"Rus hərbçilər ermənilərdən daha günahkardır" - HƏQİQƏTƏN DƏ...
Hadise
Oxunub: 330
10 mar 2022 | 17:17
"Rus hərbçilər ermənilərdən daha günahkardır" - HƏQİQƏTƏN DƏ...


Rusiya sülhməramlıların nəzarəti altında olan ərazilərimizdə təxribatla məşğul olan qanunsuz erməni hərbi birləşmələrinin dərsi verilib. Müdafiə Nazirliyinin məlumatına görə, erməni quldurlarının təxribatlarının qarşısını almaq məqsədilə Ordumuz adekvat cavab tədbirləri görüb. Qanunsuz erməni silahlı dəstələrinin mövqeləri dəqiq zərbələrlə məhv edilib. Xüsusi olaraq vurğulanıb ki, terrorçuların zərərsizləşdirilməsi zamanı mülki infrastruktur hədəf alınmayıb. Yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirilib.

Xatırladaq ki, martın 8-9-u torpaqlarımızdakı qanunsuz erməni silahlıları Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərimizi müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutublar. Ümumiyyətlə, erməni terrorçuları bir neçə dəfə Azərbaycan Ordusunun bölmələrini hədəf seçiblər. Hətta qanunsuz silahlı dəstələrin təxribatı nəticəsində yaralanan, şəhid olan hərbçilərimiz də var. Ekspertlərin fikrincə, rus hərbçilərinin fəaliyyəti “sülhməramlılıq” yox, erməni hərbi birləşmələrini təmin etmək və fəallaşdırmaqdır. Məqsəd isə müəyyən məqamlarda erməni quldurlarını Azərbaycana qarşı mümkün təxribatlara sövq etməkdir. Analitiklər hesab edirlər ki, dəfələrlə edilən xəbərdarlığa məhəl qoymadan ermənilərin Azərbaycan mövqelərini atəşə tutması və “sülhməramlı”ların da buna seyirçi qalması genişmiqyaslı anti-terror əməliyyatlarına başlamaq üçün tam yetərli şərtdir. DİA.AZ-ın məlumatına görə, millət vəkili Elman Məmmədov “Şərq”ə açıqlamasında bildirib ki, üçtərəfli sazişlərə və Azərbaycan-Rusiya arasında imzalanmış müttəfiqlik sənədə əsasən, dövlətlərin ərazi bütövlüyünə, təhlükəsizliyinə təhlükə yaradan ünsürlər dərhal aradan qaldırılmalıdır. Deputat diqqətə çatdırıb ki, müharibənin başa çatması ilə nəticələnən 10 noyabr üçtərəfli sazişinin müvafiq maddəsinə görə, erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını qısa müddətdə tərk etməli idilər. Bu işin icrası da rus “sülhməramlı”larına tapşırılmışdı:

“Bəyanata görə, Qarabağa yerləşdirilən rus hərbçiləri erməni quldurlarının əlindəki silah-sursatı, hərbi texnikanı müsadirə etməli, terrorçu ünsürləri ərazidən təmizləməli idilər. Müharibənin başa çatmasından il yarım ötsə də, minlərlə erməni qulduru hələ də torpaqlarımızdadır. Zamanla onların tərkibini dəyişir, mülki geyimdə erməni terrorçuları Xankəndinə, Xocalıya gətirirlər. Ola bilməz ki, Rusiya “sülhməramlı”ları bundan xəbərsizdir. Bütün hadisələr rusların gözü qarşısında, hətta onların himayəsi ilə baş verir. Azərbaycan tərəfi suveren hüquqa dayanaraq öz qanuni torpaqlarında erməni terrorçularına, separatçılara qarşı hərbi əməliyyatlar keçirir. Heç kimin buna görə bizə irad bildirməyə ixtiyarı, səlahiyyəti yoxdur. Daxili məsələmizə görə kimdənsə icazə almalı deyilik. Azərbaycan Ordusunu Qarabağda “təmizləmə” işinə məcbur edən tərəf məhz Rusiyanın burada yerləşdirdiyi “sülhməramlı” kontingentidir. Rus hərbçilər ermənilərdən daha günahkardır. Erməni terrorçularına “xeyir-dua” verən rus hərbçiləridir. Rəsmi Bakı öz narazılığını, etirazını Moskvaya dəfələrlə bildirib. Heç bir dövlət razı olmaz ki, ərazisində separatçı, silahlı qüvvələr fəaliyyət göstərsin”.

Parlament üzvü vurğulayıb ki, Azərbaycan ərazisində faktiki Ermənistanın hərbi birləşmələrinin müəyyən hissələri qalmaqdadır:

“Rusiya “sülhməramlı”ları separatizmin qarşısını almaq əvəzinə terrorçuları silahlandırır və təşkilatlandırır. Rusların icazəsi və məlumatı olmadan erməni quldurları torpaqlarımızda səngər qaza bilərmi?! Qanunsuz erməni silahlılarının Qarabağda sərbəst fəaliyyəti və rusların buna göz yumması ölkəmizin suverenliyinə təhdiddir. Son terrorçu təmizlənənədək hərbi əməliyyatları davam etdirməliyik. O ki qaldı, Xankəndi və ətraf bölgələrdə yaşayan erməni əhalisinə, ordumuz 44 günlük müharibə dövründə belə mülki insanların həyatına təhlükə yaratmayıb. İndi də hərbçilərimizin hədəfində mülki, silahsız ermənilər yox, qanunsuz silahlı dəstələrin mövqeləridir”.
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Dünən, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Dünən, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Dünən, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Dünən, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Dünən, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Dünən, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Dünən, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Dünən, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Dünən, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Dünən, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Dünən, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür