"Ləyaqət hissini itirmiş generalın Azərbaycanda xidmətini davam etdirməsi qəbuledilməzdir" - ETİRAZ
Hadise
Oxunub: 283
9 mar 2022 | 19:19
"Ləyaqət hissini itirmiş generalın Azərbaycanda xidmətini davam etdirməsi qəbuledilməzdir" - ETİRAZ


Silahlı erməni faşistlərini daha əvvəl Prezidentimizin göstərdiyi məlum ünvana ən qısa zamanda və üfiqi vəziyyətdə göndərmək XTQ-mizə borc olsun!
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri 7 martda müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə 23 dəfə atəşə tutulması, birgə Bəyanatın imzalanmasından sonra ilk dəfə rast gəldiyimiz ən genişmiqyaslı təxribatdır və bu bizi sülhməramlıların fəaliyyətinə şübhə ilə yanaşmağa vadar edir.
Bundan başqa eyni gündə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində, axşam saatlarında isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.
Bundan başqa, martın 8-i saat 07.30-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilid yaşayış məntəqəsi istiqamətində də yerləşən mövqelərimiz də atəşə tutulub.
Göründüyü kimi nə Ermənistan, nə qondarma qurumun axtarışda olan rəhbərliyi, nə də sülhməramlı kontingentin rəhbərliyi Vətən Müharibəsində və ondan sonra məruz qaldığı zərbələrdən doğru nəticə çıxarmaq istəmir. Noyabrın 16-da baş verən bənzər erməni təxribatlarının nəticələrini də artıq unudublar.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini kütləvi şəkildə atəş tutması, Ermənistan tərəfinin birgə Bəyanatın tələblərindən imtina etməsi deməkdir və bu təxribatların Rusiya sülhməramlılarının gözü qarşısında baş verməsi, Bəyanatı imzalayan iki tərəfin öz öhdəliklərindən geri çəkildiyi mənasını daşıyır. Son günlər ərzində Qarabağdakı erməni faşistlərinin cəsarətlənməsi, birmənalı olaraq Rusiya sülhməramlı kontingentinin hazırkı komandiri, general-mayor Andrey Volkovun qondarma quruma verdiyi dəstəyin nəticəsidir. Volkovun Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında yerləşən ərazilərdə şəxsi təsərrüfatlarını yaratması, separatçılara müəyyən qaçaqmalçılıq xidməti göstərməsi də kimsəyə sir deyil. Belə bir ləyaqət hissini itirmiş rus generalın Azərbaycan ərazilərində xidmətini davam etdirməsi qəbuledilməzdir.
Volkovun Azərbaycan tərəfinə antipatiyası yenilik deyil. Görünür təssərrüfatçı general Volkov 2020-ci ilin dekabrında xüsusi təyinatlılarımızın onu mühasirəyə alaraq xüsusi əməliyyat zonasından qovduğunu heç unuda bilmir. Həmin vaxt erməni diversiya qrupuna məhz Volkov himayədarlıq etməsi məlumdur.
Belə olan halda Azərbaycan üçün birgə Bəyanat mahiyyətini itirir və rəsmi Bakının da Bəyanat üzrə öhdəliklərinin yerinə yetirilməsindən imtina etməsi ilə nəticələnəcəyini ehtimal etmək çətin deyil. Hadisələrin bu fonda inkişafı isə həm Ermənistan, həm Qarabağda mövcud olan seperatçı faşist rejimi, həm də general Volkov üçün daha ağır nəticələrə gətirib çıxaracağına şübhə etmirəm. Hazırda Azərbaycan Ordusunun imkan və döyüş potensialını nəzərə alsaq, bunun ən yaxın günlərdə baş verə biləcəyini də ehtimal edirəm.
Ermənistan siyasi rəhbərliyinin verdiyi bəyanatlar ilə əməliyyatlar zonasında baş verənlər arasında kifayət qədər ciddi fərqlər mövcuddur. Digər tərəfdən isə Azərbayan Ermənistan tərəfindən birgə Bəyanatın digər şərtlərinə dair müsbət siqnallar müşahidə etsək də, bunların həyata keçirilməsi üçün real addımlar atılmır. Bir gündə on dəfələrlə atəşkəsi pozan Qarabağdakı seperatçılar artıq 16 aydır ki, Azərbaycanın səbrini sınamaqla məşğuldur. Ermənistan və Qarabağdakı qondarma qurum dünyada baş verənləri doğru dəyərləndirmirsə, bunun günahı Azərbaycanda deyil.
Hazırda baş verən hadisələr göstərir ki, Kreml Rusiya ərazisinə bir dəfə də olsun atıcı silahdan atəş açmayan və bunu bir dəfə də etiraf etməyən Ukraynada nasist axtarışındadır. 90-cı illərdən başlayaraq yerli Azərbaycan əhalisinə soyqırım törətməklə fəxr edən, 2020-ci ildə isə Azərbaycan ərazisində yerləşən və Qarabağla heç bir əlaqəsi olmayan şəhər və rayon mərkəzlərinə on dəflərlə ballistik raketdən atəş açaraq mülki vətəndaşlarımızı qətlə yetirən və bu cinayətləri etiraf edən erməni faşistlərinin bir hissəsi Ermənistandadır, bir hissəsi isə Qarabağda general Volkovun tumanı altındadır. Bu erməni faşistlərinin əcdadına qoyulan Q.Njdenin abidələri isə Ukraynada faşist ovuna çıxan Rusiyanın Xankəndindəki generallarının yaxud da İrəvandakı diplomatlarının gözü qarşısında ucaldılıb. Odur ki, Ukraynada faşist axtaran Rusiya, eyni hüququ Azərbaycan üçün də tanımaya bilməz. Ən azından “Moskva Bəyannaməsi” bunu tələb edir. Odur ki, Rusiyalı general Volkov heç olmasa ilkin mərhələdə sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz qurumun rəhbərliyində təmsil olunan şərikləri olan erməni faşıstlərinin saxlamalı və onları Azərbaycana təhvil verməlidir. Bu dünyanın divara dirədiyi Kremlin ən pis günündə yanında olan Azərbaycan qarşısında rus generalın boynunun borcudur.
Qarabağdakı erməni faşistlərinə gəlincə, Arayik baş verənlərə görə Moskvanın razılığı olmasa belə qəhrəman əsgərlərimiz sayəsində Qobustanı ziyarət etmək arzusuna ən qısa müddətdə çatacaq. O zaman Arayik böyük həvəslə general Volkovun fəaliyyətləri barədə geniş ifadə verəcəyinə əminik. Arayikin Qobustan səfərinə Azərbaycan Baş Prokurorluğu da zəmanət verdiyini də kimsə unutmamalıdır.
Qarabağdan ərazimizə nəinki atəş açan, hətta hərbi geyimdə görünən istənilən silahlı erməni, onların texnikaları və mövqeləri Azərbaycan Ordusu üçün legitim hədəf elan olunmasının artıq vaxtıdır. Adekvat tədbirə gəldikdə isə nümunə kimi noyabrın 16-da baş verənləri göstərmək olar. Erməni silahlılarının Azərbaycan ərazilərindən çıxarılması 16 ay əvvəl baş verməli idi. Biz kifayət qədər uzun müddət gözlədik. Əgər general Volkov və ya sələfləri erməni faşistləri Azərbaycan torpalarından çıxarmaq istəmirlərsə, o zaman günahı özlərində görsünlər. Belə olan halda həmin silahlı erməni faşistlərini və havadarlarını, daha əvvəl Prezidentimizin göstərdiyi məlum ünvana ən qısa zamanda və üfiqi vəziyyətdə göndərmək XTQ-mizə borc olsun!

Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//
Bu gün, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest