyyəti onların qənaətinə görə, nə zamansa yarana biləcək əlverişli situasiyaya qədər uzatmaqdan ibarətdir: “Azərbaycanın bununla bağlı mövqeyi aydındır. Digər tərəfdən, Azərbaycanla Ermənistan arasındakı tənzimlənməsinə və razılaşdırılmasına ehtiyac duyulan məsələlərin heç birinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatına aidiyyəti yoxdur. Əslində son günlər Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasındakı separatçıların fəallaşmasının da təməlində dayanan səbəblərdən biri Minsk Qrupu həmsədrlərinin prosesə cəlb edilməsi üçün zəmin yaratmaqdan ibarətdir. Hesab edirəm ki, Azərbaycana qarşı bir dəfə oynanılan oyunun təkrar həyata keçirilməsi üçün nə zəmin var, nə də imkan. Ola bilsin ki, hətta Rusiyada da kimlərsə Ukraynadakı rəzalətlərini ”kompensasiya" etmək üçün Azərbaycan torpaqlarında yaşayan etnik erməniləri yenidən piştaxta üzərinə çıxarmaq istəyirlər. Əgər belə bir niyyət varsa, bu indidən məhvə məhkumdur. Çünki Ukraynanın ərazi bütövlüyü və separatizmə qarşı qlobal etiraz kontekstində erməni separatçılarının “mükafatlandırılması” mümkün deyil".

Politoloq qeyd etdi ki, bu xüsusda qardaş Türkiyənin getdikcə artan rolunu qeyd etmək və xarici işlər naziri hörmətli Mövlud Çavuşoğlunun mesajını da nəzərə almaq lazımdır: “Çavuşoğlu imperativ şəkildə bəyan etdi ki, Azərbaycanla Ermənistan arasındakı məsələləri bu iki dövlətin özü çözməlidir.

Daha öncə də qeyd etdiyim kimi, Minsk Qrupu həmsədrlərinə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən 1995-ci ildə verilən mandat var. 15 bənddən olan bu mandata Azərbaycanla Ermənistan arasındakı sərhədlərin delimitasiyası, sülh müqaviləsi və digər bu kimi məsələlər daxil deyil. Bununla yanaşı, Azərbaycan sülh müqaviləsi üçün 5 bənddən ibarət şərtlərini də açıqlayıb. Bu şərtlərdə yer alan məqamlar da həmsədrlərin mandatında yer almayıb. İndiki halda Minsk Qrupu həmsədrlərinin prosesdə iştirakı bu və ya digər şəkildə o zaman mümkün ola bilər ki, ATƏT-in xarici işlər nazirlərinin toplantısında belə bir qərar qəbul edilsin və fəaliyyətdə olan sədr də həmsədrlərə mövcud reallıqlara uyğun gələn problemləri əhatə edən mandat versin. Onu da deyim ki, ATƏT-də qərarlar konsensus yolu ilə qəbul edildiyi üçün belə bir məsələnin gündəmə gətirilməsi və qərar qəbul edilməsi istisna olunur".

E.Mirzəbəyli hesab edir ki, Azərbaycanın sülh prosesini əngəllədiyini söyləmək üçün də hər hansı bir əsas yoxdur: “Hazırkı durumda Azərbaycan və Ermənistan, həmçinin Türkiyə və Ermənistan arasında müzakirələrin aparılması üçün bütün diplomatik kanalların açıq olduğunu nəzərə alsaq, prosesdə hansısa vasitəçinin iştirakına heç bir ehtiyac yoxdur. Qənaətimə görə, mövcud reallıqlar çərçivəsində ABŞ və Fransa sülh prosesinin ikitərəfli qaydada aparılmasını qəbul edəcəklər”.
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz