Yaxın 50 ildə erməni yalanlarına qarşı duruş gətirmək üçün durmadan çalışmalıyıq - Başqa yolu YOXDUR!
Hadise
Oxunub: 229
1 mar 2022 | 19:49
Yaxın 50 ildə erməni yalanlarına qarşı duruş gətirmək üçün durmadan çalışmalıyıq - Başqa yolu YOXDUR!


Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı yaydığı tamamilə əsassız və yalan dolu iddialara münasibət bildirib. Nazirlikdən vurğulanıb ki, 1988-ci il fevral ayının sonlarında Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və planlaşdırılmış təxribat idi. XİN bir daha xatırladıb ki, SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılıb. Nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanlar müəyyən edilib: “Hadisənin qurbanları arasında 6 nəfəri azərbaycanlı idi. Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub. Onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb”. Qeyd olunub ki, 27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verilib. Həmçinin bir nəfər ölüm cəzası alıb. Lakin 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan zorla qovulması zamanı 217 azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülməyib. Azərbaycanın 20 faiz ərazisini otuz ilə yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan öz təcavüzkar siyasəti çərçivəsində çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Lakin bu cinayətləri törədənlərdən heç kim bugünədək hüquqi məsuliyyətə cəlb olunmayıb. Nə qədər ki, Ermənistan hakimiyyəti yalan üzərində qurulan barışmaz mövqe nümayiş etdirəcək, təəssüf ki, bir o qədər erməni xalqı sülh və rifahdan məhrum olacaq. DİA.AZ-ın məlumatına görə, Vəhdət Partiyasının sədr müavini, Sumqayıt sakini Vasif Əfəndiyev “Şərq”ə açıqlamasında bildirib ki, “Sumqayıt hadisələri” zamanı fəal gənc olaraq hadisələrin episentrində olub. Partiya funksionerinin sözlərinə görə, məlum hadisələr onun gözləri önündə baş verib:

“Sadəcə, bir faktı qeyd etmək istəyirəm. Fevralın 26-da təhsil aldığım institutun qarşısına xeyli sayda qaçqınlar cəlb edilmişdi. İnsanlar acıqlı idilər və bu, başadüşülən idi. Lakin kütlə arxa cərgədə dayanmış dəri plaşlı adamlar tərəfindən idarə olunurdu. Onlar iddia edirdilər ki, guya, institutda erməniləri gizlədiblər və onlara təhvil verilməsini istəyirlər. Açığı, bu insanların arasında xeyli sayda həm fizioloji quruluşu, həm də ləhcələri çox fərqli olan insanlar var idi. Biz bacardığımız qədər olayların qarşısını alırdıq. Bu an arxa tərəfdən qara “Qaz-24” maşınından iki ədəd nağara gətirdilər və insanları coşdurmaq üçün ritmlər çalmağa başladılar. Kütlə üzərimizə yeridi və giriş qapılarının şüşəsini qırdı. Biz bir neçə nəfər onları inandırdıq ki, içəridə heç kim yoxdur. İki nəfər nümayəndələri ilə otaqları gəzdirdik. Ona qədər erməni və rus tələbələri otaqlarda gizlədə bilmişdik. Bütün bunları, əgər vicdanları ölməyibsə, Sumqayıtda təhsil alan ermənilər təsdiq edərlər. Şahid kimi bunları deməkdə məqsədim odur ki, Ermənistanın bizə qarşı istifadə etdiyi qara piarın heç bir əsası yoxdur”.
V.Əfəndiyev bəyan edib ki, ermənilər heç vaxt bizimlə səmimi olmayacaqlar: “Hakimiyyətə hansı şəbəkənin gəlməsindən asılı olmayaraq, uydurma soyqırım təbliğatından əl çəkməyəcəklər. Biz isə eyforiyaya qapılmamalıyıq, erməni riyakarlığını durmadan ifşa etməliyik. Yaxın 50 ildə erməni yalanlarına qarşı duruş gətirmək üçün durmadan çalışmalıyıq. Ermənilər düzələn deyil. Hazırda dünyada çox ciddi proseslər gedir. Rusiya Prezidenti V.Putin ölkəni dönüşü olmayan yola istiqamətləndirir. Müharibənin nəticəsindən asılı olmayaraq, Ukrayna yenidən dirçələcək. Avropa İttifaqı və ABŞ Ukraynanın iqqtisadiyyatının dirçəlməsi üçün milyardlar ayıracaq. Ermənistan da fürsətdən istifadə edib, “əzilən rəzil xalq” obrazında dünyaya əl açmaq üçün fürsət gözləyir”.
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”